• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

GENERAL ƏBİYEVİN "SİRLİ" SUSQUNLUĞU... -Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

25-04-2025, 15:47

GENERAL ƏBİYEVİN "SİRLİ" SUSQUNLUĞU... -Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb...

Bu il yanvarın 27-də 75 illik yubileyini qeyd edən Azərbaycanın keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyev uzun müddətdir ictimaiyyət arasında görünmür. Maraqlıdır, 18 il (1995-2013) nazir postunu tutmuş Əbiyev 44 günlük müharibə dövründə, Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da susmağa üstünlük verdi.

Başqa ölkələrdə vəzifədən gedən nazirlər, generallar ordu ilə əlaqəsini kəsmir, bayramlarda, təntənəli mərasimlərdə ön sırada olur, daim media ilə əlaqə saxlayır, ölkədə, regionda baş verən proseslərlə bağlı fikirlərini bölüşür. Lakin general-polikovnik Əbiyev bundan uzaqdır və bilmək olmur, ona bununla bağlı qadağa qoyulub, ya özü bunu istəmir? Amma əslində, onun münasibət bildirməsi vacib olan çox hadisələr baş verib. Elə Müdafiə Nazirliyində vaxtı ilə onun yerləşdirdiyi kadrların nəhəng korrupsiya əməlləri, onların həbsi, məhkəmədə verdiyi ifadələr keçmiş nazir kimi onu da narahat etməli idi.
GENERAL ƏBİYEVİN "SİRLİ" SUSQUNLUĞU... -Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb...

Xüsusi ilə keçmiş baş qərargah rəisi, 44 günlük müharibənin ilk həftəsində vəzifədən qovulan, haqqında çoxsaylı ittihamlar səsləndirilən Nəcməddin Sadıkov haqda ən bilgili adam elə cənab Əbiyevdir. Məntiqlə vicdanlı, öz ordusuna, dövlətinə canı yanan, rütbəsinə hörmət qoyan bir general, nazir Sadıkov kimisi barədə susmalı deyil. Lakin məlum keyfiyyətlərdən məhrum olan və Sadıkovdan geri qalmayan birisindən fədakarlıq gözləmək də mənasızdır. Digər yandan, elə Sadıkov da yəqin ki, Əbiyev haqda az şey bilmir. Ona görə də, susmaq hər ikisi üçün daha sərfəlidir. Həm də zatən onlara kimsənin “gözün üstə qaşın var” demədiyi bir vaxtda...

Əbiyevin memuar yazıb-yazmadığı məlum deyil, yazsaydı, heç şübhəsiz bestsellərə çevrilə bilərdi.

Keçmiş nazir haqda mediada yazılanlara diqqət etdikdə onun belə “xırda-para” işlərə ayrımağa vaxtının olmadığı qənaəti yaranır. Çünki 18 il nazir olduğu dövrdə o qədər nəhəng sərvət qazanıb ki, onu idarə etmək 75 yaşlı insan üçün çətin məsələdir. Ona görə də yəqin ki, Azərbaycanda, Rusiyada, Avropada, Şərq ölkələrində Əbiyevə məxsus biznes imperiyasını onun iki oğlu və yaxın qohum-əqrəbası idarə edir.
GENERAL ƏBİYEVİN "SİRLİ" SUSQUNLUĞU... -Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb...

Mətbuat yazır ki, vəzifədən getdikdən sonra general-polkovnik əsasən Azərbaycandan kənarda - vətəndaşlığını aldığı Çexiyada dəbdəbəli malikanəsində yaşayır. Onun özü bu barədə xəbərləri təkzib etməyib, amma deyib ki, Azərbaycanı birdəfəlik tərk etməyib.

Mətbuatın yazdığına görə, general Əbiyevin Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var. Əbiyevin əsas biznes imperiyası isə Rusiyadadır. Qeyd olunur ki, Moskvadakı məşhur ”Pakrovka"da ticarət obyektləri, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi var. İddia olunur ki, Səfər Əbiyev bahalı avtomobil həvəskarıdır, onun şəxsi qarajında olan lüks avtomobillərin ümumi dəyəri milyonlarla ölçülür.

İddialardan biri də Səfər Əbiyevin uzun müddət Müdafiə Nazirliyinin geyim sifarişlərini həyata keçirən “Baki Əyirici Toxucu” ASC və Bakı Tikiş Evi fabrikinin vaxtilə onun nəzarətində olmasıdır.

Bundan başqa sabiq nazirin paytaxtın, eləcə də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda villasının, mənzillərinin, biznes obyektlərinin olduğu bildirilir.

Mətbuat Səfər Əbiyevin Müdafiə Nazirliyinə aid hektarlarla torpaq sahələrini ələ keçirərək mənimsədiyi haqda da yazıb.

İddia olunur ki, Səfər Əbiyev Ə.Ələkbərov küçəsində 6 hektar torpaq sahəsinin, keçmiş Ali Hərbi Məktəbin 10 hektarlıq parkının, Biləcəri qəsəbəsindəki bazanın 20 hektarlıq ərazisinin, Badamdar qəsəbəsində hərbi hissələrin hektarlarla ərazisinin, Həzi Aslanov qəsəbəsində hektarlarla sahənin, Montin qəsəbəsində hərbi müəssisə və zavodların ərazisinin, Masazırda köhnə hərbi kolxozun ərazisinin, Köhnə Əhmədlidə, Zığ qəsəbəsində, Dərnəgüldə, Qalada, Pirallahıda, Pirşağıda 10 hektarlarla ərazinin ayrı-ayrı şəxslərə və qurumlara satılmasına şərait yaradıb. İddialara görə, Səfər Əbiyevin nazir postunda təmsil olunduğu müddətdə Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirib.
GENERAL ƏBİYEVİN "SİRLİ" SUSQUNLUĞU... -Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb...

Bundan əlavə, Qubada 100 hektardan çox torpağın, 30-dan çox avtomobil olan avtoparkın, Yasamal rayonu ərazisində, Statistika Komitəsi ilə üzbəüz çoxmərtəbəli binada bir neçə mənzilin, "Avropa" otelinin yanındakı çoxmərtəbəli binada 5 mənzilin, Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli binanın, Səməd Vurğun küçəsində villanın və çoxmərtəbəli binada mənzillərin, "Sahil" metrosu yanında çoxmərtəbəli binada mənzillərin, Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada və Nabranda möhtəşəm villaların, Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super-marketləri, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatının da Əbiyevin sərvətləri arasında olduğu iddia edilir.
GENERAL ƏBİYEVİN "SİRLİ" SUSQUNLUĞU... -Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb...

Bu məlumatlardan sonra nəhəng var-dövlət yığmış keçmiş nazirin ictimaiyyət arasında görünməməsi, özünü unutdurmağa çalışması təbii görünə bilər. Əbiyev yaxşı bilir ki, sərvəti qorumağın ən yaxşı yollarından biri budur. Mediada danışıb özünü tərifləyən, cəmiyyətə məsələhət verən, yol göstərən həmkarlarının aqibətinin heç də yaxşı olmadığı ona məlumdur. Odur ki, uzaq Çexiyada məskunlaşan və Azərbaycanın sərvətlərini xaricə daşıyanlar arasında özünəməxsus yeri olan Səfər Əbiyev “susmaq qızıldır” prinsipini rəhbər tutaraq, “qızılını” – var-dövlətini qorumaqla, saxlamaqla məşğuldur...(Azpolitika)

Oxunub: 33
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

30-05-2024, 12:02

Kəşmir məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir - Nazir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-02-2024, 12:54

General Ragim Lətifov vəzifəsindən azad olundu - Digər nazir müavinləri isə... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-01-2024, 12:41

Hikmət Mirzəyev nazir müavini təyin edildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

7-11-2023, 14:09

Prezident onlara general-mayor rütbəsi verdi - SƏRƏNCAM [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-07-2023, 12:33

Nazir icra başçısının oğluna yüksək vəzifə verdi - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar - İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
"İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
İcra başçısının müavini işdən çıxdı - ƏMR
Hadisə
Dün, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
3-02-2026, 09:42
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Bugün, 18:32
    Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
  • Bugün, 18:07
    Rektor Yusif Yusibova qarşı ağır ittihamlar - İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
  • Bugün, 17:42
    AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
  • Bugün, 17:13
    Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
  • Bugün, 16:54
    “Sizin liderliyiniz Cənubi Qafqaz regionunda sülhə mühüm töhfələr vermişdir”
  • Bugün, 16:26
    "İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
  • Bugün, 15:58
    İcra başçısının müavini işdən çıxdı - ƏMR
  • Bugün, 15:19
    Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…
  • Bugün, 14:16
    Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
  • Bugün, 13:56
    Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
  • Bugün, 13:20
    İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir
  • Bugün, 13:02
    Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
  • Bugün, 12:18
    MASALLIDA MƏMURLAR SAHİBKARA MANE OLURLAR
  • Bugün, 11:23
    Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var
  • Bugün, 10:48
    Mustafa Tayat ölkədən bu qədər valyuta çıxarıb
  • Bugün, 10:11
    İXTİSAS YOX, İDDİA VAR: EKOLOGİYA NAZİRLİYİNDƏ MÜMKÜN QANUN POZUNTUSU
  • Bugün, 09:54
    “İdrak” liseyi bağlanır?
  • Bugün, 09:14
    Saleh Məmmədovun "tender kralı" olan ATF MMC-si bitdi
  • Dün, 18:40
    İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • Dün, 18:24
    ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • Dün, 18:12
    Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT
  • Dün, 17:42
    “Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
  • Dün, 17:17
    “Universal hospital” insanları belə zəhərləyir…-Videofakt
  • Dün, 16:22
    Bakıda AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala salıb
  • Dün, 16:03
    Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Dün, 15:52
    İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
  • Dün, 14:58
    Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
  • Dün, 14:33
    Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
  • Dün, 14:18
    Lamiyə Vəliyeva rekorda imza atdı
  • Dün, 13:57
    Kəmaləddin Qafarovun şirkəti 10,7 milyon manatlıq sifariş alıb?
  • Dün, 12:33
    Oftalmologiya kafedrasında dosent və tədris işləri üzrə müdir müavini Vəfa Məmmədova PREZİDENTƏ MÜRACİƏT ETDİ
  • Dün, 12:29
    “Lombard №1” faizləri özbaşına hesablayıb
  • Dün, 12:09
    Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi:Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü
  • Dün, 11:44
    İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
  • Dün, 11:30
    Bu şəxslər YAP sədrinin müavini olmaq üçün hərkətə keçdi-ŞOK İDDİA!-ŞOK ADLAR...!
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə