
Bakıda evdən meyit tapılıb.
Gündəlikxəbər.org xəbər verir ki, Binəqədi qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisindəki evlərdən birində kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin orada kirayədə yaşayan, Ağdam rayon sakini, 52 yaşlı Zöhrab Əbülfət oğlu Ağayev olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.