• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qəbələdə vətəndaşın başına elə oyun açdılar ki... - "Bu sadəcə rüsvayçılıqdır..." [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

13-08-2024, 11:09

Qəbələdə vətəndaşın başına elə oyun açdılar ki... - "Bu sadəcə rüsvayçılıqdır..."

Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pros,, 119, mən.,36 ünvanda faktiki yaşayan Abdullayev Nurlan Oktay oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə narazı vətəndaş yazır:

"Çox hörmətli cənab Prezident İlham Əliyev! Sizin rəsmi çıxışlarınız zamanı dövlət məmurlarına xitabən etdiyiniz müraciətlərdə hər dəfə onlara xatırlamısınız ki, “Dövlət məmuru xalqın xidmətçiləri olmalıdırlar. Onların problemlərini yerində həll etməyə çalışmalıdırlar”. Lakin çox təəssüflər olsun ki, bəzi məmurlar Sizin tapşırıq və göstərişlərinizi öz maddi maraqlarını təmin etmək, əsassız varlanmaları üçün qulaqardına vururlar. Belələrindən biri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi rəhbərliyidir. Belə ki, anadan olduğum və yaşadığım Qəbələ rayonun Mıxlı Qovaq kənd ərazisindəki 0.15 ha və 0,21 ha torpaq sahələri üzrə mənə verilmiş 10.05.2017-ci il tarixli, RX seriyalı, 1056485 və RX seriyalı, 1056486 nömrəli çıxarışların verilməsinə baxmayaraq həmin 0.36 ha torpaq sahəsinə digər şəxs olan Rəsulov Məzahir Nadir oğlunun adına əsassız olaraq aldıqları külli-miqdarda rüşvətin hesabına cari ilin iyun ayında yenidən çıxarış vermişlər. Baxmayaraq ki, bu adamın ailəsinə verilmiş faktiki torpaq sahəsi 0.10 ha olmuş və mənə təqdim edilmiş torpaq sahəsindən uzaqda yerləşir.( sənədlər əlavə olunur)

Əvvəlcə faktlar və sənədlər üzrə xatırladım ki, həmkəndlim olan Rəsulov Məzahir Nadir oğlunun bizə qarşı “Torpaq sahəsinin geri qaytarılması”na dair verdiyi əsassız iddiasına 18 avqust 2021-ci il tarixində, yəni 13 ildən sonra təkrar olaraq eyni tərəflər və eyni məzmun üzrə ərizəsi Qəbələ rayon Məhkəməsində əsassız olaraq əvvəlcə hakim Elman İsayevin icraatına verilmişdir.

Qəbələ Rayon Məhkəməsinin 13.04.2022-ci il tarixli, iş N-2(025)-34/2022 saylı Qətnaməsi əsasında cavbdehlər olmuş valideynlərim və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin geri qaytarılması və s.” Tələbinə dair iddiası təmin edilməmişdir.

Verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya məhkəməsinin 01.09.2022-ci il tarixli, 2(107)-861/2022 saylı Qərardadında iddiaçı M.N.Rəsulovun verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 13.04.2022-ci il tarixli, iş N-2(025)-34/2022 saylı Qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehlər və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin geri qaytarılması!” tələbinə dair mülki işin icraatına xitam verilmişdir.

İddiaçının verdiyi Kassasiya şikayətinə Ali Məhkəmənin Mülki kollegiyasının 19.12.2022-ci il tarixli, iş N 2(102)-6339/2022 saylı Qərarına əsasən Kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Müli kolegiyasının 01 sentyabr 2022-ci il tarixli, 2( 107)-861/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Faktlar üzrə xatırladım ki, eyni iddia tələbinə 2008-ci ildə Qəbələ rayon Məhkəməsində baxılmış və mübahisələndirilən ərazi tamamilə başqa bir ərazidə yerləşir. İndi də iddiaçı JN-474, kod- 40614018 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddia qaldırır ki, həmin akt üzrə verilmiş 1.02 ha pay torpaq sahəsinin 0.54 ha-nı guya biz cavabdehlər zəbt edib istifadə edirik. Məlumat üçün bildirim ki, bizim 5 nəfərlik ailəmizə də verilmiş JN-0125, kod- 40614018 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş 1.02 ha pay torpaq sahəsi 125 A və 125 B cizcisində göstərilməklə verilmişdir. Və mübahisələndirilən 125 B cizcisində yerləşən 0.68 ha torpaq sahəsinin kənarında olan qonşu sərhədləri 488 A olmaqla Sərdarov Sədiyar Sabir oğlu və 284 T olmaqla Dosməmmədov Soltan Məhəmməd oğlu ilə sərhədlərimiz 51551-51570 arası döngə nöqtələrilə müəyyən edilmişdir. Təqdim edilən Dövlət Aktında bizim iddiaçı ilə hər hansı qonşuluğumuzu sübut edən hər hansı fakt yoxdur. Lakin 2010-cu ildə iddiaçının yenidən Qəbələ rayon Məhkəməsinə müraciətindən sonra Məhkəmənin Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin 15 iyul 2010-cu il, 19/382 saylı, rəis T.Mehdiyevin imzaladığı cavab məktubunda rəsmən bildirilir: “ Sizin 12 iyul 2010-cu il tarixli, 2(025)-223 saylı məktubunuza cavab olaraq bildirik ki, DT və XT tərəfindən təqdim olunmuş kadstr məlumatına əsasən Rəsulov Məzahir Nadir oğlunun adına Qəbələ rayonu Mıxlıqovaq kəndində ailə üzvləri ilə birlikdə JN-0474 olan Torpağın mülkiyyət hüququna dair dövlət aktında 0.10 ha pay torpağı vardır.” Bax bu rəsmi sənəd bir daha sübut edir ki, iddiaçının tələbi əsassızdır və uydurma mülahizələrdən ibarət olmuşdur.Və bu sənədə uyğun olaraq eyni tərəflər və eyni idia üzrə Qəbələ rayon Məhkəməsinin 2010-cu il tarixli, 2(025)-223/2010 saylı qətnaməsi üzrə mübahisəli məsələ ədalətli həllini tapmışdır. Buna baxmayaraq iddiaçı 11 ildən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına bxmayaraq bizi yenə də həmin mübahisləndirlmiş torpaq sahəsinə görə yenidən yəni 18.08.2021-ci ildə əsassız olaraq cavabdeh qismində cəlb etdirmiş və sonda Ali Məhkəmənin Mülki kollegiyasının 19.12.2022-ci il tarixli, iş N 2(102)-6339/2022 saylı Qərarına əsasən 3-cü dəfə eyni tərəflər və eyni predmet üzrə iddiaçı olmuş Rəsulov Məzahirin Kassasiya şikayəti təmin edilməmişdir.

Digər tərfdən xatırlatmaq yerinə düşərdi ki, mübahisələndirilmiş ərazi ilə bağlı bildirim ki, həmin ərazi bizim ailə tərəfindən Aqrar islahat keçirilməmişdən öncə də bizim istifadəmizdə olmuşdur. Və 1997-ci ildə Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin yerli nümayəndələrinin iştirakı əsasında bizim ailənin fındıq bağı kimi istifadəsində olmuş ərazi bizə Rəsmi AKT əsasında tanıdılmışdır. Və bunun əsasında digər kənd subyektlərinə tətbiq olunmuş, yəni vaxtilə zəbt edib uzun müddət istifadə etdikləri ərazilərin hamısı Yerli Aqrar İslahat Komissiyasının rəzılığı əsasında həmin ailə üzvlərinə pay torpaq kimi verilmiş və Dövlət Aktlarında nəzərə alınmışdır. Yəni, 2006-cı ildə iddiaçıya həmin ərazinin pay torpaq kimi verilməsi tam əsassız olmuşdur. Çünki bu ailə həmin fındıq bağından 2006-cı ilədək istifadə etməmiş və ərazini tanımamışlar.

Əlavə olaraq onu xatırlamaq istərdim ki, valideynlərimiz mənə, Abdullayev Nurlan Oktay oğluna da aqrar islahatdan əvvəl verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin mənim pay torpağıma əlavə edilməklə, cəmi 0.36 ha torpaq sahəsinin ( 0.21 ha + 0.15 ha = 0.36 ha) mənə (N.O.Abdullayevə) naturada ayrılaraq zəbtlərindəki torpaq sahəsində tanıdılması və adlarına rəsmiləşdirilməsi tələbinə dair mülki iş 10 noyabr 2009-cu ildə Qəbələ rayon Məhkəməsində hakim T.Məmmədovun sədrliyi ilə baxılmış və iddia təmin edilmişdir. Bu məhkəmə prosesində iştirak etmiş Məzahir Rəsulovun hər hansı etirazı olmamışdır. Məhkəmə qətnaməsi əsasında hər iki həyətyanı torpaq sahəsinə əvvəlcə JN- 821 A seriyalı (kod 40614018) və JN-656 A ( kod 40 614018) Məhkəmə qətnaməsi üzrə icra aktı 16 may 2011-ci il tarixli Akt tərtib edilməklə mənə Aqrar İslahatdan əvvəl verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi də onun pay torpağına əlavə edilməklə cəmi 0.36 ha torpaq sahəsi ölçülərək N.Abdullayevə tanıdılmışdır. Məhkəmə qətnaməsinin icra olunmasına dair Akt tərtib edilərkən heç bir vəsatət və şikayət daxil olmamışdır. Və həmin yerlərə mənim adıma RX seriyalı, 1056485 N-li və RX seriyalı 1056486 N-li çıxarışar verilmişdir. Hal hazırda hər iki torpaq sahələrində 2-ci Qarabağ Müharibəsində iştirak etmiş qardaşım, digər hissədə isə hazırda Kəlbəgər istiqamətində hərbi xidməti vəzifəsini yerinə yetirən digər qardaşım ev tikib ailəsi yaşayır. Bir sözlə, mənim adıma verilmiş RX seriyalı, 1056485 N-li və RX seriyalı 1056486 N-li çıxarışarın əsaslı olması bir daha Ali Məhkəmənin Mülki kollegiyasının 19.12.2022-ci il tarixli, iş N 2(102)-6339/2022 saylı Qərarına əsasən öz təsdiqi tapmış və Qərar qanuni qüvvəyə minmişdir.

Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq bu iş üzrə cavabdeh kimi bizimilə yanaşı maraqlı şəxs kimi məhkəmələrə cəlb edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi rəhbərliyi təxminən 2 ay əvvəl M.N.Rəsulovla gizli sövdələşərək ondan aldıqları külli-miqdarda rüşvətin hesabına Qəbələ rayonun Mıxlı Qovaq kənd ərazisindəki 0.15 ha və 0,21 ha torpaq sahələri üzrə mənə verilmiş 10.05.2017-ci il tarixli, RX seriyalı, 1056485 və RX seriyalı, 1056486 nömrəli çıxarışların verilməsinə baxmayaraq həmin 0.36 ha torpaq sahəsinə Məzahirin adına əsassız olaraq cari ilin iyun ayında yenidən çıxarış vermişlər. Baxmayaraq ki, bu adamın ailəsinə verilmiş faktiki torpaq sahəsi 0.10 ha olmuş və mənə təqdim edilmiş torpaq sahəsindən uzaqda yerləşir. Hesab edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarə rəhbərliyinin belə bir qanunsuz hərəkəti həm də idarəni məhkəməyə cəlb etmiş birisinin xeyrinə törətdiyi cinayət eynui zamanda əxlaqsız hərəkət sayılmalıdır ki, aldıqları rüşvət hesabına təmsil etdikləri dövlət idarəsinin nüfuzunu ləkələmişlər. Bu sadəcə rüsvayçılıqdır.

Çox hörmətli cənab Prezident İ.Əliyev və cənab Baş prokuror Kamran Əliyev. Sizlərdən çox xahiş edirəm ki, Ali Məhkəmənin məlum qüvvəyə minmiş qərarına və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2017-ci ildə mənə verdiyi RX seriyalı, 1056485 və RX seriyalı, 1056486 nömrəli çıxarışların məhkəmə qərarı ilə ləğv edilmədən həmin torpaq sahəsinə aldıqları külli-mqdarda rüşvət hesabına verilmiş əsassız çıxarış sənədinə görə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarə rəhbərliyinin məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Xüsusi qeyd: Xatırladım ki, “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi rəhbərliyinin korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi” barədə 13 iyul 2024-cü il tarixdə aidiyyatı üzrə direktiv orqanlara etdiyim müraciətə çox təəssüflər olsun ki, 1 aydır ki, cavab verilmir. İdarədən mənə edilən zənglə isə bildirilib ki, qanuni cavab veriləcəkdir. Lakin digər instansiyalardan aldığım məlumata görə 9 saylı Qıəbələ Ərazi İdarəsi rəsmi cavab əvəzinə yuxarı instansiyalara heç bir əsası olmayan məlumat göndərmək üçün çabalayır. Onu da xatırlatmaq yerinə düşər ki, Prezident cənab İlham Əliyevin «vətəndaşların müraciətlərinə 1 ay ərzində rəsmi cavab verilməsi» haqqında məlum Sərəncamı var Və həmin sərəncam bütün dövlət orqanları üçün məcburi xarakter daşıyır. Hesab edirik ki, maddi maraq qarşılığında digər şəxsə mənim mülkiyyətim üzərində ikinci saxta çıxarış verən məmurlar dərhal cəzalarını alnalıdırlar.Bu bir aksiomadır".(Dia-az.İnfo)

Oxunub: 141
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

30-07-2024, 10:06

Göyçayda bu məmurun fəaliyyəti araşdırılsa... - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

18-07-2024, 20:32

“Bəzi məmurlar ərizə və şikayətlərimə baxmır” - Şəhid ailəsinin üzvü “üsyan edir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

24-11-2023, 10:47

Rayonun Qəbələ Müskürlü kəndində sakinlərlə növbəti səyyar qəbul keçirildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-11-2023, 13:20

İlham Əliyev fərman imzaladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

15-07-2023, 09:53

Qəbələdə ağır QƏZA: Ölənlər var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
“Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir
Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Dün, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • Dün, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • Dün, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • Dün, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
  • Dün, 15:26
    Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib
  • Dün, 13:47
    İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
  • Dün, 13:23
    Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir
  • Dün, 12:31
    Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT
  • Dün, 11:24
    TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
  • Dün, 10:58
    Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO
  • Dün, 10:23
    Budaqov Nəsimidə qaz vurub qazan doldurur... - BİRİ ÜÇƏ VURUR...
  • Dün, 09:45
    “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib? Fotofakt
  • Dün, 09:16
    Gəncə Dəyirman MMC-dən İYRƏNCLİK: UNUN İÇİNDƏ SİÇOVUL QUYRUĞU... - ÖZBAŞINA QALIBLAR...
  • 31-03-2026, 18:01
    Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
  • 31-03-2026, 17:38
    “Doktor Davud” klinikasında "bozbaş həkim"lər çalışır - 6 min cərimələdilər...
  • 31-03-2026, 16:36
    Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
  • 31-03-2026, 16:00
    Günəş çıxdı, qanunsuz tikintilər başladı- Nizami rayonundan daha bir görüntü- Video
  • 31-03-2026, 15:24
    26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
  • 31-03-2026, 14:47
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • 31-03-2026, 14:46
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • 31-03-2026, 12:19
    Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI... - İTTİHAM VAR...
  • 31-03-2026, 11:46
    ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO
  • 31-03-2026, 11:16
    Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə qatılmadı - Səfərdədir, yoxsa istirahətdə?
  • 31-03-2026, 10:39
    Şeflik iddiası: Musa Abbasov da bu istəklə hərəkətə keçib İDDİA
  • 31-03-2026, 09:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
  • 31-03-2026, 09:18
    Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
  • 31-03-2026, 09:01
    31 Mart soyqırımından 108 il ötür
  • 30-03-2026, 15:54
    DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • 30-03-2026, 15:53
    DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • 30-03-2026, 15:20
    18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət FOTO
  • 30-03-2026, 15:18
    18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət FOTO
  • 30-03-2026, 15:01
    Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
  • 30-03-2026, 15:00
    Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
  • 30-03-2026, 13:54
    Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • 30-03-2026, 13:27
    Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə