• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

SOCAR-ın mənzil maxinasiyası: “güzəştli evlər” adı altında neftçilər aldadılıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-04-2026, 09:41

SOCAR-ın mənzil maxinasiyası: “güzəştli evlər” adı altında neftçilər aldadılıb

“Sahil Qəsəbəsində “Neftci” MTK-dan ev almışam. Bina 2015-ci ildə təhvil verilib. 10 il ərzində 88 kvadrat metrin pulunu ödəmişəm, kupcanı alanda isə gördüm ki 72 kvadrat göstərilib. Mənə 16 kvadrat metrin pulunu artıq ödətdiriblər. 10 il hər kvadratına 752 manatdan hesablayanda görün nə qədər artıq vəsait ödətdiriblər. Şikayət elədim, xeyri olmadı, işdən çıxardacaqları ilə hədələdilər. Bilmirəm necə edim”.

Bu sözləri sosial mediada Polad Süleymanov adlı vətəndaş paylaşıb.

Qeyd edək ki, neftçilərin mənzilləri ilə bağlı problemlər 2021-22-ci illərdən üzə çıxmağa başlayıb. 2012-ci ildən etibarən SOCAR-a məxsus “Neftçi” MTK neftçilərin vəsaiti hesabına kooperativ binalar tikərək “güzəştli” şərtlərlə satır. Lakin 2022-ci ildə mənzillər özəlləşdirilərkən bəlli olub ki, tikinti şirkəti sakinləri aldadıb. Belə ki, mənzillərin müqavilədə göstərilən sahəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarışları arasında kəskin fərqlər var. Tikinti şirkəti mənzillərin sahəsinə divarların, eyvanların, blokun, zirzəminin, hətta liftin sahəsini də əlavə edib.

“Kim şikayət edirsə, onları işdən çıxarmaqla təhdid edirlər”
Neftçilərdən biri “Meydan TV”yə açıqlamasında bildirib ki, 2012-ci ildə Badamdarda mənzil alıb. Müqaviləyə əsasən ona 120,6 kv.m sahə verilsə də, çıxarışda bu rəqəm 80 kv.m göstərilib:

“Qonşular mənzilləri özəlləşdirməyə başlayanda bəzilərində sahə 90, bəzilərində isə 90,3 kvadrat metr çıxdı. Mənim mənzilim birinci mərtəbədə yerləşir. 2022-ci ildə bu məsələnin üstünə kim getdisə, “Neftçi” MTK-nın icraçı direktoru Azər Səfərli və İlqar Ağayev bildirdi ki, gəlin müqaviləni dəyişək. Kim müraciət edib, şikayət edirdisə, onları işdən çıxarmaqla təhdid edirdilər”.

Mənzil sahibi binanın tikinti keyfiyyəti ilə bağlı da ciddi problemlərin olduğunu bildirir. Eyni zamanda birinci mərtəbələrdəki mənzillərlə zirzəmi arasında izolyasiya işləri aparılmadığından, yaranan rütubət mənzillərdə yaşayışı çətinləşdirib. Şikayətçi hər iki məsələ ilə bağlı Prezidentə müraciət edib, həmçinin Prezident Administrasiyasında qəbulda da olub.

Bundan sonra o, Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisinə çağırılsa da, görüşün məqsədi heç də problemi vətəndaşın xeyrinə həll etmək olmayıb.

“Zəng edəndə öncə fikiləşdim ki, məsələni anlayışla qarşılayacaqlar. Həm mənzili düzəldərlər, həm də artıq kvadratlar üçün ödədiyim pulu geri qaytararlar. Lakin yeni təyin olunan Protokol və sosial layihələrin idarə edilməsi departamentinin rəisi Rəşad Həsənov bildirdi ki, binanın zirzəmisi özəlləşdirilib. Neft şirkətinin tikinti şöbəsinin rəis müavini Fəxrəddin Lütfizadə özəlləşdirib.

Halbuki bizə bildirildi ki, binanın bünövrəsindən çardağına qədər – hətta qazanxanasına, səkilərinə, həyətyanı sahəsinı və ağacların əkilməsinə qədər işlər neftçilərin vəsaiti hesabına başa gəlib. Əgər Fəxrəddin Lütfizadə 750 kvadratmetrlik sahəni özəlləşdiribsə, bunun müqabilində “Neftçi” MTK-ya nə qədər vəsait ödəyib? Məsələn, mən 120,6 kvadrat metr sahəyə görə güzəştli şərtlərlə 84 min manat ödəmişəm. Digər işçilər də həmçinin. Bəs bu şəxs nə qədər ödəyib? Mənə cavab verdilər ki, o, “Neftçi” MTK-nın təsisçisi olub”, – deyə neftçi söyləyir.

Onun sözlərinə sözlərinə görə, mənzili almaq üçün 2011-ci ildə ilkin ödəniş kimi 15 min manat ödəyib, məbləğin qalan hissəsini isə “Xalq Bank”dan götürdüyü kredit hesabına bağlayıb.

Neftçi qeyd edir ki, ona müqavilədə texniki səhv olduğunu bildirir və sənədi yeniləməyi məcbur edirlər:

“Bu binaların hansında texniki səhv baş verib? Lökbatanda 10 bina, Sahil qəsəbəsində 1 bina, “Həzi Aslanov” metro stansiyası yaxınlığında, Məhəmməd Hadi küçəsində 1 bina, “Xətai”də 8 bloklu bina, Badamdarda bir və Bibiheybətdə bir bina tikilib və hamısında da eyni aqibət yaşanır. Bunlar nə ediblər? Deməli, binanın girişində 25 kvadrat metr sahəsi olan lift var. Əgər birinci mərtəbədə 4 mənzil varsa, həmin 25 kvadrat metri hər mənzilin sahəsinə ayrı-ayrılıqda əlavə edib, pulunu tutublar”.

Müsahibimiz məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini də əlavə edir:

“Məni buna məcbur etdiklərini deyəndə, Rəşad Həsənov bildirdi ki, “hara istəyirsən, get müraciət elə, mən heç kimdən qorxmuram”.

2011-ci ildə bağlanmış müqavilədəki maxinasiyanın üstünü ört-basdır etmək üçün bildirirlər ki, texniki səhv gedib. Özəlləşdirmə ilə bağlı onlara müraciət etmişdim. 2026-cı ildə “Neftçi” MTK-nın icraçı direktoru məktub göndərib ki, sənəddə səhv gedib, müqaviləni dəyişməliyik. Halbuki mən həmin mənzilin 120,6 kvadrat metrlik sahəsinin pulunu tam ödəmişəm. İndi deyirəm ki, ya əlavə ödədiyim məbləği geri qaytarsınlar, ya da vəsait yoxdursa, mənə həmin 40 kvadrat metrin üzərinə əlavə sahəni gələrək yeni bir mənzil versinlər. Əlavə kvadratın pulunu da mən bir neftçi kimi güzəştli şərtlərlə ödəyim. 1997-2010-cu illərdə mənzil növbəsində olmuşam. Sonradan qərar verildi ki, artıq pulsuz mənzil verilmir, yalnız öz hesabınıza ala bilərsiniz”.

“Mətbəx mebelinə 15 min manat hesabladılar”
Şikayətçi olan neftçi müqavilənin əslini təhvil vermədiyi üçün təzyiqlərlə üzləşdiyini vurğulayır:

“Müqaviləni bundan əvvəl bir dəfə də dəyişiblər. O vaxt mənzilin ilkin qiyməti hər kvadrat metr üçün 660 manat idi. Sonra gəlib bir mətbəx şkafı yığdılar. Ona 15 min manat qiymət hesabladılar, həmin məbləği də kvadrat metrə bölərək qiyməti 698 manata qaldırdılar. Mən şkafdan imtina etmək istədim. 2013-cü ildə 15 min manata bütün ev üçün mebel almaq olardı. Lakin imkan vermədilər ki, “biz evi belə veririk”.

“Neftçi” MTK-nı o formada təsis ediblər ki, pul mənimsəsinlər. Mənzillərin sahəsini böyük göstərib, reallıqda kiçik sahə versinlər. Sonra da izi itirmək üçün müqavilələri yığıb yeniləmək istəyirlər. Müqaviləni verməyən insanların mənzilini ya özəlləşdirmirlər, ya da onları işini itirməklə hədələyirlər”.

Neftçilərə satılan sahəni MTK 10 min manata icarəyə verib
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında bildirir ki, təşkilata bu məzmunda çoxsaylı şikayətlər daxil olub. Məsələn, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, bina 56 D və 56 C sakinləri 35-40 il neft sənayesində çalışıb, 15-20 il mənzil növbəsində durublar. Onlar “Neftçi” MTK-ya hər kv.m üçün 751 manat ödəyiblər. Sonradan məlum olub ki, həmin binalarda 4 otaqlı mənzillər üzrə 29 kv.m, 3 otaqlı mənzillər üzrə 25 kv.m, 2 otaqlı mənzillər üzrə isə 13 kv.m sahə çıxarışlarda göstərilməyib. Nəticədə sakinlərin hər birinin müvafiq olaraq 21 000, 18 000 və 10 000 manatdan çox artıq vəsait ödədikləri aşkar olunub. Hətta müqavilə ilə vətəndaşın adına yazılan qeyri-yaşayış sahəsinin MTK tərəfindən “Rifah” marketə ayda 10 min manata icarəyə verildiyi də üzə çıxıb.

Mirvari Qəhrəmanlı qeyd edir ki, əgər “Neftçi” MTK kooperativ mənzillərin sahəsinə divarları və qeyri-yaşayış sahələrini də daxil edib pulunu neftçidən alıbsa, bu, Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə tamamilə ziddir:

“Mənzil Məcəlləsinə görə, mənzilin sahəsi içdən-içə hesablanmalıdır. Liftin və digər qeyri-yaşayış sahələrinin xərclərini neftçilərin üzərinə yükləmək cinayətdir. Eyni qeyri-yaşayış sahəsini binadakı bütün mənzil sahiblərinə sataraq hər kəsdən təkrar pul alıblar. Bu, həm oğurluqdur, həm də cinayətdir. Pilləkənləri və lift sahəsini mənzil sahiblərinin hər birinə təkrar satıblar. İndi özəlləşdirilmə zamanı yeni rəhbər bildirir ki, müqavilələr dəyişməlidir, cinayət məsuliyyətini üzərimə götürə bilmərəm”.

M. Qəhrəmanlı əlavə edib ki, artıq bir çox sakinin müqaviləsini əllərindən alıblar.

Qeyd edək ki, SOCAR öz sosial siyasətində bu mənzilləri işçilərinə güzəştli qiymətlərlə satdığını bəyan edir. “Dövlət Neft Şirkəti işçilərinin “Neftçi’ mənzil-tikinti kooperativinə üzvlüyü barədə Qaydalar”a əsasən, mənzil növbəsində olan işçilər uçota 1984-cü ilə qədər götürülüblərsə, mənzilin dəyərinin 70%-i ARDNŞ, 30%-i isə işçinin özü tərəfindən ödənilir.

Sonrakı illərdə uçota alınanlara gəlincə, bu faiz dərəcəsi ARDNŞ tərəfindən ödənilən hissə üzrə hər il üçün 2% azalır, işçi tərəfindən ödəniləcək hissə isə eyni qayda ilə artır. Qaydalara görə, mənzillərin tam dəyəri bina tikintisi başa çatana qədər ödənilməlidir. Bu zaman, əgər işçinin payına düşən məbləğ üçün vəsaiti çatışmırsa, o, yalnız “Xalq Bank”ın kredit xidmətlərindən yararlana bilər. SOCAR və bank arasında bağlanan sazişə əsasən, bank həmin işçilərə illik 4% dərəcəsi ilə 10 illik kredit ayıra bilər.

Beləliklə, sakinlər üçün güzəştli şərtlərlə təqdim edilən mənzillər həm sahənin saxta yolla artırılması, həm də bank kreditlərinin faiz yükü səbəbindən öz “güzəştli” mahiyyətini itirmiş olur.
storage.googleapis.com
TEREF

Oxunub: 31
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

12-06-2025, 11:23

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

4-04-2025, 10:40

MTK özbaşınalığı davam edir - Nəsimi rayonunda “Maşınqayıran” MTK əmlakımı belə zəbt etdi-ŞİKAYƏT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

24-12-2024, 15:39

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

24-12-2024, 10:56

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Bugün, 19:09
Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
Bugün, 19:09
Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
Bugün, 14:30
Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
Bugün, 14:29
Xəzərdə təlimlər zamanı 9 hərbçi öldü
Bugün, 14:29
Bakıda 51 minlik kombi aparatları oğurlandı
Bugün, 14:27
Nuri Əhmədov vəfat etdi
Son xəbərlər
  • Bugün, 19:09
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Bugün, 19:09
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • Bugün, 14:30
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • Bugün, 14:29
    Xəzərdə təlimlər zamanı 9 hərbçi öldü
  • Bugün, 14:29
    Bakıda 51 minlik kombi aparatları oğurlandı
  • Bugün, 14:28
    "Alatoranlığ"ın aktyoru ata oldu
  • Bugün, 14:27
    Nuri Əhmədov vəfat etdi
  • Bugün, 14:26
    "Zeynəb Xanlarova İtaliyada dincəlir" - Foto
  • Bugün, 14:26
    Metroda iş saatı uzadılacaq
  • Bugün, 14:25
    Rəqsanə İsmayılovaya ağır itki
  • Bugün, 14:24
    Bu miqrantlar 20 il gəlir vergisi verməyəcək
  • Bugün, 14:24
    Formula-1 “Sea Breeze”də keçirilə bilər
  • 22-09-2026, 14:00
    Cansunu bu serialda görəcəksiniz
  • 22-09-2026, 13:00
    COVID-19-dan sonra Elnurda travma yaranıb
  • 22-09-2026, 12:00
    Bu universitetlərdə dərslər onlayn keçiriləcək
  • 22-09-2026, 11:00
    Ramiz Həsənoğlu əməliyyat olundu
  • 22-09-2026, 10:00
    "Taşacak bu deniz"də 3 aktyor birdən
  • 22-09-2026, 08:02
    Maştağada fərdi yaşayış evində partlayış olub, iki nəfər yaralanıb
  • 22-09-2026, 08:01
    Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
  • 21-09-2026, 21:46
    Bakıda evdən kirayəçinin meyiti tapıldı
  • 21-09-2026, 21:05
    Bakıda evdən kirayəçinin meyiti tapıldı
  • 21-09-2026, 21:04
    74 yaşlı ovçu qadını maralla səhv salıb güllələdi
  • 21-09-2026, 21:03
    Məktəbli formaları ilə bağlı QƏRAR VERİLDİ
  • 21-09-2026, 21:02
    Sərnişinlərə ŞAD XƏBƏR: Bakının mərkəzində zolaqlar yaradıldı
  • 21-09-2026, 21:01
    "Parlamaq əsalətdəndir, sonradan satın alınmaz"
  • 21-09-2026, 15:22
    "Parlamaq əsalətdəndir, sonradan satın alınmaz"
  • 21-09-2026, 15:22
    Xalq artisti hovuzdan foto paylaşdı
  • 21-09-2026, 15:21
    Tacir Şahmalıoğlu əməliyyat olundu
  • 21-09-2026, 15:21
    Melis Sezen aylıq 400 min qazandığını açıqladı
  • 21-09-2026, 15:20
    Ramiz Mehdiyevlə bağlı QƏRAR VERİLDİ
  • 21-09-2026, 15:17
    30 dollara almışdı - 150-250 min dəyəri var imiş
  • 21-09-2026, 15:17
    Kadir İnanırın mirası açıqlandı
  • 21-09-2026, 08:23
    Kadir İnanırın mirası açıqlandı
  • 19-09-2026, 18:59
    "2 gün ac qalırdım, amma heç kimə əyilmirdim"
  • 19-09-2026, 18:59
    Bu reklamdan 20 milyon qazanacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə