• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

6-03-2026, 13:25

ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT

“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.”
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev

KİV-lər yazır ki, Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində fəaliyyət göstərən Peşə Təhsilinin İnkişafı Fondu ümumi dəyəri 2 milyon manata yaxın olan təlim yönlü layihəni ETN məmurlarının qohumlarının məxsus MMC ilə bağlayıb. KİV-lərin verdiyi məlumata görə, hər iki satınalma açıq tender keçirilmədən – “bir mənbə” üsulu ilə reallaşdırılıb. Söhbət dövlət büdcəsi hesabına maliyyələşən layihələrdən gedir.
Müqavilələrdən biri qısamüddətli təlimlərin təşkili ilə, digər müqavilə isə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində peşə hazırlığı kurslarını əhatə edir.
Satınalmaların hər ikisi rəqabət proseduru keçirilmədən həyata keçirilib. “Bir mənbədən” satınalma o deməkdir ki, dövlət qurumu alternativ təklifləri müqayisə etmədən birbaşa seçilmiş şirkətlə müqavilə bağlayır. Qanunvericilik belə imkanı istisna hallarda nəzərdə tutur.
ETN universitetləri onların heç bir maliyyə bazası olmadan icbari qaydada PHŞ etdi. İndi universitetlərin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün bu yönlü layihələri profilinə uyğun olaraq 2-3 univetsitet arasında bölə bilməzdimi?
Bəzi MMC-lərə ETN-nin 15-20 illik “məhəbbəti”, davamlı “tərəfdaşlığı” hansı “dəyərlərə” və maraqlara söykənir görəsən? Necə olur ki, ETN-nin akkreditasiyasından keçən, 90-100 il yaşı olan, bakalavr və magistr proqramları ilə kadr hazırlayan universitetləri yox, heç bir rəsmi təhsil akkreditasiyası olmayan MMC və ya QHT-lər illərdir ki, davamlı olaraq TN və ETN-nin yaxından himayəsi ilə belə böyük layihələr ala bilir?
Bəs universitetlər necə pul qazansın? ETN bu haqda yox, MMC-lər haqda niyə düşünməlidir?
Biz bütün bu illər ərzində dəfələrlə yazmışıq ki, Təhsil Nazirliyi (TN) və ETN-nin bütün elmi, metodik, texniki-texnoloji layihələri, məktəb dərsliklərinin yazılması universitetlərə həvalə edilməlidir.
TN vaxtı ilə hansısa maraqlara görə məktəb dərsliklərinin yazılmasını nəşriyyatlara həvalə etdi. Bu səhv qərar idi, Amma bu işi universitetlərə, ixtisas kafedralarına (metodika kafedralarına) həvalə etsəydi, özü isə keyfiyyətə nəzarət etsəydi daha səmərəli olardı.
Bir maraqlı hadisə yadıma düşür. 13 il əvvəl TN-dən gənc bir menecer (hansısa özəl kursdan TN -ə yeni transfer edilmişdi), bizim universitetə nazirlik adından bir təkliflə gəlmişdi. Rektor onunla görüşüb, məsəlinin detallarını müzakirə etməyi mənə həvalə etmişdi. Görüşdük, biz artıq onunla tanış idik. Məni 1-2 ay əvvəl nazirliyə dəvət etmişdilər, gənc menecerlərə məsləhətlər vermək üçün, onda biz tanış olmuşduq.
Təklif məktəb direktorları üçün təlimlərin keçirilməsi ilə əlaqədar idi. Gənc menecerə dedim ki, yaxşı təşəbbüsdür, bizim universitetdə (yəni, ADPU-da) uzun müddət məktəb direktorlarının ixtisasartırma fakültəsi və bu adda kafedra olub. Təcrübəmiz və kadrlarımız var. TN "elçi"si dedi ki, biz bu təlimlərin təşkilinə ADPU ilə birgə bir QHT-ni də cəlb edəcəyik, müqavilə onlarla olacaq, pulu onlara köçürdəcəyik, təlimləri isə siz aparacaqsınız. Maliyyə pozuntusu və universitetin reputasiyasının zədələnəcəyini hiss etdim. O qurumun adını eşidəndə isə mən bu təklifdən qəti imtina etdim.
Dedim ki, 100 illik universitet ildə 4000 müəllim hazırladığı halda, 200 məktəb direktoruna 10 günlük təlim keçə bilməyəcəkmi? Bu QHT-ni niyə ortalığa atırsınız? Bu QHT bizə lazım deyil. Həm də bu QHT əvvəlki nazirin vaxtında da TN-dən hər il milyonlarla dəyərində layihələr alıb və keyfiyyətsiz icra edib, ondan narazılıqlar var, KİV-lərdə bu haqda çoxlu məqalələr dərc edilib. Bu səbəbdən biz universitetimizin adının belə bir qurumla birgə hallanmasına razı deyilik.
Siz istəsəniz TN olaraq, belə şübhəli “layihə” və maliyyə “əməliyyatını” o qurumla davam etdirə bilərsiniz, amma bizsiz, ya da layihəni biz tək icra edəcəyik.
Sonra rektora söhbətin məzmununu bildirəndə, mənə dedi ki, düz demisiniz. Heç mən də razı olmazdım buna, həm də o qurum haqqında mən də neqativ məlumatlar eşitmişəm.
Beləliklə TN ilə bu şübhəli "əməkdaşlıq" alınmadı. Amma o QHT bu günə qədər də TN və ETN "tərəfdaşı"dir, yenə də hər il nazirlikdən milyonlarla manatlıq layihələr alır. Düzdür, indi adını dəyişib, amma iş “texnologiyası” dəyişməyib, nə ETN-də, nə QHT -də.... İndi o məmur da, QHT sədri də çox yüksək postlardadılar.
Universitetlər isə Publik Hüquqi Şəxs olaraq qəpiyə güllə atır, əməkdaşlarının maaşlarını da heç artıra bilmirlər.
Sual olunur: Əgər dəstək olmayacaqdınızsa, onda universitetləri niyə Publik Hüquqi Şəxs etdiniz? Hansı maraqlara görə ETN çörəyi çörəkçiyə yox, çəkməçiyə verir?(Azpolitika)
ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT

İlham Əhmədov, dosent

Oxunub: 32
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

25-02-2026, 12:17

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-08-2025, 10:43

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-05-2025, 15:27

"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

21-09-2023, 13:54

Rəşad Cəbrayılov: Azərbaycanın bütün davranışları humanist dəyərlərə söykənir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
11-09-2026, 17:35
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 15:37
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 13:55
Şəkidə 4 nəfəri çaqqal dişləyib
11-09-2026, 13:52
Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
Son xəbərlər
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
  • 10-09-2026, 12:23
    "Şəki yaylası"nda iki nəfərin ölümünün səbəbi AÇIQLANDI
  • 10-09-2026, 12:22
    Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
  • 10-09-2026, 12:22
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • 10-09-2026, 12:21
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 10-09-2026, 12:02
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 12:01
    Toy olmayacaq - "Bir oyun idi, bitdi"
  • 9-09-2026, 20:59
    Mərhum həyat yoldaşı ilə bağlı paylaşım etdi
  • 9-09-2026, 20:58
    “Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı”
  • 9-09-2026, 20:58
    Dövlət qurumları əhaliyə səsləndi: Bu şəxslər nəzarətə götürülür!
  • 9-09-2026, 20:57
    Zaur Rzayev xəstəxanaya yerləşdirildi
  • 9-09-2026, 20:57
    Geyimlərini satışa çıxardı, tənqid olundu
  • 9-09-2026, 20:56
    Rol yoldaşı ilə eyni gündə vəfat edib…
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə