• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

30-04-2025, 18:10

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib - YENİLƏNİB


Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclas Azərbaycan və Küveyt arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində bir tərəfdən Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramov, digər tərəfdən Küveyt Dövlətinin xarici işlər naziri cənab Abdullah Əli Əl-Yəhyanın sədrliyi və hər iki ölkənin nümayəndələrinin iştirakı ilə baş tutub.

Məlumata görə, iclasın əsas məqsədi Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və möhkəmləndirilməsi təşkil edib. Bu münasibətlər qarşılıqlı hörmət və maraqlara, eləcə də qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə  əlaqələndirmə işinin təşkilinə əsaslanır. İki ölkənin hökumətləri arasında mövcud olan Əməkdaşlıq üçün Birgə Komissiya müştərək iqtisadi prioritetlərin və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi istiqamətində davamlı dialoq platformasını təşkil edir.

Azərbaycan və Küveyt tərəfi iki dost ölkə arasında əlaqələrin uzunmüddətli inkişafını, qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, ticarət, investisiya, infrastruktur, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, səhiyyə, turizm, media və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün ortaq baxışların mövcudluğunu, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmasının və işlərin koordinasiyasının əhəmiyyətini vurğulayıblar.

Komissiya əlavə tədbirlərin görülməsi vasitəsilə ticarət dövriyəsinin artırılması, iqtisadi əməkdaşlığın inkişafına nail olmaq, müştərək sənaye və texnologiya təşəbbüslərinə dəstək vermək, Azərbaycan və Küveyt arasında ticarət mübadiləsinin asanlaşdırılması üçün logistik xidmətləri təkmilləşdirmək barədə razılığa gəlib. Komissiya, həmçinin enerji sferasında, o cümlədən neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, iqtisadi resursların uzunmüddətli diversifikasiyasına dəstək verən təmiz enerji layihələri üzrə birgə təşəbbüslərin müəyyən edilməsinin əhəmiyyətini qeyd ediblər.

Küveyt tərəfi Azərbaycan tərəfini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyinə görə təbrik edib, bütün dünyadan geniştərkibli nümayəndələrin iştirakı ilə Azərbaycan Respublikasının belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin onun beynəlxalq səviyyədə xüsusi yerinin və qabaqcıl rolunun göstəricisi olduğunu vurğulayıb, habelə konfransın uğuru üçün əlverişli şəraitin yaradılması istiqamətində təşkilatçılıq tədbirlərini alqışlayıb. Tərəflər çoxtərəfli tərəfdaşlıq müstəvisində müxtəlif beynəlxalq forumlarda əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər.

Azərbaycan-Körfəz əməkdaşlığı müstəvisində, Azərbaycan Respublikası Körfəz Əməkdaşlıq Şurasının cari sessiyasına sədrlik edən Küveyt Dövlətinin səylərini yüksək qiymətləndirib. Tərəflər sözügedən məsələlər çərçivəsində əməkdaşlığı və 2024–2028-ci illər üzrə Körfəz Əməkdaşlıq Şurası–Azərbaycan Respublikası birgə iş planını həyata keçirmək niyyəti ilə çıxış ediblər.

Regional və beynəlxalq müstəvidə diqqət tələb edən bir çox məsələlər nəzərdən keçirilib, beynəlxalq təhlükəsizlik və sülhə nail olmaq istiqamətində fəaliyyətə dəstək göstərməyin əhəmiyyəti, münaqişələrin BMT nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin vacibliyi vurğulanıb. Azərbaycan Respublikası və Küveyt Dövləti bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək ilə bağlı öhdəliklərinə sadiq olduqlarını bir daha diqqətə çatdırıblar.

Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025–2027-ci illər üzrə müddəti əhatə edir. Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.

Yekunda, tərəflər Birgə Komissiyanın 4-cü iclasının 2027-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasında iştirak və çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan XİN başçısı çıxışı zamanı iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat əlaqələri və logistika kimi əsas sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan böyük potensialı vurğulayıb.

Həmçinin Azərbaycanın Küveyt ilə əlaqələrin dərinləşdirilməsinə və ortaq prioritetlərin real və uzunmüddətli nailiyyətlərə çevrilməsinə sadiqliyi xüsusi qeyd olunub.

Sonda Birgə Komissiyanın 3-cü iclası üzrə Protokol və 2025–2027-ci illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib.

Oxunub: 61
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

4-06-2024, 18:29

Azərbaycan və BƏƏ XİN başçıları iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə ediblər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-04-2024, 13:12

Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə birgə bəyanatlarla çıxış edib - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-02-2024, 14:00

XİN başçıları arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

5-12-2023, 13:46

Rusiya XİN-dən Lavrov-Bayram görüşü ilə bağlı açıqlama [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-10-2023, 14:14

Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı imzalanıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Nikah və boşanmaların sayı azalıb
Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
Hadisə
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
12-08-2026, 11:04
Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb
11-08-2026, 12:14
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
11-08-2026, 10:25
Babək prospektində avtomobil salonu yanıb
10-08-2026, 09:43
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Son xəbərlər
  • Bugün, 18:54
    "Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
  • Bugün, 18:04
    Samuxda bir nəfər kanalda batıb
  • Bugün, 17:19
    Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
  • Bugün, 16:44
    Nikah və boşanmaların sayı azalıb
  • Bugün, 16:22
    Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
  • 15-08-2026, 16:34
    Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
  • 15-08-2026, 15:44
    İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
  • 15-08-2026, 14:45
    İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
  • 15-08-2026, 13:26
    Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
  • 15-08-2026, 12:55
    İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
  • 15-08-2026, 12:01
    Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
  • 15-08-2026, 11:09
    FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
  • 15-08-2026, 10:19
    Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
  • 15-08-2026, 09:48
    “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
  • 15-08-2026, 09:21
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
  • 14-08-2026, 18:45
    “Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır
  • 14-08-2026, 18:02
    ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
  • 14-08-2026, 17:23
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 14-08-2026, 16:50
    SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub
  • 14-08-2026, 15:36
    Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
  • 14-08-2026, 15:03
    "KƏPƏZ HOSPİTAL" İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR
  • 14-08-2026, 14:54
    Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb
  • 14-08-2026, 13:28
    Sabah 37 dərəcə isti olacaq
  • 14-08-2026, 12:37
    Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib
  • 14-08-2026, 11:56
    Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib
  • 14-08-2026, 11:12
    9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
  • 14-08-2026, 10:53
    Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək
  • 14-08-2026, 10:32
    Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
  • 14-08-2026, 09:36
    Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
  • 14-08-2026, 09:18
    Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir
  • 14-08-2026, 08:55
    Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə