• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

25-12-2023, 12:51

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilir.

Qeyd edilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Oxunub: 218
Paylaş:
Digər xəbərlər

Siyasət

26-12-2023, 09:00

Prezidentdən “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı paylaşım - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-12-2023, 10:07

COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-12-2023, 11:47

Prezidentliyə namizədlər açıqlanır - Şok adlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-12-2023, 12:13

Azərbaycanda Prezident seçkiləri elan edildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

21-11-2023, 13:24

İlham Əliyevdən Şuşa ilə bağlı sərəncam [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:32
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:29
Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
25-09-2026, 09:46
Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
25-09-2026, 09:29
Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
Son xəbərlər
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
  • 25-09-2026, 09:30
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-09-2026, 09:29
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:30
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:29
    Xəzərdə təlimlər zamanı 9 hərbçi öldü
  • 24-09-2026, 14:29
    Bakıda 51 minlik kombi aparatları oğurlandı
  • 24-09-2026, 14:28
    "Alatoranlığ"ın aktyoru ata oldu
  • 24-09-2026, 14:27
    Nuri Əhmədov vəfat etdi
  • 24-09-2026, 14:26
    "Zeynəb Xanlarova İtaliyada dincəlir" - Foto
  • 24-09-2026, 14:26
    Metroda iş saatı uzadılacaq
  • 24-09-2026, 14:25
    Rəqsanə İsmayılovaya ağır itki
  • 24-09-2026, 14:24
    Bu miqrantlar 20 il gəlir vergisi verməyəcək
  • 24-09-2026, 14:24
    Formula-1 “Sea Breeze”də keçirilə bilər
  • 22-09-2026, 14:00
    Cansunu bu serialda görəcəksiniz
  • 22-09-2026, 13:00
    COVID-19-dan sonra Elnurda travma yaranıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə