• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elmir Ramazanovun özbaşınalıqları... - Dövlət Gömrük Komitəsi sahibkarlara süni əngəllər yaradır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-07-2024, 09:19

Elmir Ramazanovun özbaşınalıqları... - Dövlət Gömrük Komitəsi sahibkarlara süni əngəllər yaradır

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun qanunsuz hərəkətləri və sahibkarlara heç bir əsas olmadan süni əngəllər yaratması barədə redaksiyamıza şikayətlər ünvanlanmaqdadır. 2023-cü ilin iyul ayında BBGİ-nə rəis təyin olunan E.Ramazanovun bu müddət ərzində sahibkarlarla gömrük sistemi arasında dərin çat və böyük narazılıqlar yaradıb. Vaxtilə Vergilər Nazirliyində ən inpulsiv inspektorlardan biri hesab olunan 36 yaşlı E.Ramazanov bu gün özünün qanunsuz əməllərini BBGİ-də davam etdirir. O, sahibkarlarlara məxsus yük maşınlarını Terminalda saxlamaqla onlara ciddi ziyan vurur. Eynimotivli şikayətlər bu gün də qüvvədədir, səbəb isə dəyişmir: sahibkarlardan əlavə vəsaitlər tələb olunur, yaxud heç bir əndazəyə sığmayan gülünc və “kosmik” qaydalar tətbiq olunur.
Məsələn, Çindən çıxan yükləri Qırğızıstan, Özbəkistan, Türkmənistandan keçərək (Orta Dəhliz) Bakıya daşıyan “Union Logistics” şirkətinin 100-ə yaxın azərbaycanlı sahibkara məxsus yüklərlə dolu maşınları, 1 aya yaxındır İpək Yolu terminalında saxlanılır. Çindən Azərbaycana 15 günə çatan, 3 türkdilli ölkənin ərazisindən keçərkən heç bir maneə ilə rastlaşmayan yerli sahibkarlara məxsus yüklər Azərbaycan ərazisinə, İpək yolu terminalına daxil olub, amma heç bir səbəb olmadan 20-25 gün terminalda saxlanılır və hələ də təhvil verilmir.
Elmir Ramazanov, hansı qanuna (daha doğrusu, qanunsuzluğa) əsaslanıb bu addımı atırsan?
E.Ramazanovun sahibkarlara yaratdığı süni əngəllər nəticəsində nə baş verir?
Nəticədə şirkətlə müştərilər, eyni zamanda günlərlə terminalda, tırlarda gecələyən qırğızıstanlı sürücülər arasında haqlı narazılıqlar yaranır. Bu da 12 ildən çox şəffaf fəaliyyət göstərən “Union Logistics” şirkətinin nüfuzuna ciddi xələl gətirir, şirkətə külli miqdarda ziyan vurur. Çünki şirkət İpək yolu terminalında qalan hər bir avtomobil sürücüsünə günlük olaraq təzminat ödəyir. Anoloji hal mütəmadi davam etdiyindən artıq “Union Logistics” şirkəti uzun zaman çalışdığı müştərilərini itirmiş olur.
Xüsusilə qeyd edək ki, son gözləmə nəticəsində 98 yerli sahibkara məxsus yüklə dolu 4 tır 23.06.2024 tarixindən şirkət və sahibkarların müraciətlərinə baxmayaraq, açılmadan İpək yolu terminalında yubadılır.
Dərəbəyliyə diqqət edin!
13.07.2024 tarixində Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun göstərişi ilə “Union Logistics” şirkətinin iştirakı olmadan maşın açılaraq müştərilərə təhvil verilib. Bu isə yüklərin təhvil prosesinin qeyri-qanuni icrası deməkdir.
Son gözləmə nəticəsində 98 yerli sahibkara məxsus yüklə dolu 4 tır 23.06.2024 tarixindən şirkət və sahibkarların müraciətlərinə baxmayaraq, açılmadan İpək yolu terminalında yubadılır.
Elmir Ramazanov Orta Dəhlizə necə mane olur, daha doğrusu, dövlət siyasətini necə sabotaj edir?
06.04.2024 tarixində Çindən Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu ilə yola çıxa ilk 7 maşın maksimum 15, minimum 8 günə Bakı “İpək Yolu” terminalına çatsada (TARİX) 25 gün sonra sahiblərinə təhvil verilmişdi. Daşıyıcı şirkət, müştəri və gömrük əməkdaşları arasında uzun mübahisələrdən sonra, “Orta Dəhliz” yolu ilə çatan ilk avtomobillərin nail olunan açılışına Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri Kayrat Osmanaliyev də dəvət olunmuşdu.
Səfir bildirirdi:
“Bu gün tarixi gündü. Orta dəhliz vasitəsilə 5 maşın Bakıya çatdırılıb. Bu çox vacib və strateji əhəmiyyət daşıyır. Azərbaycan artıq multimodal daşıımada bütövlükdə region üzrə liderə çevrilir. “Union Loqistik” şirkəti artııq 2 ildi Orta dəhlizin açılması üçün çalışır. Bu gün bu marşrutla gələn 5 maşın demək olar ki, başlanğıcdı. Qırgızıstan nömrələri ilə gələn 5 maşının Azərbaycana Orta dəhliz xətti ilə çatması önəmli hadisədir. Bununla yanaşı, nəinki logistika, eyni zamanda iki qardaş ölkə arasında bağların dərinləşməsinə də təkandır”.
Deməli, E.Ramazanov üçün bütün bunların heç bir əhəmiyyəti yoxdur!
Bəs, Prezidentin çağırışları?!
Bir az da dərinə gedək. Bu yolun aktivləşməsinə əsas səbəb ölkəmizin logistika sahəsinin inkişafına, türkdilli ölkələr , xüsusilə Azərbaycan Qırğızıstan əlaqələrinin möhkəmləndirilməsinə və Prezident İlham Əliyevin nəqliyyat logistika sahəsində çağırışlarına dəstək olaraq yaradılıb. Prezidentin çağırışlarına dəstək olaraq! Amma təəsssüf ki, E.Ramazanovun qanunsuz əməlləri və bütün bunlara susqunluq nümayiş etdirən Dövlət Gömrük Komitəsinin əsas məqsədi Prezidentin bu mühüm çağırışlarına kölgə salmaqdır.
Halbuki, səfir çıxış edərkən Bakı Baş Gömrük İdarəsinin İpək Yolu terminalının əməkdaşı da öz çıxışında bundan sonra yüklərin tez bir zamanda təhvil verilməsi üçün lazımı dəstək göstərəcəklərini qeyd etmişi: “Orta Dəhlizin aktivləşməsi üçün bizi irəli aparacaq hər bir təşəbbüs qiymətləndirilir. Bu dəhlizin inkişafına təkan verən şirkəti ilk olduğu üçün təbrik edirik. Biz məmurlar bu bazarda hər bir oyunçuya dəstək olmağa çalışırıq”.
Eyni zamanda, Türkdilli dövlətlər təşkilatının rəhbəri Kubanıçek Omraliyev şirkətin rəhbəri Rövşən Mehdiyevlə görüşündə öz dəstəyini əsirgəməyəcəyini bildirib, Qırğızıstanın İqtisadiyyat və Kommersiya Naziri Daniyar Amangeldiyev, Gömrük xidmətinin sədri Samad İsabekov yolun aktivləşməsinə hər zaman dəstək olublar. Özbəkistan və Türkmənistan müvafiq rəsmi dairələri heç bir maneə yaratmayıblar.
Qeyd edək ki, 06.04.2024 cu ildə tam olaraq aktivləşən marşrut xətti , həm zaman baxımından (12-15gün), həm də təhlükəsizlik baxımından əlverişli hesab olunur. Lakin, yükləri Çindən Qırğızıstan, Özbəkistan, Türkmənistandan keçməklə 15 günə Azərbaycana çatdıran “Union Logistiks” şirkəti, hazırda gömrük xidmətinin yaratdığı süni əngəllər səbəbindən müştərilərə yükü 20-25 gün gözləmədən sonra, 2 ay müddətində təhvil verə bilir.
Hazırda qeyd olunan problem davam edir...

Azsiyaset

Oxunub: 125
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

11-07-2024, 16:40

Azər Məmmədovun qanunsuz şirkətləri büdcəyə necə ziyan vurur? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

3-05-2024, 12:33

Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

17-11-2023, 12:15

“Sədərək” gömrük postunun 2 əməkdaşı həbs edildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-07-2023, 14:42

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-06-2023, 14:43

Sumqayıt Gömrük İdarəsində yeni təyinat olub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
“Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Dün, 18:26
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • Dün, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • Dün, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • Dün, 16:44
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • Dün, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • Dün, 14:39
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • Dün, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • Dün, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • 1-04-2026, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • 1-04-2026, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • 1-04-2026, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • 1-04-2026, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
  • 1-04-2026, 15:26
    Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib
  • 1-04-2026, 13:47
    İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
  • 1-04-2026, 13:23
    Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir
  • 1-04-2026, 12:31
    Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT
  • 1-04-2026, 11:24
    TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
  • 1-04-2026, 10:58
    Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO
  • 1-04-2026, 10:23
    Budaqov Nəsimidə qaz vurub qazan doldurur... - BİRİ ÜÇƏ VURUR...
  • 1-04-2026, 09:45
    “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib? Fotofakt
  • 1-04-2026, 09:16
    Gəncə Dəyirman MMC-dən İYRƏNCLİK: UNUN İÇİNDƏ SİÇOVUL QUYRUĞU... - ÖZBAŞINA QALIBLAR...
  • 31-03-2026, 18:01
    Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
  • 31-03-2026, 17:38
    “Doktor Davud” klinikasında "bozbaş həkim"lər çalışır - 6 min cərimələdilər...
  • 31-03-2026, 16:36
    Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
  • 31-03-2026, 16:00
    Günəş çıxdı, qanunsuz tikintilər başladı- Nizami rayonundan daha bir görüntü- Video
  • 31-03-2026, 15:24
    26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
  • 31-03-2026, 14:47
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • 31-03-2026, 14:46
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • 31-03-2026, 12:19
    Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI... - İTTİHAM VAR...
  • 31-03-2026, 11:46
    ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO
  • 31-03-2026, 11:16
    Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə qatılmadı - Səfərdədir, yoxsa istirahətdə?
  • 31-03-2026, 10:39
    Şeflik iddiası: Musa Abbasov da bu istəklə hərəkətə keçib İDDİA
  • 31-03-2026, 09:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
  • 31-03-2026, 09:18
    Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
  • 31-03-2026, 09:01
    31 Mart soyqırımından 108 il ötür
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə