• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-05-2025, 12:51

Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...


Məhəmməd bəy bunu niyə deyib biz danışaq, siz qulaq asın.

Redaksiyamıza Zərdab rayonunda böyük bir meşə zolağının məhv edilməsi ilə bağlı məlumat daxil oldu. Məlumatı dəqiqləşdirmək məqsədilə əməkdaşlarımız rayonun Yuxarı Seyidlər kəndinə gedib, deyilən ünvanda olub, vəzifəli şəxslərin bir zad özlərinin nəzarəti altında törədilmiş yaşıl terrorun nəticələrini lentə alıblar.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə həmin ərazidə Dövlət Su Ehtiyatları Agentliyinin (DSEA) layihəsi əsasında suvarma üçün beton kanalın çəkilməsi nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsi isə ya təsadüfdənmi, ya məqsədli şəkildəəmi əvvəllər Meliorasiya və Su Təsərrüfatı ASC-nin, indi də ADSEA-nın tenderlərinin tez-tez qalibi olan Podratçı şirkət "Körpü-Bina-Tikinti" MMC həyata keçirir. Podratçı şirkətin sözügedən ərazidəki məsul şəxsi Məhəmməd bəyə bələdçiliyi isə Bıçaqçı, Sileyli və Yuxarı Seyidlər kəndlərinin Su mirabı işləyən Hüseyn Rəhmanov edir.

Bizə verilən məlumata görə, Hüseyn Rəhmanov da "Fürsət bu fürsət" deyib, mövcud durumu öz xeyrinə dəyərləndirməyə başlayıb. Belə ki, o, məhv edilmiş meşə zolağının bir hissəsini yavaş-yavaş öz pay torpaqlarına qatıb, təsərrüfat sahəsini genişləndirir.

Materialları əldə etdikdən sonra "DogruXeber.az" informasiya agentliyinin direktoru Kamal Əsgərov adı çəkilən tərəflərin də mövqeyini öyrənmək məqsədilə birinci növbədə podratçı şirkətin məsul şəxsi olduğu deyilən Məhəmməd bəyə zəng etdi. Məhəmməd bəy jurnalist adını eşidən kimi, "iş vaxtım bitib, mən cavab verə bilmərəm" deyib, cavab tapa bilmək üçün növbəti günə qədər vaxt qazandı.

Hüseyn Rəhmanov isə Məhəmməd bəyə nisbətən biraz təcrübəsiz davrandı.

O, əvvəlcə bunun dövlət layihəsi olduğunu, podratçı şirkət olan "Körpü-Bina-Tikinti" MMC tərəfindən həyata keçirildiyini dedi. Sözügedən ərazilərin bir qismini öz pay torpaqlarına qatmasının dövlət layihəsi ilə nə kimi əlaqəsi olduğunu soruşduğumuzda isə o, gah bizə məlumat verəni, gah da bizi təhdid etməyə başladı. Belə olan halda onun danışdıqlarını bəyənməyib, özü danışmaq üçün telefonu onun əlindən alan, avtomobilinin bahalı nömrəsini səsləndirməklə güya "arxalı-dayaqlı" olduğuna işarə vuran, adını deməyə isə xeyli israrımızdan sonra güclə cəsarət edən, amma eyni zamanda bu işlərin harasında olduğunu, nə kimi aidiyyatı olduğunu bilmədiyimiz Məmmədov Səxavət adlı şəxs isə, Şirin kişi demişkən, "hərbə-zorba"dan birbaşa keçid elədi "dostluq əlaqələri"nə. Tanımadığımız müxbir tanışlarının adını çəkməklə, bizə "zeytun budağı uzadan" Səxavət bəy də Hüseyn Rəhmanovun ümidlərini doğrulda bilmədi. Beləcə söhbət bitdi.

Amma yoox, biz bitdiyini zənn etmişik.

Təsəvvür edin, aradan bir neçə dəqiqə keçdikdən sonra Hüseyn Rəhmanovun adını zorla aldığımız oğlu Elvin Rəhmanov zəng edib başladı el dilində desək, qabaqdangəlmişlik etməyə.

Özünü gah hərbiçi, gah, veteran, gah qazi kimi təqdim edən Elvin güya atasını təhdid etdiyimizi, buna görə atasının halının pisləşdiyini və xəstəxanaya düşdüyünü dedi.

Əvvəla, hərbi hissədə mülki sürücü işləyən Elvin Rəhmanovun sahib olmadığı qazi, veteran statusundan sui-istifadə etməyə çalışması, üstəlik bu statuslardan istifadə edərək, jurnalisti təhdid etməsinin özü qanuna zidd əməl hesab olunur.

İkincisi də ki, media nümayəndəsi tərəfindən ona verilmiş, meşə zolağının məhv edilməsi və fürsətdən istifadə edib, öz təsərrüfat ərazisini böyütmək barəsindəki sualına görə Hüseyn Rəhmanovun halının pisləşməsi, cavab vermək əvəzinə telefon dəstəyinin əldən-ələ keçməsi, buna görə jurnalistin təhdid edilməsi daha böyük şübhələr yaradır.

Yeri gəlmişkən, Xəlil Göyüşovun fikirləşmək üçün xeyli zaman əldə edən səlahiyyətlisi Məhəmməd bəyə ertəsi gün yenidən zəng etdik, bu dəfə isə o, elə cavab verdi ki...

Təsəvvür edirsiniz?

Məhəmməd bəy deyir ki, ölkə başçısının sərəncamı ilə ağacları məhv ediblər.

Deyir, "Bu dövlət layihəsidir və ölkə başçısının 2024-cü ilin may ayında verdiyi sərəncamda da deyilir ki, meliorativ tədbirlər zamanı ağacların kəsilməsi üçün icazə alınmır."

Məhəmməd bəy, bu meliorativ tadbir deyil. O, ağaclar köhnə, istifadəsiz kollektorun içində, yaxud ətrafında sonradan bitməyib, söhbət Tuqay meşə zolağından gedir. Qaldı ki, lap deyək ki, siz haqlısınız. Dövlət layihəsi məhz meşə zolağının yerin düşüb. Axı, elə olsaydı belə, ağaclar kəsilməli deyil, başqa bir əraziyə köçürülməli idi.

P.S: Yuxarıda qeyd etdiyimiz məlumatlar barəsində tərəfimizdən aidiyyatı üzrə dövlət qurumlarına göndərilmiş rəsmi sorğuların cavablarını gözləyirik.

Araşdırmalarımız davam edir.

DogruXeber.az

Oxunub: 66
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

21-04-2025, 09:35

Gözəl məmləkətim: Su çəkən şikət yolda çəkirmiş - Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-12-2024, 12:56

“ELİT-S” MMC 119 milyon manatlıq tenderdən hansı üstünlüklərinə görə qalib çıxıb?! –İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-12-2024, 18:38

400 milyon manatlıq tenderləri 2 şirkət uddu - DETALLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-04-2024, 13:25

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

23-02-2024, 13:00

Zərdab Rayon Polis Şöbəsinə yeni təyinat olub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
Dün, 14:30
18 milyonluq 2 tablonu muzeydən oğurladılar
Dün, 13:30
Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
Dün, 11:00
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
Dün, 09:00
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
Son xəbərlər
  • Dün, 14:30
    18 milyonluq 2 tablonu muzeydən oğurladılar
  • Dün, 14:00
    Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə
  • Dün, 13:30
    Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
  • Dün, 13:00
    Yataraq 2 milyon qazanacaqlar
  • Dün, 12:30
    “Axır ki, 34 il sonra görüşdük”
  • Dün, 12:00
    “Necə olur xarici film gəlib burada 1 milyon qazanır, bizimki yox?“
  • Dün, 11:30
    “Yeraltı”nın yayım tarixi bəlli oldu
  • Dün, 11:00
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • Dün, 10:30
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dün, 10:00
    Azərbaycan ədəbiyyatına AĞIR İTKİ
  • Dün, 09:00
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
  • Dün, 08:48
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə