• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ABŞ Zelenskini yarı yolda qoydu, Çin isə məqsədini bəlli etdi... – Ukraynanı NƏ GÖZLƏYİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

27-05-2024, 16:44

ABŞ Zelenskini yarı yolda qoydu, Çin isə məqsədini bəlli etdi... – Ukraynanı NƏ GÖZLƏYİR?

Ukrayna prezidenti Volodimir Zelenski daha bir xoş olmayan sürprizlə üzləşib. Belə ki, iyunun 15-16-da Bürgenstokda planlaşdırılan Ukrayna üzrə sülh konfransında aparıcı dövlətlərin liderlərinin iştirakı sual altına düşüb. Halbuki, Zelenski bu konfransa G7, G20 və BRICS ölkələrinin liderlərini dəvət etmişdi.

Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti vardı.

Amma ötən həftə ABŞ prezidenti Co Bayden bu konfransa qatılmayacağını bəyan edib. Bu azmış kimi Ukrayna münaqişəsi ilə bağlı Braziliya və Çin alternativ sülh konfransının keçirilməsini təklif edib.

Zelenski zərbəni gözləmədiyi yerdən aldı.

Ona görə də həm ABŞ Prezidenti Co Baydenin İsveçrədə Ukrayna sammitində iştirakdan imtina etməsi, həm də Braziliya və Çinin alternativ konfrans çağırmaq təşəbbüsü Zelenskiyə çox ağır zərbə olub. Nəzərə alaq ki, Zelenskinin Rusiyaya qarşı daha qlobal dəstək qazanmaq üçün keçirmək istədiyi sammitə bir aydan da az vaxt qalıb. Belə bir vaxtda yayılan bu iki xəbər Zelenski və onun komandasını əməlli-başlı çətinə salıb.

Nəzərə alaq ki, Braziliya və Çin Rusiya ilə Ukraynanını danışıqlar masasına oturtmaq üçün alternativ sülh konfransı keçirmək ideyasını açıqlamaq üçün ötən cümə masaya oturublar. Onlar belə hesab edirlər ki, Moskvasız keçirilən istənilən diplomatik forum sülh gətirməyəcək.
Əslində, Braziliya və Çinin təşəbbüsü çox məntiqlidir.

Əgər sülhdən danışılacaqsa, hökmən həmin tədbirdə hər iki tərəf iştirak etməlidir. Amma görünən odur ki, Ukrayna Prezidenti sülh yox, yeni müharibə planlarını açıqlamaq üçün dünyanın 120 ölkəsini bir araya gətirmək istəyir. Bununla da, Rusiyaya qarşı daha böyük koalisiya yaratmağı düşünür. Sonda isə təbii ki, Zelenski konfrans iştirakçılarından maliyyə yardımı istəməyi planlaşdırır.

Məhz bu səbəbdən Braziliya, Çin və hətta ABŞ həmin konfransa qatılmaq istəmir. Yəqin ki, yaxın günlərdə bu siyahı daha da böyüyəcək.

Bu acı aqibəti görən və hadisələrin inkişafını öz xeyrinə dəyişmək istəyən Zelenski Xarkovdan dünya liderlərinə müraciət edib. O, burada ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpini “sülhü daha da yaxınlaşdırmaqla liderlik nümayiş etdirməyə" dəvət edib.

Zelenskinin sözlərinə görə, 80-dən çox dövlət Ukrayna sammitində iştirakını təsdiqləyib, lakin Bayden və Si Cinpin tədbirə hazırlaşmaq üçün qlobal səylərdən kənarda qalıblar.
"Xahiş edirəm, şəxsi rəhbərliyiniz və iştirakınızla sülh sammitini dəstəkləyin"- deyə Ukrayna lideri çağırış edib.

Sülh istəyən Zelenski niyə atəşkəs istəmir?

Nəzərə alaq ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazır olması barədə xəbər yayıldı. Bu sensasiyalı məlumatı “Reuters” agentliyi yaymışdı. Rəsmi Moskva bu xəbəri təkzib etmədi.

Amma Ukrayna Prezidentinin reaksiyası anındaca gəldi. Maraqlıdır ki, İsveçrədə sülh konfransı keçirmək istəyən Ukrayna Prezidenti Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiklərini açıqladı. Bunu da belə izah etdi ki, “Rusiya öz mövqelərini gücləndirmək üçün bu variantdan istifadə edir”.

Baxmayaraq ki, Zelenskinin bu fikirləri o qədər də razılıqla qarşılanmadı. Çünki ən pis sülh danışıqları və yaxud atəşkəs istənilən müharibədən yaxşıdır.

Ona görə də bu cür qeyri-ciddi çıxışları ilə Zelenski həm özünün, həm də ölkəsinin imicinə çox böyük zərbə vurur.

Həqiqətən də, hansısa sülh konfransıdan danışılırsa, o zaman orada münaqişə tərəflərinin iştirakı vacibdir. Əks-təqdirdə istənilən təşəbbüs cavabsız qalacaq. Amma görünən odur ki, Zelenski sülh yox, müharibə istəyir. Bu müharibənin gedişini öz xeyrinə dəyişmək üçün o daha çox maliyyə toplamağa çalışır.

Dünya dövlətləri üçün Ukrayna müharibəsi əhəmiyyətini itirir

Ukrayna-Rusiya müharibəsinin başlamasından 27 aydan artıq vaxt keçir. Bu isə kifayət qədər uzun müddətdir. Əgər müharibənin ilk aylarında münaqişənin yan təsirləri vardısa, artıq əksər ölkələr Ukraynadakı müharibədən aldıqları ziyanı sığortalayıb.

Hətta qonşu dövlətlər belə öz iqtisadi-siyasətlərini yeni reallıqlar üzərində qurub. Bundan əlavə, bu müharibədə Rusiyanın uduzacağına inanmayanların sayı getdikcə artır. Ona görə də əksər ölkələr Zelenskinin çağırışlarına laqeydlik göstərir. Çünki pandemiyadan sonra bütün dövlətlərin iqtisadiyyatında geriləmələr oldu. İndi də bütün dövlətlər həmin geriləmələri aradan qaldırmaqla məşğuldurlar.

Bu səbəblərə görə, Zelenskinin iyunun 15-16-da İsveçrədə planlaşdırdığı sülh konfransı çoxları üçün qətiyyən maraqlı deyil.

Onun üçün də “sülh konfransı”nın baş tutacağı belə sual altına düşüb. Ola bilsin ki, bu konfrans baş tutsun. Amma konfransda çox az ölkələr iştirak edəcək. Ən əsası isə konfransa dövlətlər ikinci heyətlə qatılacaq. Beləcə, Zelenskinin pul yığmaq planı suya düşəcək.

Bizim.Media

Oxunub: 158
Paylaş:
Digər xəbərlər

Dünya

16-04-2024, 11:32

Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

30-03-2024, 10:29

Zelenski və ailəsinin gəliri açıqlandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-02-2024, 14:26

Putin ilk dəfə Zelenski ilə şəxsi söhbətindən danışıb: "Volodya, nə edirsən?" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

18-09-2023, 15:30

Zelenski: Məhv oluruq, ya Putin, ya da Üçüncü Dünya müharibəsi… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-07-2023, 11:05

Dünyanın gözü İstanbulda: Zelenski-Ərdoğan görüşü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Prezident Mərakeş Kralını təbrik etdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Magistratura imtahanının nəticələri elan olunub
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Dün, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Dün, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • Dün, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • Dün, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Dün, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Dün, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • 29-07-2026, 08:58
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 15:13
    Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
  • 28-07-2026, 14:48
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:20
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 14:04
    Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub
  • 28-07-2026, 12:16
    XİN Perunu Milli Günü münasibətilə təbrik edib
  • 28-07-2026, 11:16
    Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib
  • 28-07-2026, 10:29
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • 28-07-2026, 10:04
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • 28-07-2026, 09:50
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • 28-07-2026, 09:30
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • 28-07-2026, 09:02
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • 27-07-2026, 17:59
    Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
  • 27-07-2026, 17:10
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • 27-07-2026, 16:30
    Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə