• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-07-2026, 10:42

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər


Yaşayış binalarının dəhlizlərindəki qonşunu izləyən kameralar qanunsuz sayıla bilər.

Bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub.

Belə ki, baxılan işdə tərəflər yaşayış binasının eyni girişində, eyni mərtəbəsində yaşayan qonşular olub. Qarşı tərəf cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının onun şəxsi həyatının toxunulmazlığı hüququnu pozduğu ilə bağlı məhkəməyə müraciət edib.

Ali Məhkəmə qərarda qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.

Qərarda vurğulanıb ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.

Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.

Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab edib.

Həmçinin məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.

Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.

Oxunub: 32
Paylaş:
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

15-05-2026, 16:23

Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 12:52

Prezident İlham Əliyev İsmayıllıda “Talıstan” liseyinin binasının açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

18-11-2024, 09:59

`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?.. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

29-11-2023, 14:21

İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Dün, 13:27
“Sovetski”də meyit aşkarlandı
Dün, 13:24
Toyda zəhərlənənlərin sayı 30-a çatdı
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:32
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:29
Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
Son xəbərlər
  • Dün, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • Dün, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • Dün, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • Dün, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
  • Dün, 13:25
    "Mədəniyyətiniz olsun, buna pul xərcləmişəm"
  • Dün, 13:24
    Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
  • Dün, 13:24
    Toyda zəhərlənənlərin sayı 30-a çatdı
  • Dün, 13:23
    8 Noyabr prospektinə giriş bağlandı
  • Dün, 07:45
    Əsgərliyə çağırış sistemi dəyişdirilir
  • Dün, 07:44
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
  • 25-09-2026, 09:30
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-09-2026, 09:29
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:30
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə