• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Musa Şəkiliyev daim şəhid ailələrinə dəstəkdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

8-06-2023, 09:30

Musa Şəkiliyev daim şəhid ailələrinə dəstəkdir


Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Musa Şəkiliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Musa Şəkiliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

RİH başçısının İngiloy Kötüklü kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

Musa Şəkiliyev daim şəhid ailələrinə dəstəkdir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İngiloy Kötüklü kəndində 23 may 2023-ci il tarixində Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə elektrik dirəklərinin dəyişdirilməsinə, içməli su probleminin həll olunmasına, mədəniyyət evinin təmir olunmasına, vətəndaşın özünəməxsus bağ sahəsinin sənədləşməsinə, suvarma suyundan istifadə etmək üçün suötürücü borunun verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev - İki il bundan öncə Şuşada Azərbaycan və Türkiyə liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan arasında müttəfiqlik məsələlərinə dair Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatan 44 günlük ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisələrdən biridir. Bu sənədin bütün mənalarda müstəsna əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur.

Əvvəla, Bəyannamənin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi məna yükünə malikdir və Qarabağ torpaqlarının məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.
Musa Şəkiliyev daim şəhid ailələrinə dəstəkdir

Sənədin imzalanma mərasiminin məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan və xalqımızın qan yaddaşına hopmuş 15 İyun - Milli Qurtuluş günündə təsadüf etməsi də rəmzi məna daşıyır və bu günün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütövlükdə türk dünyası üçün tarixi və siyasi dəyərinin göstəricisi kimi dəyərləndirilməlidir.

Başqa sözlə, məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi, bütün istiqamətlərdə iki qardaş ölkə arasındaki münasibətlər daha yüksək müstəvidə de-yure olaraq qərarlaşdı və bu, münasibətlərin inkişaf istiqaməti dönməz səciyyə aldı. Beləliklə də Şuşa Bəyannaməsi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsinin və ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi “İki dövlət, bir millət” düsturunun tarixi təcəssümünə çevrildi. Bu xüsusda ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin sürətli inkişafı Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı mümkün təhlükələrdən etibarlı şəkildə sığortalayan ən vacib faktorlardan biridir.

Türkiyənin Cənubi Qafqaz regionunda söz sahibi olmasını şərtləndirən, Azərbaycanın isə burada liderliyin qoruyub saxlamasına böyük töhfə olan Şuşa Bəyannaməsi hər iki ölkənin bölgədə və beynəlxalq müstəvidə nüfuzunu dəfələrlə artırmış oldu. Bəyannamənin müddəaları Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış, bütövlükdə Türkiyə ilə bərabər Azərbaycanın da maraqlarını ifadə edən və Ermənistanın ərazi iddialarının qarşısına sipər çəkmiş Qars sülh müqaviləsinin mahiyyətinə tam uyğundur. Bu mənada Şuşada imzalanmış sənədin böyük diplomatik uğur olduğu şübhəsizdir. Digər tərəfdən, ölkəmiz bundan sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bölgədə gedən proseslərə daha fəal təsir imkanı əldə etmişdir. Başqa sözlə, demək olar ki, Cənubi Qafqazın taleyi artıq Türkiyə-Azərbaycan müttəfiqliyi və birgə imzası əsasında Şuşada möhürlənmişdir.

Türkiyənin beynəlxalq miqyasda ardıcıl olaraq həm siyasi səhnədə, həm də hərb meydanında Azərbaycanı dəstəkləməsi böyük mənada türk birliyinə, həm də Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlara sanballı ismarıcdır. Qardaş ölkənin Prezidentinin Vətən Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il il dekabrın 10-da Bakıda keçirilən tarixi hərbi Zəfər paradında iştirakı və sonra da Şuşaya, Zəngilana səfərləri böyük türk dünyasına birlik və həmrəylik çağırışı kimi qiymətləndirilməlidir. Öz növbəsində Prezident İlham Əliyev də dost ölkənin çətin günlərində - dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması işində və beynəlxalq səviyyəli siyasi-diplomatik proseslərdə Azərbaycanın hər kəsdən öncə türk xalqının yanında olduğunu nümayiş etdirmişdir. Şübhəsiz, Şuşa Bəyannaməsi Avropa, Orta və Şərqi Asiya coğrafi məkanını əhatə edən türkdilli dövlətlər tərəfindən sərgilənən siyasi proseslərə böyük stimul yaradır. Bu baxımdan, düşünürəm ki, mayın 28-də Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməsi həm də Azərbaycanın qələbəsidir və bu, qarşıya qoyulmuş birgə hədəflərə nail olmaq üçün daha böyük perspektivlər üçün yeni imkanlar açır.

Şuşa Bəyannaməsinin bütün aspektlərdə bir əhəmiyyəti də ondan ibarətdir ki, bu sənəd ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın və onun təmin edilməsi üçün imzalanmış 11 yanvar 2021-ci il tarixli Moskva Bəyanatının bütün müddəlarının tam və etibarlı şəkildə həyata keçirilməsinə sanballı dəstəkdir. Bu baxımdan Ermənistanın və onun havadarlarının mane olmağa çalışdıqları Azərbaycan və Türkiyəni birləşdirən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması məsələsinin Şuşa Bəyannaməsində yer almasını təsadüfi saymaq olmaz.

Digər tərəfdən, sənədin əsas müddəalarından biri kimi, iki qardaş ölkənin liderləri bölgədə sülh və əməkdaşlığa çağırışla sülhsevər niyyətlərini ilə bir daha rəsmi olaraq ortaya qoymuş oldular.

Qarabağın dirçəldilməsi ilə bağlı proseslər fonunda daha bir önəmli məsələ diqqəti cəlb edir. Şuşa Bəyannaməsi, habelə Türkiyənin Şuşada Baş Konsulluğunun açılacağı və işğaldan azad edilmiş ərazilərin bərpasında türk şirkətlərinin sonadək fəal şəkildə cəlb olunacağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi açıqlaması doğma yurd-yuvalarına dönmək üçün zaman gözləyən məcburi köçkünlərə yeni bir ruh yüksəkliyi və həvəs bəxş etdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkənin rəhbərlərinin ictimaiyyətə açıqladıqları bəyanatlardakı müddəalar və incə məqamlar, habelə ertəsi gün cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisin xüsusi iclasında dünyaya ismarıc kimi səslənən və yeni reallıqların tələbləri baxımından ölkələrimiz arasında getdikcə daha sürətlə inkişaf edən qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin dolğun siyasi məzmunu kimi dəyərləndirilən çıxışı bu ümidləri daha da gücləndirdi.

Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazılmışdır.

Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bu tarixi hadisənin xalqlarımızın taleyi üçün böyük dəyər daşıdığını bəyan etmişdir: "Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək!"

Oxunub: 165
Paylaş:
Digər xəbərlər

Bölgə

1-06-2023, 11:51

Sumqayıt şəhərində səyyar qəbullar davam edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-05-2023, 12:11

Cəsarət Qasımov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-05-2023, 11:08

Görəsən Bəzi sayt rəhbərləri bu cür yazılardan yazmırlar, şantaj xarakterli yazılar dərc edirlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

25-05-2023, 10:07

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-05-2023, 13:47

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Kişilərin keçdiyi karvan yolu! İT hürər karvan keçər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sosial ev almaq istəyənlərin 90 mindən çox pulunu ələ keçirdi
Şahnaz Haşımovanın vəziyyəti açıqlandı
Oktyabrın bütün sosial ödənişləri yekunlaşdı
Bu müəllimlərə əlavə 2000 manat veriləcək
Gələn il “veteran pulu” artırılacaq? - AÇIQLAMA
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələnlərə ŞAD XƏBƏR
Hadisə
16-10-2025, 10:11
Avtomobilin vurduğu piyada 2 gün sonra öldü
6-10-2025, 12:01
Azərbaycana qripə qarşı vaksinlər gətirildi
3-10-2025, 01:06
Paytaxtın bu ərazilərində qaz olmayacaq
2-10-2025, 15:48
29 yaşlı oğlan kafedə öldürüldü
2-10-2025, 14:32
Hamamda yıxılan qadın öldü
27-09-2025, 15:27
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
Son xəbərlər
  • Bugün, 14:07
    Sosial ev almaq istəyənlərin 90 mindən çox pulunu ələ keçirdi
  • Bugün, 13:36
    Şahnaz Haşımovanın vəziyyəti açıqlandı
  • Bugün, 13:34
    Rəsmi Bakıdan Qazaxıstana təbrik
  • Bugün, 13:32
    Əliyev Tokayevi təbrik etdi
  • Bugün, 13:30
    Oktyabrın bütün sosial ödənişləri yekunlaşdı
  • Bugün, 13:28
    “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır
  • Dün, 18:55
    “Oradakı vəziyyəti gördüm, halım xarab oldu”
  • Dün, 18:53
    Nazir Tərtərdə vətəndaşları qəbul etdi - Fotolar
  • Dün, 13:30
    Ruslar Putinə nə qədər etibar edir? - Sorğu
  • Dün, 13:28
    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olundu
  • Dün, 13:26
    Şarl Mişel: "Azərbaycan və Ermənistan liderlərində "sülh həmişə daha düzgün yanaşmadır" fikrinin formalaşdığını hiss edirdim"
  • Dün, 13:23
    Azərbaycan Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib
  • Dün, 13:06
    İlham Əliyev dövlət agentliyinə iki milyon manat ayırdı
  • Dün, 13:02
    Bu müəllimlərə əlavə 2000 manat veriləcək
  • Dün, 13:00
    Gələn il “veteran pulu” artırılacaq? - AÇIQLAMA
  • Dün, 12:58
    Bir gecədə qiyməti dəyişən maşınlar...
  • Dün, 12:56
    Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələnlərə ŞAD XƏBƏR
  • Dün, 10:10
    Azeri Light” bu gün neçəyə satılır?
  • Dün, 10:08
    Azərbaycan–Qazaxıstan münasibətləri: Qədim dostluqdan strateji tərəfdaşlığa
  • Dün, 10:03
    Kəmalə Məmmədova: "İlin sonunadək Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya səfər edə bilərlər"
  • 23-10-2025, 15:38
    Tibb və təhsil müəssisələrində qida normaları müəyyənləşib
  • 23-10-2025, 15:35
    Paşinyan: "Vaşinqtonda əldə edilmiş razılaşmalar konkret nəticələr verən bəyannamələrdir"
  • 23-10-2025, 15:33
    Gələn il yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanmasına 45 milyon manat ayrılması gözlənilir
  • 23-10-2025, 13:55
    Daha bir məktəb direktoru işdən çıxarıldı
  • 23-10-2025, 13:53
    Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Açıqlama
  • 23-10-2025, 13:10
    Azərbaycanda orta pensiya məbləği artırılır
  • 23-10-2025, 13:07
    DİN-ə yeni səlahiyyət verildi
  • 23-10-2025, 13:01
    Prezident Viktor Orbanı təbrik etdi
  • 23-10-2025, 10:10
    Tramp Putinlə görüşü niyə ləğv etdiyini açıqladı
  • 23-10-2025, 10:09
    Mussolininin villası satışa çıxarıldı
  • 23-10-2025, 10:07
    Radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”
  • 23-10-2025, 10:05
    Evində yanğın oldu, tüstüdən boğulub öldü
  • 22-10-2025, 14:45
    Yeni yubiley medalı təsis edildi
  • 22-10-2025, 14:43
    Prezidentdən Yaponiyanın yeni Baş nazirinə məktub
  • 22-10-2025, 14:41
    Ağdamda “Fərhadın heykəl”i ucaldılacaq - Fotolar
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə