• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

Bugün, 14:16

Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...

Azərbaycanda yüzlərlə məktəbin illərlə direktorsuz qalması artıq təsadüfi hal deyil, sistemli problemə çevrilib. Son olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən 6 məktəbə direktor təyinatı həyata keçirilib. Bu fakt özü göstərir ki, həmin məktəblər uzun müddət rəhbərsiz fəaliyyət göstərib.

Təyin olunan direktorlar aşağıdakılardır:

Günel Vilayət qızı Hacıyeva – Gəncə şəhəri 8 nömrəli məktəb;

Pərvanə Qurban qızı Həmidova – Gəncə şəhəri 38 nömrəli məktəb;

Leyla Hümbət qızı Camalzadə – Gəncə şəhəri 25 nömrəli məktəb;

Günel Oruc qızı Muradova – Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-lisey;

Günel Elçin qızı Məmmədova – Samux şəhəri 3 nömrəli məktəb;

Seymur Vaqif oğlu Məmmədov – Gəncə şəhəri 19 nömrəli məktəb.

Bizimesr.az bildirir ki, bu siyahı sadəcə bir bölgəni əhatə edir. Halbuki ölkə üzrə yüzlərlə məktəbin direktor vəzifəsi uzun müddətdir vakantdır.

Məktəb direktorsuz necə idarə olunur?

Direktor məktəbin əsas idarəedici fiqurudur. O, yalnız inzibati rəhbər deyil, həm də tədris prosesinin təşkili, müəllim heyətinin koordinasiyası, maliyyə və təsərrüfat məsələlərinin icrası, valideyn-məktəb münasibətlərinin qurulması və nizam-intizamın qorunmasına cavabdeh şəxsdir.

Direktorsuz qalan məktəblərdə adətən səlahiyyətlər müvəqqəti olaraq direktor müavinlərinə həvalə edilir. Lakin bu model uzunmüddətli və effektiv idarəetmə mexanizmi hesab edilə bilməz. Müvəqqəti icra mexanizmi strateji qərarların qəbulunda passivlik yaradır, məsuliyyət bölgüsünü zəiflədir və ümumi idarəetmə keyfiyyətini aşağı salır.

Səbəb nədir? Elm və təhsil Nazirliyi uzun müddətdir direktorların işə qəbulu üçün müsabiqə və müsahibə mərhələləri tətbiq edir. Rəsmi arqument ondan ibarətdir ki, guya şəffaf və keyfiyyətli seçim mexanizmi formalaşdırılır. Lakin nəticə ortadadır: yüzlərlə məktəb rəhbərsiz qalıb.

Bu vəziyyət də bir neçə sual doğurur - seçim mexanizmi həddindən artıq bürokratik və ləngdirmi?
Kadr ehtiyatı çatışmır, yoxsa sistem potensial namizədləri kənarda saxlayır?

Əgər problem kadr çatışmazlığıdırsa, bu, təhsil siyasətinin strateji uğursuzluğu deməkdir. Əgər problem prosedur ləngiməsidirsə, bu zaman məsuliyyət birbaşa idarəetmə strukturlarının üzərinə düşür.

Azərbaycanda təhsil sistemi onsuz da müxtəlif problemlərlə üz-üzədir, kadr çatışmazlığı, infrastruktur fərqləri, regionlararası keyfiyyət uçurumu, müəllimlərin motivasiya məsələləri və s. Bu fonda məktəblərin direktorsuz qalması vəziyyəti daha da ağırlaşdırır.

Nazirlik üçün prioritet deyilmi?

Ortaya çıxan mənzərə onu göstərir ki, direktor təyinatları operativ və sistemli şəkildə həyata keçirilmir. Halbuki məktəb rəhbərliyi təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir. Əgər yüzlərlə məktəb illərlə rəhbərsiz qalırsa, bu artıq texniki məsələ deyil, idarəetmə prioritetinin göstəricisidir.

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi sistem qarşısında açıq sual dayanır - məktəblərin uzun müddət direktorsuz qalması hansı strategiyanın tərkib hissəsidir və bu vəziyyətin aradan qaldırılması üçün konkret yol xəritəsi varmı?
Ədil Hüseynov
Bizimesr.az

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2025, 16:33

Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunu ordenlə təltif edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

15-09-2025, 14:43

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub/FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

21-07-2025, 18:04

Media nümayəndələri təltif edildi - Siyahı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

21-06-2025, 15:41

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
İcra başçısının müavini işdən çıxdı - ƏMR
Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…
Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
Hadisə
Dün, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
3-02-2026, 09:42
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Bugün, 16:54
    “Sizin liderliyiniz Cənubi Qafqaz regionunda sülhə mühüm töhfələr vermişdir”
  • Bugün, 16:26
    "İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
  • Bugün, 15:58
    İcra başçısının müavini işdən çıxdı - ƏMR
  • Bugün, 15:19
    Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…
  • Bugün, 14:16
    Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
  • Bugün, 13:56
    Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
  • Bugün, 13:20
    İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir
  • Bugün, 13:02
    Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
  • Bugün, 12:18
    MASALLIDA MƏMURLAR SAHİBKARA MANE OLURLAR
  • Bugün, 11:23
    Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var
  • Bugün, 10:48
    Mustafa Tayat ölkədən bu qədər valyuta çıxarıb
  • Bugün, 10:11
    İXTİSAS YOX, İDDİA VAR: EKOLOGİYA NAZİRLİYİNDƏ MÜMKÜN QANUN POZUNTUSU
  • Bugün, 09:54
    “İdrak” liseyi bağlanır?
  • Bugün, 09:14
    Saleh Məmmədovun "tender kralı" olan ATF MMC-si bitdi
  • Dün, 18:40
    İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • Dün, 18:24
    ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • Dün, 18:12
    Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT
  • Dün, 17:42
    “Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
  • Dün, 17:17
    “Universal hospital” insanları belə zəhərləyir…-Videofakt
  • Dün, 16:22
    Bakıda AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala salıb
  • Dün, 16:03
    Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Dün, 15:52
    İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
  • Dün, 14:58
    Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
  • Dün, 14:33
    Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
  • Dün, 14:18
    Lamiyə Vəliyeva rekorda imza atdı
  • Dün, 13:57
    Kəmaləddin Qafarovun şirkəti 10,7 milyon manatlıq sifariş alıb?
  • Dün, 12:33
    Oftalmologiya kafedrasında dosent və tədris işləri üzrə müdir müavini Vəfa Məmmədova PREZİDENTƏ MÜRACİƏT ETDİ
  • Dün, 12:29
    “Lombard №1” faizləri özbaşına hesablayıb
  • Dün, 12:09
    Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi:Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü
  • Dün, 11:44
    İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
  • Dün, 11:30
    Bu şəxslər YAP sədrinin müavini olmaq üçün hərkətə keçdi-ŞOK İDDİA!-ŞOK ADLAR...!
  • Dün, 11:14
    “Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlər çalışır-Rəsmi məlumat
  • Dün, 09:48
    ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
  • Dün, 09:19
    Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı Arif Abbasovda yola salınacaqmı?
  • 9-02-2026, 17:16
    Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə