Nigeriyanın şimalındakı Zamfara ştatında yerləşən mədəndə torpaq sürüşməsi nəticəsində azı 18 nəfər həyatını itirib, bir neçə nəfər isə itkin düşüb.
Hadisə cümə axşamı Maro bölgəsinin Kaduri kəndi yaxınlığında güclü yağışlardan sonra nəhəng qayanın mədən üzərinə aşması nəticəsində baş verib.
Xilasetmə işlərinə qatılan mədənçilərdən biri — Sani Lavali bildirib ki, indiyədək 18 nəfərin meyiti çıxarılıb, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Onun sözlərinə görə, hələ də 12 fəhlə mədəndə qalıb və onların taleyi məlum deyil. Axtarış-xilasetmə əməliyyatı davam edir.