• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

13-02-2026, 17:37

Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur...

Azərbaycanda qəbiristanlıqların idarə olunması ilə bağlı qanunvericilik kifayət qədər aydın və konkret görünür. Qəbiristanlıqların reyestrinin aparılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-nin səlahiyyətinə daxildir, onların idarə olunması isə bələdiyyələr tərəfindən həyata keçirilməlidir. Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” dəfn prosedurunu, torpaq normasını və təşkilati mexanizmləri detallı şəkildə müəyyən edir. Qanuna görə, qəbir yeri müraciət əsasında ayrılmalı, hər qəbir üçün 5 kvadratmetr torpaq sahəsi nəzərdə tutulmalı, proses isə şəffaf və rəsmi qaydada icra edilməlidir.

Kağız üzərində hər şey qaydasındadır. Amma reallıq tamam başqadır.

Bizimesr.az bildirir ki, bu gün xüsusilə Bakı və Sumqayıt ərazilərində qəbir yerləri faktiki olaraq açıq bazar prinsipi ilə satılır. Qiymətlər “yerinə görə” dəyişir- yol kənarı, mərkəzi hissə, “yaxşı sektor”.

Rəsmi sənədlərdə belə anlayışlar yoxdur. Amma praktikada var. 1500 manatdan başlayan qiymətlər 5 min manata, hətta bəzi hallarda 10 min manata qədər yüksəlir.

Rəsmi tarif cədvəli yoxdur, qəbz verilmir. Ödənişlərin hansı hesabda toplandığı məlum deyil. Əgər qanun qəbir yerlərinin satılmasını nəzərdə tutmursa, bu pullar hansı hüquqi əsasla yığılır? Əgər qəbiristanlıqlar bələdiyyələrin balansındadırsa, niyə bu ödənişlər rəsmi büdcə gəliri kimi görünmür? Əgər reyestr dövlət qurumunun səlahiyyətindədirsə, niyə faktiki vəziyyətlə bağlı nəzarət mexanizmi işləmir?

Qəbiristanlıqlarda “müdir” kimi təqdim olunan şəxslər fəaliyyət göstərir. Onlar qəbir yerini göstərir, qiyməti deyir, nağd ödənişi qəbul edir. Bu şəxslər hansı qurumun əməkdaşıdır? Dövlət qurumunun, bələdiyyənin, yoxsa qeyri-rəsmi şəbəkənin? Bu sualın da açıq cavabı yoxdur.
Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur...

Ən ağrılı məqam isə sosial ədalətsizlikdir. Pulu olan yaxşı yerdə dəfn olunur, pulu olmayan isə ya borc-xərc tapmağa məcbur qalır, ya cənazəni rayona aparır, ya da aşağılayıcı vəziyyətlə üzləşir. Qanun aztəminatlı ailələr üçün yardım mexanizmi nəzərdə tutur. Amma praktikada neçə nəfər bu yardımdan istifadə edib? Hansı meyarla müəyyən olunur? İctimaiyyət üçün açıq statistika yoxdur.

Belə vəziyyətdə “ölmək belə baha başa gəlir” ifadəsi artıq emosional şüar deyil, sosial reallıqdır.

Əgər qəbiristanlıqlar bələdiyyələrin balansındadırsa, rəsmi tariflər ictimaiyyətə təqdim edilməlidir. Əgər torpaq dövlət mülkiyyətidirsə, onun istifadəsi və ödəniş mexanizmi açıq izah olunmalıdır. Əgər heç bir ödəniş nəzərdə tutulmursa, bu minlərlə manatlıq məbləğlər kim tərəfindən və hansı əsasla toplanır?

Bu sahə sosial xidmət yox, faktiki olaraq qapalı kommersiya sisteminə çevrilib. Cəmiyyətin ən həssas anında - yas vaxtında vətəndaş maddi təzyiq və qeyri-rəsmi ödənişlərlə üzləşirsə, bu artıq təkcə inzibati problem deyil, idarəetmə böhranıdır.

Aidiyyəti qurumlar, bələdiyyələr və xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ictimaiyyət qarşısında açıq mövqe ortaya qoymalıdır. Qəbir yerlərinin satışı dayandırılmalı, şəffaf mexanizm qurulmalı, rəsmi tarif və hesabat sistemi tətbiq edilməlidir. Əks halda bu sahə hüquqi boşluqdan istifadə edən qaranlıq və nəzarətsiz struktur kimi qalacaq. Qəbiristanlıq insan həyatının son dayanacağıdır. Orada da ədalət yoxdursa, problem artıq təkcə torpaq məsələsi deyil bu, sistem məsələsidir.

Bu nəzarətsiz sistem isə yalnız sosial ədalətsizliyə deyil, eyni zamanda böyük maliyyə fırıldaqlarına da yol açır. Qəbir yerlərinin qeyri-rəsmi satışı sayəsində hər ay milyonlarla manat gəlir əldə edən şəxslər var. Bu gəlirlər bəzən milyardlarla manata çatır, amma ictimaiyyət və dövlət qurumları tərəfindən monitorinq edilmədiyindən, kimlərin bu pulları qazandığı və bu sistemin kimlər tərəfindən idarə olunduğu məlum deyil.

Əslində isə bu xaotik vəziyyətə aydınlıq gətirilməsi və qəbiristanlıqlara bir çəki-düzən verilməsi üçün Ədliyyə nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin borcudur. Əgər torpaqlar bələdiyyələrə verilibsə, qəbristanlıqlar bələdiyyələrin nəzarətindədirsə deməli məsuliyyətdə, cavabdehlik də, araşdırma da Bələdiyyələrlə İş Baş İdarəsinin işi olmalıdır.

Hazırda idarənin rəisi Elmin Həsənovdur. Qeyd edək ki, bu vəzifə əvvəllər Bələdiyyələrlə İş Mərkəzi adlanırdı, sonradan isə onun yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.

Ölü üzərindən milyonlarla manat qazananların aşkar edilib, birmənalı şəkildə məsuliyyətə cəlb olunması zəruridir. Təbii ki, əgər bu ölkədə qanunlar işləyirsə…

Bizimesr.az

Oxunub: 39
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

4-02-2026, 09:57

Quba-Xaçmaz Regional Təhsil İdarəsində direktor rotasiyası: qaydalar kağız üzərində, reallıq isə başqa | FOTOfakt [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-04-2025, 17:23

Bakıda üç otaqlı mənzil 2 milyon 300 min manata satılır - FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-02-2025, 14:26

Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

8-04-2024, 23:12

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, ötən gün vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlu dəfn olunub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:12
İsmayıllıda ev və köməkçi tikili yanıb
Dün, 18:09
Bakıda 2 sərnişin avtobusu toqquşdu
Dün, 18:08
Qadını şantaj edən gənc həbs olundu
Dün, 18:07
Salyanda kişi balıq bişirməyən arvadını döydü
9-10-2026, 08:58
"Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
9-10-2026, 08:42
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
Son xəbərlər
  • Dün, 18:12
    İsmayıllıda ev və köməkçi tikili yanıb
  • Dün, 18:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • Dün, 18:11
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • Dün, 18:10
    Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  • Dün, 18:10
    İtkin düşmüş 8 nəfər ötən gün tapılıb
  • Dün, 18:09
    Bakıda 2 sərnişin avtobusu toqquşdu
  • Dün, 18:08
    Qadını şantaj edən gənc həbs olundu
  • Dün, 18:08
    Bu yollarda məhdudiyyət olacaq
  • Dün, 18:07
    Salyanda kişi balıq bişirməyən arvadını döydü
  • Dün, 18:07
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 9-10-2026, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • 9-10-2026, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • 8-10-2026, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • 8-10-2026, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • 8-10-2026, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • 8-10-2026, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • 8-10-2026, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 8-10-2026, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • 7-10-2026, 10:30
    Azərbaycan Kubokunun 2026/2027 mövsümünə iki oyunla start veriləcək
  • 7-10-2026, 10:10
    Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb
  • 7-10-2026, 09:59
    Azərbaycanda yağıntılı hava müşahidə olunur
  • 7-10-2026, 09:58
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 7-10-2026, 09:27
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 6-10-2026, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • 6-10-2026, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • 6-10-2026, 18:04
    Sumqayıtda güclü yanğın oldu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə