• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-08-2025, 10:43

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Ötən ay Hesablama Palatası bəzi dövlət qurumlarında kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirdiyini açıqladı. Hesabata görə dövlət qurumlarında keçirilmiş satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar aşkarlanıb. Dövlət qurumlarının bu kimi nöqsanları barədə Hesablama Palatası tərəfindən demək olar daim məlumatlar verilir. Maraqlıdır, Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilmiş dövlət satınalmalarını yoxlasa nə kimi nöqsanlar üzə çıxara bilər?

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxsi tərəfindən 2024-cü ildə keçirilmiş dövlət satınalmaları ətrafında araşdırma aparmışıq. Araşdırmalarda QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Bu istiqamətdəki araşdırmalarımızla aktualinfo.org olaraq bildiririk ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən 13.10.2023-cü il tarixində dövlət satınalmalarının vahid internet portalında 2024-cü ildə satın alınacaq zəruri malların və xidmətlərin satınalma planları açıqlanmışdır. Satınalma planlarına 9 açıq tender və 5 kotirovka sorğusu daxil edilmişdir.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ildə yuxarıda göstərilən satınalmalarla bağlı satınalmaların vahid internet portalında iddiaçılara heç bir elektron dəvət (e-kotirovka), (e-tender) elanı verməmişdir. Bununla belə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ildə iddiaçılara dəvət elanı, (e-tender) və (e-kotirovka) vermədiyi, amma keçirilmiş kotirovka sorğularının nəticələrini açıqlamışdır.

Proqram təminatlarının təkmilləşdirilməsi və interfeysin yenilənməsi xidmətlərinin satın alınması üzrə 62.350,61 manat dəyərində müqavilə “B2B GROUP” MMC ilə 16.08.2024-cü ildə bağlanmışdır.

2023-cü il üçün Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin və qrant verilməsi ilə bağlı daxili nəzarət prosedurlarının auditi üzrə 49.000 manat dəyərində müqavilə “BAKER TİLLY AUDİT AZƏRBAYCAN” QSC ilə bağlanmışdır.

Nəqliyyat vasitələrinin əsaslı təmiri üzrə 12.308,58 manat dəyərində müqavilə “SÜLH” FİRMASI ilə 29.08.2024-cü ildə bağlanmışdır.

Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.452,24 manat dəyərində müqavilə “AKURD” MMC ilə 30.08.2024-cü ildə bağlanmışdır.

Cari təmiri işləri üzrə 16.256,86 manat dəyərində müqavilə “VEDİBASAR İNŞAAT” MMC ilə ildə bağlanmışdır.

Mətbəə məhsullarının satın alınması üzrə 29.949,58 manat dəyərində müqavilə “AZİMUT TƏCHİZAT” MMC ilə 31.10.2024-cü ildə bağlanmışdır.

Göründüyü kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ildə satın alınması planlaşdırılmış mallar və xidmətlər üzrə 6 kotirovka sorğusunun nəticəsini ictimaiyyətə açıqlamış, digər 9 açıq tenderin nəticələri barədə portala məlumat yerləşdirməmişdir.

Buradan suallar yaranır.2024-cü ilin dövlət büdcəsi təsdiq edildikdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən satınalma planlarına salınmış, istehlak yönlü müxtəlif xidmətlər, avadanlıqların alınması və quraşdırılması, sair torpaq, tikili və avadanlıqlar,maşın və avadanlıqlar, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, əsas fondlara xidmət haqqı kimi 2024-cü ilin sonuna qədər keçirilməsi nəzərdə tutulmuş satınalmaların nəticələri barədə nə üçün satınalmaların portalına məlumat yerləşdirilməmişdir?

Nəticələri açıqlanmamış bu satınalmalar üzrə ayrılmış büdcə vəsaitləri hara xərclənib? QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Satınalma Komissiyası 2024-cü il ərzində kotirovka sorğularının keçirilməsi barədə nə üçün qanunla müəyyən edilmiş qaydada iddiaçılara (e-kotirovka) dəvət elan verməmişdir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Satınalma Komissiyası iddiaçılara (e-kotirovka) dəvət elanı vermədiyi kotirovka sorğuları üzrə 2024-cü ildə tələb olunan zəruri malların və xidmətlərin satın alınmasını necə həyata keçirmişdir? Əgər 2024-cü ildə göstərilən mallar və xidmətlər üzrə satınalma keçirilibsə, nəticələri barədə qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə nə üçün acıqlama verilməmiş, keçirilməmişsə satınalmaların baş tutmamasınin səbəbləri barədə dövlət satınalmalarının vahid internet portalına nə üçün məlumatlar yerləşdirililməmişdir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ildə keçirilməsi nəzərdə tutulmuş kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara dəvət (e-kotirovka) elanı verməmiş, bağlanılan bir sıra müqavilələr barədə məlumatları portala yerləşdirməmişdir. Satın alınmasına büdcədən vəsait ayrılmış, lakin keçirilib, keçirilməməsi bəlli olmayan satınalmalarla bağlı qanunla müəyyən edilmiş qaydada heç bir bildiriş verilməmişdir. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol verildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci ildə də satınalmaların təşkilini qanunun tələblərinə uyğun şəkildə həyata keçirməmişdir. Məsələn Agentlik 3 aprel 2025-ci il tarixində tədbirin keçirilməsi ilə əlaqədər bir mənbədən satınalma metodu tətbiq etməklə “Bakı Konqres Mərkəzi” ilə 7.372,64 manat dəyərində, “Bakı Tədbirlər Agentliyi” ilə də 590.944 manat dəyərində satıanalma müqaviləsi bağlamışdır. Amma maraqlı orasıdır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 3 aprel 2025-ci il tarixdə keçirilən tədbir üzrə tenderin nəticələrini satınalmaların portalında 03.07.2025-ci ildə dərc etmişdir. Sual yaranır. Niyə?

Daha maraqlısı odur ki, altı yüz min manat civarında vəsait ayrılmış,cəmi bir neçə saat çəkmiş tədbir barədə mediada kiçik bir xəbər yayılmışdır ki,2025-ci ilin aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib. Görüşdə müsabiqə qalibləri təbrik edilib, QHT rəhbərlərinin sualları cavablandırılıb, gözləntilər diqqətə çatdırılıb. Görüşdə 400 nəfərə yaxın QHT rəhbərləri iştirak edib.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadır. O, sözügedən vəzifəyə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə 23 noyabr 2021-ci ildə təyin olunub. Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-2021-ci illərdə TƏBİB – də ictimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləmişdir. 2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.

Aygün Əliyevanın rəhbərliyi altında QHT-lərə Dövlət Dəstəyi Agentliyində son illər satınalmalarda yol verilən qanunsuzluqlarla bərabər qrantların düzgün bölüşdürülməməsinə də yol verilir. Elə bu yaxınlarda mediada yayılan xəbərlərdə bir sıra QHT təmsilçilərinin daha çox millət vəkillərinin rəhbər olduğu QHT-lərə dövlət tərəfindən maliyyə yardımları ayrıldığını açıqlamışdı.(Yenixeber.org)

Oxunub: 57
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-07-2025, 09:06

Əmlak Məsələləri Dövlət Xidmətində ciddi nöqsanlar: Dövlət vəsaitlərinin istifadəsi….. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-03-2025, 19:08

Dövlət Turizm Agentliyi: MƏSƏLƏ CİDDİLƏŞİR... - Hesablama Palatası yoxlamalara başlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-09-2024, 12:52

Hesablama Palatası İdman Akademiyasındakı nöqsanları niyə yaymadı? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

5-07-2024, 09:19

Naxçıvan səhiyyəsində TOTAL TƏFTİŞ QƏRARI... - Samiq Sadıxov YARITMADI... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

5-08-2023, 11:14

BNA ilə bağlı növbəti qanunsuzluq aşkarlanıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək
Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
Hadisə
Bugün, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
Son xəbərlər
  • Bugün, 11:48
    UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub
  • Bugün, 11:15
    Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək
  • Bugün, 10:41
    Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
  • Bugün, 10:04
    33 yaşlı kişi Qarabağ kanalında batıb
  • Bugün, 09:45
    KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib
  • Bugün, 09:18
    "Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb
  • Bugün, 09:04
    Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
  • 25-07-2026, 12:44
    Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
  • 25-07-2026, 12:24
    Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
  • 25-07-2026, 12:03
    Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
  • 25-07-2026, 11:39
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • 25-07-2026, 11:15
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • 25-07-2026, 10:58
    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT
  • 25-07-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • 25-07-2026, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • 25-07-2026, 09:22
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • 25-07-2026, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:05
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:41
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:07
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:49
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:18
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:58
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:59
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:02
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:32
    İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür?
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə