• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ehtibar Cabbarov: Xalq üçün yaşayan və xalqı yaşadan dahi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-05-2023, 11:02

Ehtibar Cabbarov: Xalq üçün yaşayan və xalqı yaşadan dahi



Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarov - Müdriklik, mətinlik, cəsarət və qətiyyət nümunəsi olan, müasir dünya tarixinə, parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka və fitri istedad sahibi, böyük dövlət xadimi və beynəlxalq siyasət korifeyi ulu öndər Heydər Əliyev sözün əsil mənasında xalq üçün doğulmuş, xalq üçün yaşamış, xalqımızı yaşatmaq və dövlətçiliyimizi qorumaq üçün öz həyatından keçməyə hər an hazır olmuşdur.
Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev Şuşa şəhərində olarkən Azərbaycan xalqına müraciətində xalq və Ulu Öndərin ruhu qarşısında hesabat kimi qəbul edilməklə yanaşı, müasir Azərbaycan reallıqları­nın dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması baxımından xü­susi əhəmiyyət kəsb edən fikirlər söyləməsi, istər SSRİ dövründə, istərsə də müstəqillik zamanında ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlərdən danışması, bu gün Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, ölkəmizin iqtisadi və siyasi sahələrdə böyük uğurlara imza atmasını qürurla vurğulayaraq, Azərbaycanın bugünkü bütün uğurlarına görə hər birimiz ulu öndər Heydər Əliyevə borcluyuq deməsi heç də təsadüfü deyildir.
Ulu öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmiş, Azərbaycan dövlətinin müstəqilliyi və Azərbaycan xalqının rifahı naminə öz həyatını itirmək təhlükəsi ilə üz-üzə qoymuş, lakin heç vaxt öz əqidəsindən, müqəddəs amalından geri çəkilməmişdir.
Danılmaz faktdır ki, Azərbaycan xalqının nicatı, ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin bəhrəsidir. Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdir. Milyonların sevimlisi olan Heydər Əliyev bütün ömrünü xalqa xidmətə həsr etmiş, müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüşdür.

Ehtibar Cabbarov: Xalq üçün yaşayan və xalqı yaşadan dahi


Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir.
Vətəni və xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkənin hər yerində və ölkə hüdudlarından kənarda, hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə silsilə tədbirlər keçirilir. Ümummilli Liderin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları yeni nəslə aşılanır.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.
İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Dahi şəxsiyyətin xarakterində və fəaliyyətində, doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi. Ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Hər il yüzlərlə gənc müxtəlif, mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi. SSRİ rəhbərliyi tərəfindən təqiblərə və qarşısına qoyulan məhdudiyyətlərə baxmayaraq bu günkü Qalib, Mətin Azərbaycan Ordusunun yetişməsi üçün Naxçıvanski Hərbi Məktəbini yaratdı.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir.
Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması, qürurverici hadisə olmaqla, Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu və nəticədə Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.
1990-cı illərin əvvəllərində Sovet İmperiyası çökdükdən sonra ölkəmizi bürümüş xaosdan yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Bəli, Heydər Əliyev də Tanrının Azərbaycan xalqına bəxş etdiyi, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi idi.
90-cı illərin əvvəlində tüğyan edən separatçılıq, etnik parçalanma meyllərinin qarşısı Heydər Əliyevin iradəsi ilə alındı. Onun sayəsində üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul olundu, Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Ulu Öndərin qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində Qərb şirkətləri ilə aparılan danışıqlar məntiqi sonluqla yekunlaşdı. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bununla da respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının təməli qoyuldu.
Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi.
“Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyən Ümummilli Lider bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr etmiş, xalqın xoşbəxt gələcəyi üçün canından keçməyə belə hazır olmuşdur. Azərbaycanlı olmağı ilə fəxr edən dahi, misilsiz fəaliyyəti ilə “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamını reallığa çevirmiş, özünün Azərbaycanda əbədi olmasını təmin etmişdir.
Ümummilli Lider Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir irs, milli sərvət olan–“Heydər Əliyev dövlətçilik məktəbi”ni yaratmışdır. Ulu Öndər "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək, xalqa, müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi və zaman Heydər Əliyevin bu inamını təsdiq etdi.
Bu gün Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəliyə aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.
Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz fəaliyyətinin nəticəsi kimi qeyd edilir.
Bəli, Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxardı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə Azərbaycanın daha da inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdı.
Bu gün xalqımızın hər bir nümayəndəsi Ulu Öndərin yaratdığı Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və qürur duyur.
Azərbaycanlı olması ilə daim fəxr edən Ulu Öndər qürur yerimizdir və qədirbilən xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq, Heydər Əliyev dühasının siyasi uzaqgörənliyinin nəticələri xalqımıza daim uğurlar gətirəcəkdir.

Oxunub: 197
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-05-2023, 16:12

Fərmayıl Qasımov: Bütün uğurlarımızın əsasında Ulu Öndərin gücü, müdrikliyi dayanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-05-2023, 14:18

Elgiz İsmailov: Modern millətlər qurucu liderləri ilə tanınır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-05-2023, 14:13

Cəmilə xanım Talıbova: Dünya azərbaycanlılarının arzusunu çin oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-05-2023, 13:09

Cabir Hüseyinov: Gələcək nəsillərin xoşbəxt yaşaması üçün dəyərli miras [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-05-2023, 11:47

Şahin Xurşudov: Güclü və dəmir iradəli şəxsiyyət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sürücülərin nəzərinə!
Kərkicahana yola salınan köç ünvana çatdı
Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
Hadisə
20-12-2025, 18:10
Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
20-12-2025, 18:05
Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
20-12-2025, 13:20
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
19-12-2025, 15:47
9-cu sinif şagirdi ağır xəsarət aldı
18-12-2025, 11:14
34 vətəndaşımız Almaniyadan geri qəbul edildi
17-12-2025, 10:54
Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı
Son xəbərlər
  • 20-12-2025, 18:12
    Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü
  • 20-12-2025, 18:10
    Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
  • 20-12-2025, 18:09
    Sürücülərin nəzərinə!
  • 20-12-2025, 18:08
    Kərkicahana yola salınan köç ünvana çatdı
  • 20-12-2025, 18:07
    Goranboyda 13 yaşlı qız dəm qazından öldü
  • 20-12-2025, 18:05
    Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
  • 20-12-2025, 14:19
    Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
  • 20-12-2025, 13:30
    Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
  • 20-12-2025, 13:27
    Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
  • 20-12-2025, 13:24
    ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun - İlk görüşü keçirildi
  • 20-12-2025, 13:22
    Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
  • 20-12-2025, 13:20
    Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
  • 20-12-2025, 13:18
    Həftəsonunun havası
  • 19-12-2025, 21:09
    Azərbaycanın FİFA referilərinin sayı artdı
  • 19-12-2025, 21:07
    Mirziyoyev İlham Əliyevi təbrik etdi
  • 19-12-2025, 21:05
    Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
  • 19-12-2025, 21:02
    Karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 21:01
    “Fənərbaxça” prezidentinin evində axtarış aparıldı
  • 19-12-2025, 20:59
    Trampın dəstəklədiyi qanun ABŞ-də təsdiqləndi
  • 19-12-2025, 15:50
    “Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”
  • 19-12-2025, 15:48
    "Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
  • 19-12-2025, 15:47
    9-cu sinif şagirdi ağır xəsarət aldı
  • 19-12-2025, 15:45
    Vəkil adından qanunsuz istifadəyə görə cərimələrdə dəyişiklik
  • 19-12-2025, 15:40
    Uşaq ölümlərinin sayı 30 faiz azalıb
  • 19-12-2025, 13:22
    “Prezidentin bu ölkəyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır”
  • 19-12-2025, 13:19
    Onların cəzası 6 ay azaldılacaq
  • 19-12-2025, 13:18
    Ölkə üzrə 3500-dən çox vərəmli xəstə qeydiyyata alınıb
  • 19-12-2025, 13:16
    Si Cinpin Prezidenti təbrik etdi
  • 19-12-2025, 13:14
    Prezidentdən 1,4 milyonluq - Sərəncam
  • 18-12-2025, 14:26
    Bu institutun əməkdaşları təltif edildi - Siyahı
  • 18-12-2025, 14:24
    Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı - Sərəncam
  • 18-12-2025, 14:23
    İlham Əliyev onları təltif etdi - Siyahı
  • 18-12-2025, 14:22
    21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi
  • 18-12-2025, 14:20
    Maşın təyyarəsini zədələdi
  • 18-12-2025, 14:19
    Məcnun Məmmədov Omanın iqtisadiyyat naziri ilə görüşdü
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə