“Qəbul etməliyik ki, sülh bizim üçün tanış olmayan bir haldır”.
“Gundelikxeber.org” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin 2026-cı il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
"Ermənistan Respublikası sülhün nə demək olduğunu bilmir, çünki biz müstəqilliyin ilk günündən münaqişə vəziyyətində olmuşuq”, - Baş nazir bildirib.
Paşinyan həmçinin Azərbaycanla sülhü qorumağın və institutlaşdırmağın vacibliyini vurğulayıb.