• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cabir Hüseynov: Yeni dövrün yeni hədəfləri qarşıdakı illərin ümumi mənzərəsini təqdim edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-01-2024, 13:46

Cabir Hüseynov: Yeni dövrün yeni hədəfləri qarşıdakı illərin ümumi mənzərəsini təqdim edir


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Astara Rayon komitəsinin sədri Cabir Hüseynov - Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bu gün ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırıldığı müsahibə dövlət başçısı İlham Əliyevin mediaya açıqlığını bir daha təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun nadir formasıdır. Bu kontekstdə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Prezident İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibəsini xatırlatmaq istərdik. Dövlətimizin başçısının hər bir müsahibəsi dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Ümumilikdə bu müsahibələr beynəlxalq ictimaiyyət üçün Azərbaycan haqqında daha dolğun məlumatların əldə olunmasında zəngin mənbədir. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin hər Yeni ilin ilk ayında yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb. Bu müsahibələrdə əvvəlki il ərzində ayrı-ayrı sahələrdə qazanılan uğurlar geniş təhlil olunur, hədəflər və onlara nail olmaq üçün mexanizmlər açıqlanır.

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı son 20 ildə Azərbaycanın haradan hara gəlib çıxdığını açıqlayarkən bu dövrün 1993-cü ildən başlandığını xüsusi qeyd etdi. Həmin ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitlik və sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru böyük inamla addımladı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın 2003-cü ildən başlanan yeni dövrünün daha möhtəşəm uğurlarla zənginləşməsində əhəmiyyətli rol oynadı.

Dövlət başçısı İlham Əliyevin müsahibədə böyük qürur hissi ilə qeyd etdiyi “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri tarixi Zəfərimizdən ötən üç ildə keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Bəli, həqiqətən də artıq ölkəmizin həyatında yeni dövr başlayır. Təbii ki, yeni dövrün yeni hədəfləri vardır. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi. İndi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.

Prezident İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Zamanı qabaqlamaq əsas hədəfimiz olmalıdır. Bu baxımdan tarixi Zəfərə imza atanda xalqımız tam əmin idi ki, işlərimiz yarımçıq qalmayacaq. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanacaq. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sentyabrın 20-si çoxəsrlik tariximizə suverenliyimizin tam təmin olunduğu, Azərbaycanın həyatında yeni mərhələnin başlandığı dövr kimi yazıldı.

Yeni dövr ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyev müsahibəsində növbədənkənar prezident seçkilərini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, bunu şərtləndirən əsas amil ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır. Zəfər seçkiləri kimi tarixə yazılacaq bu seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Seçkilərin məhz 2024-cü ilin fevral ayına təyin olunmasını şərtləndirən digər amil bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyi ilə əlaqədardır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir: “Mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”. Növbədənkənar prezident seçkilərini şərtləndirən digər amil İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Ölkə Prezidentinin vurğuladığı kimi, prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək.

Sözügedən müsahibə hazırkı dövrün əsas çağırışı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri və onların əsasında soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı barədə də dolğun məlumatı xalqımıza çatdırdı. Son üç ildə bu istiqamətdə görülən işlərin davamı olaraq infrastruktur layihələrinin icrası davam etdiriləcək. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə dövlət başçısı tərəfindən təsdiqlənəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı əsas alətimizdir. Keçmiş köçkünlərin bu il beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqları nəzərdə tutulub. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması planlaşdırılır. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib.

Dövlət başçısı İlham Əliyev “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” söyləyərək Azərbaycanın hər bir sahədə qazandığı uğurları təqdim etdi. Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək. Belə mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar mövcuddur. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi. Bu gün isə Azərbaycanın gələcəyini yaşıl enerjiyə bağlamasından bəhs edirik. Ölkəmizin bərpaolunan enerji potensialı böyükdür. Dövlət başçısı İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu resurslar gələcəkdə Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Dünyanın belə bir mötəbər beynəlxalq tədbirinin Azərbaycana həvalə edilməsi ölkəmizin gündən-günə artan nüfuzunun göstəricisidir. Azərbaycan bugünədək ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə hazırkı dövrün çağırışlarının həyata keçirilməsinə mühüm töhfələr verib.

Cabir Hüseynov diqqəti müsahibədə xüsusi yer alan Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına yönəldib. Dövlət başçısının “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri bu qardaşlığın sarsılmazlığının, dərin köklərə malik olduğunun təqdimatıdır. Prezidentlərin şəxsi dostluğu ölkələrimizin, xalqlarımızın daha sıx birləşməsində, gələcəyə doğru birgə addımlamalarında öz sözünü deyir. 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya mesajı oldu. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Dünya Azərbaycan və Türkiyənin timsalında qardaşlığın nümunəsini görür. Hər iki dövlətə nüfuz qazandıran daim ədalətin və beynəlxalq hüququn yanında olmalarıdır.

Bövlət başçısı İlham Əliyevin müsahibəsi özündə mühüm çağırışları, mesajları ehtiva edir. Ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur. Bu gün dünya Azərbaycanın timsalında bunu aydın şəkildə görür. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu, olduqca vacibdir.

Oxunub: 160
Paylaş:
Digər xəbərlər

---

11-01-2024, 13:37

Vətənə ləyaqət nümunəsi Zöhrab Camalov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

10-01-2024, 14:54

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-08-2023, 13:12

Cabir Hüseynov: Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-08-2020, 11:53

Hacı Tahir Abbasov: Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsi üçün zəngin mənbədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

24-07-2023, 15:18

İlham Əliyevin “China Media Group”a müsahibəsi - CANLI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
25-09-2026, 09:46
Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
25-09-2026, 09:29
Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
24-09-2026, 19:09
Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
24-09-2026, 19:09
Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
24-09-2026, 14:30
Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
Son xəbərlər
  • Dün, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • Dün, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
  • 25-09-2026, 09:30
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-09-2026, 09:29
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:30
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:29
    Xəzərdə təlimlər zamanı 9 hərbçi öldü
  • 24-09-2026, 14:29
    Bakıda 51 minlik kombi aparatları oğurlandı
  • 24-09-2026, 14:28
    "Alatoranlığ"ın aktyoru ata oldu
  • 24-09-2026, 14:27
    Nuri Əhmədov vəfat etdi
  • 24-09-2026, 14:26
    "Zeynəb Xanlarova İtaliyada dincəlir" - Foto
  • 24-09-2026, 14:26
    Metroda iş saatı uzadılacaq
  • 24-09-2026, 14:25
    Rəqsanə İsmayılovaya ağır itki
  • 24-09-2026, 14:24
    Bu miqrantlar 20 il gəlir vergisi verməyəcək
  • 24-09-2026, 14:24
    Formula-1 “Sea Breeze”də keçirilə bilər
  • 22-09-2026, 14:00
    Cansunu bu serialda görəcəksiniz
  • 22-09-2026, 13:00
    COVID-19-dan sonra Elnurda travma yaranıb
  • 22-09-2026, 12:00
    Bu universitetlərdə dərslər onlayn keçiriləcək
  • 22-09-2026, 11:00
    Ramiz Həsənoğlu əməliyyat olundu
  • 22-09-2026, 10:00
    "Taşacak bu deniz"də 3 aktyor birdən
  • 22-09-2026, 08:02
    Maştağada fərdi yaşayış evində partlayış olub, iki nəfər yaralanıb
  • 22-09-2026, 08:01
    Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
  • 21-09-2026, 21:46
    Bakıda evdən kirayəçinin meyiti tapıldı
  • 21-09-2026, 21:05
    Bakıda evdən kirayəçinin meyiti tapıldı
  • 21-09-2026, 21:04
    74 yaşlı ovçu qadını maralla səhv salıb güllələdi
  • 21-09-2026, 21:03
    Məktəbli formaları ilə bağlı QƏRAR VERİLDİ
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə