• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səkinə Sadıqova: Uğurlu və nümunəvi Azərbaycan modeli [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-06-2023, 12:05

Səkinə Sadıqova: Uğurlu və nümunəvi Azərbaycan modeli



Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova - “Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altıında uğurlu və nümunəvi enerji siyasəti həyata keçirilir. Azərbaycan digər sahələrdə olduğu kimi enerji sahəsində də öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və planlaşdırılan qaydada icra edərək özünü dünya miqyasında sözünəbütöv, etibarlı tərəfdaş kimi tanıtmışdır. Bununda nəticəsi olaraq ölkəmiz tərəfindən böyük enerji layihələri icra olunur, dünyanın tanınmış enerji şirkətləri ilə müqavilələr bağlanır və Azərbaycan bir sıra dünyamiqyaslı enerji tədbirlərinə ev sahibliyi edir. Ötən həftə Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə - Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gas və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgilərinə ev sahibliyi etdi. Bu cür qlobal əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi bir daha göstərir ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rola malikdir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak və çıxış etdi. Dövlətimizin Başçısı çıxışında “Əsrin müqaviləsi” haqqında danışaraq bildirdi ki, “Əsrin müqaviləsi”-nin imzalanması ölkəmizdə vəziyyəti təmamilə dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

Qeyd edək ki, həmin dövrlərdə Azərbaycanda hər bir sahədə böhran hökm sürürdü. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Azərbaycan xalqının Ümumilli Lideri, xilaskarı Heydər Əliyevin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Bununla da ölkəmiz üzərindən qara buludlar çəkildi, Azərbaycanın sürətli inkşaf dövrü başladı. Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi enerji sahəsində də bu siyasəti uğurla davam və inkşaf etdirir.

Daha sonra Azərbaycan Lideri Bakı Enerji Həftəsinin, enerji sahəsində aparıcı beynəlxalq tədbir olduğunu bildirərək ABŞ Prezidenti CoBaydenin və Böyük Britaniyanın Baş naziri Sunakbunun tədbirə öz məktublarını ünvanladıqlarını vurğuladı. Tədbirin beynəlxalq əhəmiyyəti Azərbaycanın dünya miqyasında artan nüfuzundan və etibarlı tərəfdaş olmasından xəbər verir.

Çıxışında ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasəti haqqında bəhs edən cənab Prezident Azərbaycanın nəhəng enerji infrastrukturu yaratdığını və Avrasiyanın enerji xəritəsini dəyişdirdiyini diqqətə çatdırdı. Eyni zamanda enerji sahəsindəki perspektiv planlar haqqında bəhs edən cənab İlham Əliyev dünyada Azərbaycan qazına ehtiyacın artmaqda olduğunu bildirdi: “Təqdirəlayiq hal olaraq qeyd etmək lazımdır ki, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsidir ki, bu gün dünya dövlətlərinin enerjiyə olan təlabatının artmasına paralel olaraq ölkəmizin dünyanın enerji təhlükəsizliyi sahəsindəki rolu və əhəmiyyəti də artmaqdadır.”

Mayın 28-də iki əlamətdar gün yaşadıq. Cümhuriyyətimizin 105-ci ildönümü günü Laçına da dönüş oldu. Prezident İlham Əliyev bu əlamətdar günləri Laçın şəhərində qeyd etdi və buradan çox ciddi mesajlar səsləndirdi. Müstəqillik gününü Laçına öz yurd-yuvasına qayıdan ailələrlə görüşən dövlət başçısı bununla bir daha istər Ermənistanda revanş istəyi ilə alışıb-yanan, istərsə də radikal erməni separatçılarına hamilik edənlərə növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan dövləti üçün onun ərazi bütövlüyü, təhlükəsizliyi və vətəndaşlarının öz doğma yurd-yuvasında azad-firavan yaşaması ən prioritet məsələdir və Azərbaycanı heç bir qüvvə bu yoldan döndərə bilməz.

Bu gün Prezident İlham Əliyevin həm beynəlxalq siyasi sferada həm də həyata keçirdiyi fəaliyyətin bir istiqaməti var: Azərbaycanı daha da gücləndirmək, Azərbaycanı bundan sonra da güclü dövlət kimi saxlamaq, heç kimdən və heç nədən asılı olmayan regional gücə çevirmək. İndiki şərtlərdə güclü iqtisadiyyat qeyd edilən məsələnin başlıca şərtidir və ölkə başçısının bu yöndə həyata keçirdiyi islahatlar, imzalanan müqavilələr, strateji tərəfdaşların çoxaldılmasına yönəlmiş siyasət bu məqsədə xidmət edir. Cənab Prezident müraciətində həmin siyasətin prioritet istiqamət təşkil etdiyini və qələbəmizin əsası olduğunu qeyd edərək dedi: “Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.”
Səkinə Sadıqova: Uğurlu və nümunəvi Azərbaycan modeli

44 günlük müharibədən sonra regionda yaranan yeni geosiyasi konfiqurasiyanın Azərbaycanın adı ilə bağlı olduğunu nəzərə alsaq, demək ki, rəsmi Bakı düzgün yol xəritəsi çızıb. Bu gün artıq Azərbaycan regionun və Avrasiya qitəsinin əsas aktoruna çevrilmək istiqamətində çox iri layihələrin yükünü çiyninə götürmək gücündə olduğunu bütün dünyaya nümayiş etdirməkdədir.

İkinci Qarabağ müharibəsini şanlı tariximizin parlaq və unudulmaz səhifəsi adlandıran cənab Prezident gənclərimizin Vətən sevgisinin qələbədə payının daha çox olduğunu vurğuladı. Bu da onu göstərir ki, dövlətin, onun rəhbərinin həyata keçirdiyi gənclər siyasəti öz bəhrəsini vermişdir: “ Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır.”

ATƏT-in Mİnsk qrupunun fəaliyyətini, daha doğrusu fəaliyyəsizliyini 30 ildə çox gördük. Aydın oldu ki, beynəlxalq müstəvidə haqqı, ədaləti müdafiə edən azdır. Ayrı-ayrı maraqlardan çıxış edən beynəlxalq güclər, bir sıra dövlətlər ikili standartlara üstünlük verməkdə davam edirlər. Məhz buna görə də Qarabağ konfliktinin həll edilməsi məsələsi 30 ildən çox çəkdi. Yalnız öz gücümüzə, güclü iqtisadiyyatımıza və ordumuza arxalandıqdan sonra qələbəyə nail olduq. Və bu qələbədən sonra artıq nə vasitəçiyə, nə də ikili oyun oynayanlara ehtiyacımız yoxdur. İndi Azərbaycan dövləti, onun lideri diqtə edir və qəbul edilir. Cənab Prezident bunu açıq və net şəkildə diqqətə çatdırdı: “Yəni, bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın.”
Səkinə Sadıqova: Uğurlu və nümunəvi Azərbaycan modeli

Bəli, reallıq budur. Bu reallığı yaradan isə öz güclü siyasəti və xarizmatik liderliyi ilə liderə çevrilən müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun qələbədən sonrakı dövrdə həyata keçirdiyi siyasət hətta rəqiblərimizi mat qoyur. İşğaldan azad olunmuş torpaqlarımızı cənnətə çevirəcəyini söyləyən cənab Prezident bu gün vədini reallaşdırır. Həmişə olduğu kimi o, yenə də vədinə sadiq Prezident obrazını nümayiş etdirir. Ən əlamətdar günləri Qarabağda - Şuşada, Laçında, Kəlbəcərdə qeyd edən ölkə başçısı bu quruculuq, abadlıq işlərindən həzz aldığını gizlətmir, Vətənin hər qarış torpağının laləzara çevrilməsi üçün əlindən gələni edir. İndi o torpaqlarda elə bir yer, elə bir obyekt yoxdur ki, cənab Prezident İlham Əliyevin izi olmasın.

Mövcud reallıqlar fonunda hələ də Ermənistan sülh prosesindən yayınmağa mənasız cəhdlər edir. Təbiidir ki, bu cəhdlərin arxasında ermənilərin havadarları dayanır. Amma vəziyyət onların düşündüyü kimi deyil. Cənab Prezidentin qeyd elədiyi kimi, Azərbaycan 30 il bundan əvvəlki gücsüz, ordusuz, hakimiyyətsiz Azərbaycan deyil. İndi dövlətimzin gücü də, qüdrəti də problemi kökündən və vasitəçilərsiz həll etməyə çatır.

Cənab Prezidentin qeyd etdiyi “İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.” fikri bu reallıqları diqtə edir. Ölkə başçısı inamlıdır, qətiyyətlidir, atdığı addımların haraya varacağını əvvəldən hesablayır və həyata keçirdiyi siyasətdəki ardıcıllıq, xalqın dəstəyi onun gücünü birə beş artırır.
Səkinə Sadıqova: Uğurlu və nümunəvi Azərbaycan modeli

Cənab Prezident Laçından həm Ermənistana, həm də separatçılara ciddi mesajlar da ünvanladı. Ermənistanın vəziyyəti məlumdur və artıq bizim dediklərimizi təkrarlamaq məcburiyyətindədir. Əks təqdirdə onun bir dövlət kimi varlığını itirmək təhlükəsi qalmaqdadır. Separatçılara gəlincə, ölkə başçısı onları mövcud reallıqları dərk etməyə, yapışdıqları “saman çöpünü” buraxıb insan kimi yaşamağa dəvət etdi: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər.”

Bu Azərbaycanın qəti mövqeyidir. Bu, Azərbaycan liderinin humanist mövqeyidir. Bu, Azərbaycanın erməni havadarlarına son müraciətidir. Xalqına, dövlətinə, həyata keçirdiyi siyasətin dürüstlüyünə və milli mənafelərə hədəfləndiyinə əmin olan bir Liderin əzilmiş, darmadağın olmuş düşmənə uzatdığı əldir. Ermənilər ya bu əli tutub ayağa qalxacaq, adam kimi, vətəndaş kimi yaşayacaqlar, ya da rədd olub havadarlarının qucağına sığınmaq üçün bu torpaqları tərk edəcəklər. Üçüncü yol yoxdur və olmayacaq! Ermənistan sülh istəmədiyi halda bu, onun tarixi fəlakəti olacaq.

Oxunub: 108
Paylaş:
Digər xəbərlər

---

4-06-2023, 12:00

Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

1-06-2023, 15:21

Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə maraq ildən-ilə yüksəlir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-05-2023, 12:36

İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-05-2023, 11:10

Prezident ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-05-2023, 10:35

Prezident açılış mərasimində çıxış edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
"Dominos Pizza"da 5500 manatlıq oğurluq
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - ŞOK FAKTLAR
Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."
Hadisə
18-02-2026, 18:18
Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
14-02-2026, 13:11
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
Son xəbərlər
  • Dün, 22:42
    DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
  • Dün, 18:52
    Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
  • Dün, 18:19
    Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
  • Dün, 17:49
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
  • Dün, 17:35
    Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
  • Dün, 17:22
    Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • Dün, 17:09
    Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
  • Dün, 16:40
    "Dominos Pizza"da 5500 manatlıq oğurluq
  • Dün, 16:14
    Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - ŞOK FAKTLAR
  • Dün, 15:52
    Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı – Video
  • Dün, 15:15
    Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."
  • Dün, 13:36
    Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
  • Dün, 13:00
    AYNA-nın “Azparking”i özünü doğrultmadı: Narazılıq artır – Foto
  • Dün, 12:24
    İşdən çıxan işçini belə 'zibilə salırlar' - GİLEY
  • Dün, 11:52
    İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA
  • Dün, 11:26
    Fəhlə "Preso" şirkətini məhkəməyə verdi,rəhbər şəxs ölkədən qaçıb? — YENİ DETALLAR /VİDEO
  • Dün, 10:49
    Üzeyir Yusifov “Azərenerji”də “kor xəlifə kimi” -Balababa Rzayevin susqunluğu isə,...
  • Dün, 10:25
    QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
  • Dün, 09:35
    Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Keyfiyyətsiz ehtiyyat hissələri və...
  • Dün, 09:14
    500 minlik şəhərin səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıxova: Korrupsiya iddiaları və təyinat qalmaqalı
  • 19-02-2026, 18:54
    Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq əməllərini ört-basdır edirmiş -ŞOK faktlar
  • 19-02-2026, 18:30
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • 19-02-2026, 17:56
     Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb: Lap tapmacadır... - ARAŞDIRMA
  • 19-02-2026, 17:27
    Günay Muradova rezidentura təhsili olmadığı halda, Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatını necə ala bilib?..
  • 19-02-2026, 16:43
    Prezident fərman verir – Xətaidə isə qanun işləmir?
  • 19-02-2026, 16:10
    “TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”
  • 19-02-2026, 15:36
    Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
  • 18-02-2026, 18:48
    "Axios": Trampın səbri tükənir, İranla böyük müharibə ehtimalı 90%-dir
  • 18-02-2026, 18:30
    Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edilib
  • 18-02-2026, 18:18
    Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
  • 18-02-2026, 17:59
    Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi
  • 18-02-2026, 17:46
    Məşhur kollecin direktorunun ailəsində ALİMENT QALMAQALI - Milyonluq mülklər, çarəsiz buraxılan azyaşlılar
  • 18-02-2026, 17:23
    “MSDİS Holding”in dövlətə vergi borcu 20 milyon manata yaxınlaşıb
  • 18-02-2026, 16:49
    269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub? - GİLEY
  • 18-02-2026, 16:22
    Xaraba günə qalan YARDIMLI... - Rəsmən sahibsiz qalıb...
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə