• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əbülfət Qocayev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

1-06-2023, 13:09

Əbülfət Qocayev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib


“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev - Mayın 28-də Laçın şəhərində bir qrup laçınlı ilə görüşü zamanı Prezident İlham Əliyev Laçında həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işlərindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaq. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Prezident İlham Əliyev qeyd etdi ki, Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Həmçinin cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.

Laçınlılarla görüş zamanı ölkə başçısı rayonun işğal səbəblərini xatırladaraq bildirdi ki, Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi.

Əbülfət Qocayev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib


Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər Prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. Ölkə başçısı vurğuladı ki, bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Təbii ki, Azərbaycan bununla razı ola bilməzdi və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ildə torpaqlarımız işğaldan azad edildi. Cari ilin aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi tam nəzarət altındadır.

Görüş zamanı Prezident İlham Əliyev hazırda Azərbaycanın iqtisadi cəhətdən güclü və heç kimdən asılı olmadığını vurğuladı. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Siyasi gücünü artıran Azərbaycanla bu gün hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.

Ölkəmizdə güclü ordu qurulduğunu və vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsilin yetişdirildiyini qeyd edən ölkə başçısı bu ordu və gənclərin sayəsində torpaqlarımızın azad edildiyini, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Belə ki, əgər yenə də Ermənistan saxtakarlıq etməsə və öz mövqeyini dəyişməsə yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər.

Oxunub: 190
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-06-2023, 13:05

Məmməd Musayev: Quruculuq işlərinin möhtəşəm nümunəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

31-05-2023, 14:02

Xəndan Əhmədov: Separatizmin kitabı bağlanıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-05-2023, 14:22

İlham Qurbanov: Zəfərin davamı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

30-05-2023, 10:40

Eltun Süleymanov: “Prezident İlham Əliyev Laçında həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə çox ciddi mesajlar verdi” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-05-2023, 11:42

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin xalqa bəxş etdiyi Zəfər bizim əbədi qürur mənbəyimizdir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
”Meqa” sığorta şirkətindən şikayət-Zərəri ödəmirlər…
Dünya təcrübəsi və Azərbaycan reallığı: "Azərlotereya"nın gəlirləri hara gedir? - ARAŞDIRMA
Xətai rayonunda qanunsuz tikinti bumu - VİDEO
“Beta” çay paketindən yad cisim çıxdı-Video
Texnologiya Universitetinin rektoru Yaşar Ömərov əməkdaşlara belə davaranır: Hamınızı pis günə qoyacam-Video
Binəqədi rayonunda parkda göl qurudulur? -Video
Hadisə
Bugün, 13:11
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Bugün, 14:52
    Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıb
  • Bugün, 14:33
    ”Meqa” sığorta şirkətindən şikayət-Zərəri ödəmirlər…
  • Bugün, 13:11
    Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
  • Bugün, 12:35
    Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə ediblər
  • Bugün, 12:15
    Dünya təcrübəsi və Azərbaycan reallığı: "Azərlotereya"nın gəlirləri hara gedir? - ARAŞDIRMA
  • Bugün, 11:49
    Xətai rayonunda qanunsuz tikinti bumu - VİDEO
  • Bugün, 11:24
    “Beta” çay paketindən yad cisim çıxdı-Video
  • Bugün, 10:57
    “Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
  • Bugün, 10:08
    Texnologiya Universitetinin rektoru Yaşar Ömərov əməkdaşlara belə davaranır: Hamınızı pis günə qoyacam-Video
  • Bugün, 09:53
    Binəqədi rayonunda parkda göl qurudulur? -Video
  • Bugün, 09:17
    Zəngilan Məktəbində Nələr Baş Verir? – İDDİALAR
  • Dün, 18:39
    “Qurtuluş 93″də tikilən qanunsuz obyektə hansı məmur icazə verib? - Videofakt
  • Dün, 18:10
    Mahir Abbaszadə Dadaşovun şirkəti ilə 3.5 milyonluq müqavilə bağladı – Vergi borcu var
  • Dün, 17:37
    Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur...
  • Dün, 17:04
    "Azərlotereya"nın gəlirləri hara gedir? - Dünya təcrübəsi və Azərbaycan reallığı - Araşdırma
  • Dün, 16:29
    İcra başçısının nə marağı var idi ki... CAMAAT ZÜLMƏ SALINIB? - “Vesta Construction” İŞİNDƏ ŞÜBHƏ!
  • Dün, 15:53
    Məhkəmə işə gecə yarısı baxır? -Bakı Apellyasiya Məhkəməsi gecə 12-də yazılı icraatda akt çıxarıb (?)
  • Dün, 15:22
    Prezident İlham Əliyev Almaniyada səfərdədir
  • Dün, 15:11
    MİDA Abşeronda 2.3 milyona uşaq bağçası tikmək istəyirmiş - Qarşısı alındı / SƏBƏBİ...
  • Dün, 14:34
    “Giləzi-Quşçuluq” şirkəti ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
  • Dün, 13:01
    Qarabağdan qənimət kimi ələ keçirilən mal-qaranı FƏDA ABBASOV SATDIRIB! -Şəhid ailəsi ŞOK FAKTLARI AÇIQLAYIR...
  • Dün, 12:30
    Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:Dayı-bacıoğlu tandeminə "DUR" deyən olacaqmı?!
  • Dün, 11:33
    Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”
  • Dün, 10:58
    Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb - Video
  • Dün, 10:27
    Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA
  • Dün, 10:08
    Qusar icra hakimiyyətində xərclər necə idarə olunur?
  • Dün, 09:39
    Nazirin “DOSTU”dur deyə işçiləri təhdid etməlidir…? – VİDEO
  • 12-02-2026, 18:46
    “Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” – Video
  • 12-02-2026, 18:21
    Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...
  • 12-02-2026, 17:59
    “Patron” tumları almayın! – Zəhərlənə bilərsiniz
  • 12-02-2026, 17:37
    “Qarant İnşaat” layihədən kənar tikinti işləri aparır? - Nəsimi rayonunda dərəbəylik - Videofakt
  • 12-02-2026, 16:54
    Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI
  • 12-02-2026, 16:38
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib
  • 12-02-2026, 16:29
    Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
  • 12-02-2026, 16:15
    Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə