Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermakın mənzilində axtarış aparılır.
“Gundelikxeber.org” xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” yayıb.
Bildirilib ki, axtarış Ukraynanın Milli Antikorrupsiya Bürosu və ölkənin Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu tərəfindən həyata keçirilir.