• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Daha bir məktəb direktoru üçün “əcəl zəngi” – Aygün Hüseynovanın səsyazısı yayıldı:Pul gətirin! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

26-05-2025, 16:47

Daha bir məktəb direktoru üçün “əcəl zəngi” – Aygün Hüseynovanın səsyazısı yayıldı:Pul gətirin!

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 288 saylı orta məktəbin direktoru Aygün Hüseynova ilə bağlı iddialı məlumat paylaşılıb.
Həyat belədir - məzun olanda hamı üçün “Son zəng” çalınır. İntəhası bəzi adamlar üçün də həyatda “əcəl zəngi” bir az erkən çalınır, heç “Son zəng”i görə bilmirlər. Bu da öz kobud xətaları ucbatından irəli gəlir.
Ən azı “gözü çıxmış qardaş” nümunəsi var, yəni bu səhvi etməmək şansı verilir. Amma “Son zəngi” özü üçün “əcəl zəngi”nə çevirmək istəyənlərin sayı getdikcə artmaqdadır.
Söhbət ayrı-ayrı məktəblərin direktorlarının “Son zəng” pulu yığmasına dair qalmaqallı səs yazılarının yayılmasından gedir.
Son həftələrdə neçə-neçə belə məktəb direktoru bu səbəbdən öz sonuna “fərman” vermiş olub, işdən azad edilib. Onların yayılan səsyazıları Elm və Təhsil Nazirliyini cəza tədbirləri görməyə vadar edib. Lakin direktor vəzifəsindən azad edilənlərin aqibəti hələ də bir çox həmkarlarına ibrət dərsi olmayıb.
Misal üçün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 288 saylı orta məktəbin direktoru Aygün Hüseynovanı bu cərgəyə aid etmək mümkündür. Bu gedişlə xanım Hüseynova da “cərimə batalyonu”na qoşulmalı olacaq.
Rubrika.Az-ın əldə etdiyi məlumata görə, 288 saylı orta məktəbin direktoru Aygün Hüseynovanın keçirdiyi yığıncaqda “Son zəng” üçün pul yığılması müzakirə edilib. A.Hüseynovanın bununla bağlı səsyazısı da mövcuddur. Həmin audioyazıda məktəb direktoru “Son zəng”in təşkili üçün pul yığılmasının vacibliyini qeyd edir.
Halbuki “Təhsil haqqında” Qanununun 5.0.3-cü maddəsində təhsil sahəsində pul yığımına icazə verilmir. Həmçinin Elm və Təhsil Nazirliyinin 2024-cü ildə məktəblərə ünvanladığı “Məktəbdə "Son zəng" tədbirlərinin təşkili ilə bağlı tövsiyə” sənədində qeyd edilir ki, tədbirlər məktəb daxilində, mənəvi və pedaqoji dəyərləri əsas tutaraq, sadə və təmtəraqsız şəkildə təşkil edilməli, bunun üçün maddi vəsait toplanmamalıdır.

Amma məktəb direktoru Aygün Hüseynova tələbləri, qanunları pozaraq pul yığılmasına ehtiyac olduğunu səsyazısında bildirir.
Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun da səsyazısı yayılmışdı. Sözügedən təhsil müəssisəsində direktor “Son zəng” tədbiri üçün 150 manat yığılması tələbini irəli sürmüşdü. Nəticədə işindən azad edildi.
Oxşar taleyi Aygün Hüseynovanın yaşayacağı ehtimalı yüksəkdir. Çünki nazirliyin çağırışlarına, sərt xəbərdarlıqlarına və cəza tədbirlərinə baxmayaraq, bundan dərs çıxarmayıb.
Yada salaq ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə “Son zəng”in mahiyyətindən danışıb və bu tədbirlərin sadə keçirilməli olduğunu diqqətə çatdırıb. İctimai Şura sədri onu da vurğulayıb ki, “Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olardı.
Di gəl, 288 saylı orta məktəbin direktoru bu qədər faktlara, qanunlara, verilən açıqlamalara məhəl qoymadan pul yığılmasını tələb edib. Əvvəla, “Son zəng”i sadə keçirmək mümkündür. İkincisi, heç də bütün valideynlərin maddi imkanı bərabər deyil. Üçüncüsü isə, məzunlar repetitorlara gedir, aylıq ödənişlər olunur, bunun üzərinə əlavə “Son zəng” xərci böyük yükdür.
Lakin onu da demək lazımdır ki, Aygün Hüseynovanın 288 saylı orta məktəbdə direktor olaraq vəzifə səlahiyyətlərini aşan hərəkətləri təkcə “Son zəng” üçün pul yığmaq çağırışı ilə məhdudlaşmır. Belə ki, məktəbdə ciddi qanun və maliyyə pozuntularına yol verildiyi iddia olunur.
Rubrika.Az-a daxil olan məlumata görə, məktəb direktoru Aygün Hüseynova müəllimləri təqib edir. Hətta bunun üçün sinif otaqlarına müşahidə kameraları quraşdırılıb, müəllimlər izlənilir.
Halbuki sinif otaqlarında kameralar quraşdırılması ilə bağlı nazirliyin məktəblər qarşısında hər hansı tələbi yoxdur. Eyni zamanda, əldə etdiyimiz xəbərlərə görə, məktəbdəki bir sıra sənədlərdə saxta imzalar mövcuddur. Nəticə etibarı ilə ciddi maliyyə pozuntularına yol verilib. Bu azmış kimi, direktorun təlimatı əsasında məktəbdə üç əvəz kitabı var. Bu da olduqca ciddi qanun və maliyyə pozuntusudur, cinayət məsuliyyəti yaradır.
Rubrika.Az-ın əldə etdiyi başqa bir informasiyada isə deyilir ki, 288 saylı orta məktəbdə altı günlük dərs sistemi olsa da, cəmi beş gün keçirilir. Həftənin 6-cı günü isə dərslər ya formal olar, ya da heç olmur. Çünki məktəbdə dərslərə davamiyyət aşağı düşür.
Ümumiyyətlə, adi günlərdə də davamiyyət bərbaddır. Beləliklə, Aygün Hüseynovanın rəhbərliyi altında adıçəkilən təhsil ocağında min cür özbaşınalıqlar baş verir – “Son zəng” pulu yığılır, saxta imzalarla maliyyə pozuntularına yol verilir, dərsə davamiyyət zəifdir, sinif otaqları kameralarla izlənilir və s.
Bundan əlavə, media resurslarında yer alan xəbərlərdə deyilir ki, hər il bütün siniflərdən pul yığılır, təmir, fond adı altında şagird və valideynlər incidilir. Hətta bir müddət əvvəl məktəbin valideynləri bildirmişdilər ki, Aygün Hüseynova təhsil müəsissəsini idarə edə bilmir.Onların sözlərinə görə, sözügedən 288 saylı məktəbdə təlim-tərbiyə demək olar ki, sıfıra bərabərdir. Yuxarı siniflərin davamiyyəti, aşağı sinif şagirdlərinin məktəbə gəlməməsi direktorun yalnız cibini doldurur.
Dövlət hesabına məktəbə gələn təminat şagirdlərə pulla satılır, ibtidai siniflərdə müəllimlər kitab satışı ilə məşğul olur, orta sinif şagirdləri məcburi qaydada hazırlığa cəlb edilir...
Göründüyü kimi, Aygün Hüseynova dönəmi 288 saylı məktəbin tarixində müəmmalar, qaranlıqlar, ittihamlar və özbaşınalıq faktları ilə yadda qalmaqdadır. Qeyd edək ki, məktəbin 153 müəllim, 34 texniki işçi və təxmini 3 min heyəti var.
Mövzu diqqətimizdədir.(Rubrika.az)
Ardı var.
Nicat Mahmudov

Oxunub: 58
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-02-2025, 10:23

164 saylı tam orta məktəbin qalmaqallı direktor vəzifədən çıxarılır? -İDDİA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-10-2024, 09:50

Lökbatan 288 saylı məktəb Aygün Hüseynovanın şəxsi biznesinə çevrilib -İLGİNC [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-09-2024, 17:10

“AzerGold”un rəhbərliyinə YENİ SİMA GƏTİRİLİR - Zakir İbrahimov üçün ƏCƏL ZƏNGİ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-06-2023, 09:00

Bu gün 101 915 məzun üçün “Son zəng” çalınacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-05-2023, 13:29

Ermənistanın “əcəl zəngi” çalınır... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
3-10-2026, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
3-10-2026, 19:16
Metroda halı pisləşən kişi öldü
3-10-2026, 19:15
Kaşpirovski vəfat etdi
3-10-2026, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
3-10-2026, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • 3-10-2026, 14:04
    Sabah da yağış yağacaq
  • 3-10-2026, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • 3-10-2026, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə