Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli təyyarənin “qara qutu”su tapılıb.
"Gundelikxeber.org” Türkiyənin “NTV” portalına istinadən xəbər verir ki, “qara qutu” axtarış-xilasetmə qruplarının ərazidə həyata keçirdiyi əməliyyat zamanı tapılıb.
Məlumata görə, qəza yerindən toplanan materiallar təhlil edilməsi üçün Kayseridə hərbi hissəyə göndəriləcək.