"ABŞ Ukrayna münaqişəsi ilə bağlı tamaşa oynayır, Prezident Donald Trampın itkilərlə bağlı dedikləri isə söz-söhbətdən başqa bir şey deyil”.
“Gundelikxeber.org” “BELTA” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
“Qorxuram ki, amerikalıların Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı mövqeyi səhnələşdirilmiş tamaşa olsun. Son məlumatlar da bundan xəbər verir. Belə olmasını heç istəməzdim. İstərdim ki, bu müharibəni lazımi qaydada bitirək. Burada oyun oynamağın yeri yoxdur. Çünki, elə həmin Trampın dediyi kimi, çoxlu sayda insan həlak olur. Amma bunlar sadəcə söhbətlərdir", - Lukaşenko deyib.