Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Türk axını" qaz kəmərində təxribat hazırlandığını iddia edib.
"Gundelikxeber.org"un İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu barədə o, MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətlərinin Rəhbərləri Şurasının 57-ci iclasında çıxışı zamanı bildirib.
"Əlimizdə Ukrayna kəşfiyyat xidmətlərinin "Türk axını" qaz kəmərinə qarşı təxribat hazırlaması ilə bağlı məlumatlar var", - deyə o qeyd edib.