• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

 Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Dünya

28-06-2025, 08:02

 Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Tovuz rayonunun Sarıtala kənd sakini Azər Məmmədovun redaksiyamıza müraciəti bir kəndin deyil, bütöv bir sistemin nə qədər çürüdüyünü göstərir. Azər Məmmədov bu müraciətində illərlə davam edən, artıq hamının bildiyi, lakin heç kimin məsuliyyətə cəlb edilmədiyi qanunsuzluqları sadalayır. Hər biri də videolarla, faktlarla təsdiqlənmiş real hadisələrdir. Amma bu günə qədər nə bir vəzifəli şəxs cəzalandırılıb, nə də bir quru “tənbeh” eşidilib.

Məmmədov "DogruXeber.az"a bildirir ki, yaşadığı ərazidə – 2 saylı Yanıqlı meşəbəyliyində hər il şitil əkilir, lakin nəticədə bir qarış belə örtülü meşə əmələ gəlmir. Formal sənədlərlə iş görülmüş kimi göstərilir, lakin faktiki olaraq bu prosesin əvəzində təbiət sistematik şəkildə məhv edilir. Əvvəllər gözətçilərin həyat yoldaşlarının adına sənəd tərtib edilir, pullar mənimsənilirdi. İndi isə həmin işlər artıq gözətçilərin özlərinə gördürülür – yəni bu insanlar əmək haqqı almadan fiziki işə məcbur edilir. İşğalçı metodlarla meşəçilik fəaliyyətinin adını belə ləkələyənlər rəsmi şəkildə “təbiəti qoruyanlar” kimi təqdim olunurlar.

Gədəbəyin ərazisi olub, amma rəsmiyyətdə Tovuzun meşəsi kimi sənədləşdirilmiş 47-ci dolayda görünür hər şey normaldır. Rəsmən orada palıd qozası əkildiyi qeyd olunur. Amma ərazidə ağır texnikaların şumladığı sahələr, sağlam ağacların qabıqlarının soyulub məftillərlə sarındığı və inkişafının bilərəkdən məhdudlaşdırıldığı məlumdur. Bu, ağacın “süni” quruması üçündür ki, sonradan “quruyub deyə kəsildi” adı ilə sənədləşdirilsin.

Məmmədovun qeyd etdiyi daha bir vacib məqam isə odun məsələsidir. Kənddə 400 ev var. Hər evdə ən azı iki soba işləyir. Bu da ildə yüzlərlə ton odun deməkdir. Amma rəsmi sənədlərdə yalnız 15-20 nəfərə odun satıldığı qeyd olunur. Yəni yüzlərlə ton odun qara bazarda, qeyri-rəsmi pulla dövriyyəyə buraxılır. Bu sadəcə maliyyə pozuntusu deyil, bu – dövlətin sərvətinin talanıdır. Və bunun üstünü örtmək üçün edilən yalançı hesabatların, saxta qəbzlərin, “oduncağa satılıb” deyə maskalanmış mebel sexlərinə kəsilmiş ağacların hesabı heç yerdə verilməyib.

Hərbi hissələrə məxsus yük avtomobillərinin guya “yanacaq məqsədilə” daşıdığı odunların ölçüsü isə elə mebel sənayesinin tələb etdiyi standartlardır. Kəndin mal-qarasının yaxın buraxılmadığı “qorunan” şitillik ərazilər iri sahibkarların sürülərinə otlaq yeri kimi ayrılıb. Həmin ərazilərdən kəndin içməli su kanalları keçir – indi bu su kanalları mal ayaqlarının altında, sidiyin, nəcisin içində qalıb.

Bütün bu faktları "DogruXeber.az" dəfələrlə işıqlandırıb. Video sübutlar ETSN-ə göndərilib. Vətəndaşlar tərəfindən dəfələrlə şikayətlər edilib. Amma Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən verilən rəsmi cavabda qeyd edilir ki, “heç bir qanunsuzluq aşkar olunmamışdır.” Bu cavab – tək bir qurumun deyil, bütöv bir korrupsiya şəbəkəsinin necə işlədiyinin bariz nümunəsidir. Onların gözləri var, amma görmürlər. Çünki görmək istəmirlər.

Bütün bu proseslər nə ilk dəfə baş verir, nə də təkcə Tovuz rayonuna aiddir. Respublikanın istənilən rayonunda bu ssenarini tətbiq etmək mümkündür: “ağac quruyubmuş deyə kəsildi”, “otlaq yoxdur, amma fermalar doludur”, “şitil əkildi, amma meşə yoxdu”, “rəsmi odun satışı 20 nəfərə, real istifadə 2000 nəfər”.

Bu sistemin başında dayanan sabiq nazir Muxtar Babayev illərlə bu fəsadlara göz yumdu. Təkcə göz yummadı, kömək etdi, şərait yaratdı, baxdı və susdu. Əvəzində cəzalandırılmadı – əksinə, vəzifəsi artırıldı. Təbiət məhv oldu, vəzifələr böyüdü. Ekoloji cinayətlərin fonunda yüksələn karyeralar bu ölkədə ədalət meyarlarının hansı formada dəyişdirildiyinin ən aydın sübutudur.

DogruXeber.az

Oxunub: 13
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

16-06-2025, 14:31

Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

20-02-2025, 11:30

Oğuz meşələrinə ELƏ VALEH OLUB Kİ... - MÜRACİƏT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

10-12-2024, 14:53

Təhsil hara, icra hakimiyyəti hara ? - Goranboy təhsilində nələr baş verir ? // VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

29-10-2024, 12:49

Tovuza COP29 YETİŞMƏYİB: Yanıqlı meşəsinin ÜRƏKYANDIRAN HALI... - FOTO, VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

20-07-2024, 13:03

10 SAYLI EKOLOGİYA İDARƏSİNİN RƏİSİ AZƏR QULİYEV GƏNCƏDƏ TƏBİƏT "TERRORÇUSU" KİMİ TANINIB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Rusiyanın növbəti hədəfi Odessadır
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Peskov saxlanılan azərbaycanlılardan danışdı
Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Hadisə
Dün, 18:42
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
12-06-2025, 09:16
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:34
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
5-06-2025, 09:30
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
29-05-2025, 12:37
Elgün həmin binadan yıxılıbmış - Rəsmi
Son xəbərlər
  • Dün, 19:49
    Rusiyanın növbəti hədəfi Odessadır
  • Dün, 19:24
    PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
  • Dün, 19:13
    Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
  • Dün, 18:57
    Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
  • Dün, 18:42
    Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
  • Dün, 16:51
    Peskov saxlanılan azərbaycanlılardan danışdı
  • Dün, 16:18
    Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
  • Dün, 15:43
    İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
  • Dün, 15:18
    Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
  • Dün, 14:59
    Xaçmazda Şəhidin Adını Daşıyan Məktəbin Həyəti Kimə Satılıb? – Rəsmi Qurumlar Susur, Ekoloji Soyqırım Davam Edir
  • Dün, 12:48
    Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
  • Dün, 12:26
    AzTV-nin solistinin görüntüləri qınandı
  • Dün, 11:51
    Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
  • Dün, 11:30
    Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
  • Dün, 10:55
    “Sea Breeze” də bu tədbirlər ləğv olundu
  • Dün, 10:33
    Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
  • Dün, 09:51
    Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT
  • Dün, 09:22
    “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
  • Dün, 08:56
    “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
  • 28-06-2025, 19:48
    Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
  • 28-06-2025, 19:07
     Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
  • 28-06-2025, 10:55
    "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
  • 28-06-2025, 08:41
    Yeni direktor məktəbi telefonla idarə edir
  • 28-06-2025, 08:02
     Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
  • 26-06-2025, 12:03
    GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
  • 26-06-2025, 11:39
    “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
  • 26-06-2025, 10:29
    Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
  • 26-06-2025, 10:01
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2025, 10:00
    “Gəncəli Mübariz” kimi tanınan kriminal avtoritet ölüm ayağındadır
  • 26-06-2025, 09:25
    Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
  • 26-06-2025, 08:21
    Prezidentdən 26 İyun PAYLAŞIMI
  • 26-06-2025, 07:53
    Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
  • 25-06-2025, 18:58
    Tovuzda kütləvi zəhərlənmə olub
  • 25-06-2025, 18:26
    Səfərə çıxacaq sürücülərin nəzərinə!
  • 25-06-2025, 17:50
    Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə