• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

14-10-2024, 09:46

İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR

Bir neçə gün əvvəl “Oğuzda Meşə Mühafizə Mühəndisi ağac kəsintisinə görə cərimə pulunu niyə ödəmir?” başlıqlı yazımız ictimailəşmişdir. Araşdırma yazımızda ötən ilin iyulun 2-də saytımızda yayımlanan “Əliyev qardaşları Oğuz meşələrində talançılıq işlərini hələ də davam etdirir” başlıqlı yazıda Oğuz meşəbəyliyinin 03 saylı dolayına nəzarət edən meşəbəyi Əliyev Ramiz Bəbir oğlu 04 saylı meşə dolayı ilə həmsərhəd ərazidə 9 ədəd, diametri 44-56 sm olan içlik fıstıq ağaclarını gecə vaxtı qanunsuz olaraq kəsdirərək satmasından bəhs olunur, bu qanunsuz kəsintini də Oğuz Meşə Mühafizə mühəndisi Məmmədov Valeh Yaqub oğlu tərəfindən aşkarlanaraq sənədləşdirməsindən bəhs olunmuşdur.

Sonuncu yazımız ictimailəşdikdən sonra Oğuz rayonda yaşayan digər mənbə də bu yaxın günlərdə V.Məmmədovun qaldırdığı məslələrdən sonra onun da Xaçmaz kənd Bələdiyyə ərazisində qanunsuz kəsilmiş bir neçə ağaca görə barəsində cərimə aktı yazıldığını bildirmiş və tələb olunan cəriməni də ödədiyini qeyd edərək redaksiyadan soruşur ki, bəs yazdığınız kimi, cənab Valeh Məmmədov niyə vəzifəsi Meşə mühafizə mühəndisi ola ola 2015-ci ildə barəsində tərtib olunmuş cərimə aktına görə 43 700 manat və 20 aprel 2020-ci il tarixli 41 ədəd qanunsuz kəsilmiş ağaclara görə isə bu günə qədər cərimə pullarını ödəmək əvəzinə həmin sənədləri bu və digər formada “yoxa” çıxartdıraraq məsuliyyətdən yayınmışdır? Mənbə sözünü redaksiyamıza təqdim etdiyi və ETSN 7 saylı Regional Ekologiya İdarəsinin 30 aprel 2020-ci il tarixli Aktının surətini redaksiyamıza göndərərək V.Məmmədovun özünün də imzaladığı həmin aktda qeyd edilən müxtəlif iri diametrli qovaq ağaclarına görə nəzərdə tutulan 21300 manat cərimə pulunun ödənilməsi bir kənara qalsın, tərtib olunmuş həmin sənəd Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzinin müdiri olmuş Qəribov İlqar tərəfindən gizlədilmişdir. Beləliklə, bu günə qədər 30 aprel 2020-ci il tarixli aktda nəzərdə tutulan cərimənin ödənilməsi mümkün olmamışdır. Mənbə onu da bildirir ki, aktda qanunsuz kəsilmiş hər bir ağacın diametri santımetrinə qədər ölçülərək göstərilmişdir. Aktda qeyd edilən cəmi məbləğ olan 21300 manat isə reallığı əks etdirmir və qəsdən dəflərlə azldılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il, 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavədə çox aydın formada qeyd edilir ki, diametri 52 santimetr-dən yuxarı hər santimetr üçün 33 manat cərimə pulu hesablanmalıdır. 30.04.2020-ci il tarixli Aktdan da göründüyü kimi, cəmi qanunsuz kəsilmiş 41 ədəd ağacdan 3 ağacdan başqa, yerdə qalan 38 ədəd ağacın diametri 52 sm-dən böyükdür. Rəqəmlərə diqqət yetirək:

41 ədəd qovaq cinsli ağacların: 80 sm, diametrli-3 ədəd, 84 sm., – 1 ədəd, 87 sm., -1 əd,, 90 sm,,- 2 ədəd, 92 sm diametri olan 1 əd., 100 sm diametrli- 4 ədəd, 104 sm d-li -2 əd, 110 sm diametrli- 2 ədəd, 120 sm diametrli- 6 ədəd, 124 sm diametrli, -1 ədəd, 130 sm diametrli- 2 ədəd, 140 sm diametrli – 4 ədəd, 150 sm diametrli – 2 ədəd, 160 sm diametrli- 2 ədəd, 170 sm diametrli 1 ədəd, 172 sm diametrli- 1 ədəd, 200 sm diametrli-1ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilmişdir.

Aktda həmçinin qeyd edilir: 41 ədəd kəsilmiş ağacdan 2 ədədinə görə 16.03.2020-ci il tarixli, 78 N-li akt tərtib edilərək araşdırma üçün Oğuz RPŞ-nə göndərilmişdir. 5 ədəd qanunsuz kəsilmiş ağaclara görə isə Qəbələ RMTM-nin əməkdaşının çöl şəraitində tərtib etdiyi 26 .03.2020-ci il tarixli aktın əslini DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşına verilmişdir.

Aktın qeyd hissəsində isə yazılır: 30 .04.2020-ci il tarixində həmin 41 ədəd qeydə alınmış ağaclardan 19 ədəd qanunsuz kəsilmiş ağaclara dair 13, 14 və 15-i tarixlərdə aparılmış çöl hesabatına əsasən 126 qeyd saylı tərtib olunmuş akt hüquqi qiymət verilməsi məqasədilə bu günə qədər hüquq-mühafizə orqanlarına göndərilməmişdir.

Aktı imzalamışlar: Ekologiya İdarəsinin baş məsləhətçisi – Koxnayev, Ekologiya İdarəsinin sektor müdiri- Subayev, Qəbələ RMTM-nin Xaçmaz meşəbəyliyinin nümayəndəsi Valeh Məmmədov, Elşad Qafarov.”
İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR

Tərtib edilmiş 30.04.2020-ci il tarixli akt üzrə qeyd edilən 23 300 manat cərimə məbləği barədə onu demək lazımdır ki, aktı tərtib edənlər qəsdən ən kiçik məbləğ yazmaqla Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli məlum Qəerarının 7 saylı əlavəsində göstərilən tələbi nəzərə almayaraq özləri cinayət törətmişlər. Bizim 7 saylı əlavədə qeyd edilən bəndə əsasən , yəni diametri 52 sm dən çox olan qanunsuz kəsilmiş ağacın hər sm-nə görə 33 manat əlavə hesablanması tövsiyə olunur. Biz göstərilən tələblər üzrə 41 ağacda 39 iri diametrli ( 52 sm-dən çox olan) ağacların aktda göstərildiyi ədədlər üzrə hesablama apardıqda dövlətə cəmi 101970 manat 77 qəpik ziyan vurulduğu ortalığa çıxır. Yəni, aktda təxminən 5 dəfə bu rəqəm azaldılsa da sonda nəzərdə tutulan 23300 manatın da V.Məmmədov tərəfindən bu günə qədər ödənilməsi barədə heç bir məlumat yoxdur. Bunun da səbəbini araşdırdıqda əvvəlki yazılarımızda İlqar Qəribovun başçılıq etdiyi 5 nəfərdən ibarət “meşə quldurları” nın 1.4 il saxlanılaraq həbsə atılmaları, məhkəmə prosesləri zamanı ETSN-nin nazir müavini olmuş Firdövsi Əliyev göstərişləri əsasında məhkəməyə təqdim edilən arxa tarixlə yazılaraq tərtib edilmiş çoxsaylı saxta sənədlər əsasında bu dəstə sonda azadlığa çıxa çıxa bilmişdir.

Bəli, 30.04.2020-ci il tarixli aktın qeyd hissəsində də yazıldığı kimi hansısa maraqlar daxilində qanunsuz kəsilmiş 19 ədəd ağaclara hüquqi qiymət verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilməmişdir. Bunun da səbəbini həmin dövrdə həbs edilən Qəbələ RMTM-nin 5 vəzifəli şəxslərlərindən rəhbər hesab edilən sabiq və məhkum müdir Qəribov İlqar olduğu qeyd edilir. Bəs İlqar Qəribov kütləvi ağac kəsimində fəal iştirak edən və buna görə günahlandırılan dəstə üzvlərindən niyə hazırda da Qəbələ RMTM-nin Meşələrin mühafizə mühəndisi Valeh Məmmədovun məsuliyyətdən yayınması üçün 2015 və 30.04.2020-ci il tarixli aktları gizlətdirmişdi? Sualımıza mənbə belə cavab vermişdir ki, 2020-ci ildə V. Məmmədov Xaçmaz meşəbəyliyində sahə rəisi olanda həmin əraziyə də ETSN 7 saylı Ekologiya İdarəsinin müdiri qardaşı idi. İdarənin müdiri də çalışmışdır ki, 30.04.2020-ci tarixli aktda qeyd edilənlər az məbləğdə göstərilsin və NK-nin 2019-cu il 31 yanvar tarixli Qərarı nəzərə alınmasın ki, o da İlqar Qəribovun dəstəsilə birlikdə məsuliyyətə cəlb edilməsin.

Bir daha xatırladaq ki, 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişdilər. Lakin meşələrin kütləvi şəkildə qırılması faktı ilə başlanılmış cinayət işinin istintaqı başa çatdıqdan sonra, dövlət ittihamçısının hər bir təqsirləndirilən şəxs üçün 9 il azadlıqdan məhrumetmə cəzası istənildiyinə baxmayaraq Şəki Ağır Cinayətlər Məhkəməsi hakimi Rafael Əliyev tərəfindən 2021-ci ilin avqustun 30-da gecə saat 22-00 radələrində geniş ictimaiyyətə açıqlanmadan məhkəmə zalından azadlığa buraxılmışdı.

Aktualinfo.org

P.S. İstər, Valeh Məmmədovun, istərsə də qarşı tərəf olan Əliyev qardaşlarına yaxın mənbələrin redaksiyamıza verdikləri 30.04.2020-ci il tarixli akt üzrə verdikləri məlumatlardan çox məslələr məlum olur. İnanırıq ki, yerli hüquq –mühafizə orqanları cənab V.Məmmədovun 2015-ci ildə qanunsuz ağac kəsintilərinə görə tərtib edilmiş 43 700 manatlıq cərimə aktının tapılaraq ödəniş etdirilməsinə, və 30.04.2020-ci ildə 41 iridiametrli ağacların qanunsuz kəsilməsinə görə tərtib edilmiş 21 300 manat cərimə pulun peşəkar mütəxəssilərin cəlb edilməsilə və NK-nin 2019-cu il 31 yanvar tarixli Qərarının 7 saylı əlavəsində tələb edilən formada yenidən hesablanaraq vurulmuş ziyanın dövlət nəfinə 101970 manat 77 qəpik ödənilməsi barədə yerli hüquq-mühafizə orqanları lazımi tədbirlərini görərklər.

Oxunub: 95
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

9-10-2024, 14:15

Yardımlı meşələrində "COP29-a hazırlıq" işləri gedir- FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

7-10-2024, 16:13

Oğuzda Meşə Mühafizə mühəndisi ağac kəsintisinə görə cərimə pulun niyə ödəmir - İLGİNC İDDİALAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

7-10-2024, 12:37

Oğuzda Meşə Mühafizə mühəndisi ağac kəsintisinə görə cərimə pulun niyə ödəmir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-07-2024, 16:00

Prezident icra başçısını işdən çıxardı - Yeni təyinat [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-07-2024, 15:30

Masallıda sakinlər keçmiş meşə gözətçisi Rzayev Taleh Şahverdi oğlundan niyə narazılıq edirlər? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • Bugün, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • Bugün, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • Bugün, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • Bugün, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • Bugün, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • Bugün, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • Bugün, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • Bugün, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • Bugün, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • Bugün, 09:55
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • Bugün, 09:37
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • Dün, 18:45
    ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
  • Dün, 18:18
    Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
  • Dün, 17:42
    Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
  • Dün, 17:07
    Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
  • Dün, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
  • Dün, 12:24
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Dün, 11:55
    İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
  • Dün, 11:22
    Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
  • Dün, 10:55
    Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
  • Dün, 10:10
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • Dün, 09:26
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • 2-04-2026, 18:26
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • 2-04-2026, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • 2-04-2026, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • 2-04-2026, 16:44
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • 2-04-2026, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • 2-04-2026, 14:39
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • 2-04-2026, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • 2-04-2026, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • 1-04-2026, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • 1-04-2026, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • 1-04-2026, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • 1-04-2026, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə