• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qulu Məhərrəmli: Alışanov televiziyanın onurğasını qırdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

4-12-2024, 16:15

Qulu Məhərrəmli: Alışanov televiziyanın onurğasını qırdı

Bu yaxınlarda 70 yaşı tamam olan Əməkdar jurnalist, professor Qulu Məhərrəmli APA-ya müsahibə verib.

Modern.az-ın məlumatına görə, professor AzTV-də işlədiyi vaxt qurumun rəhbəri Arif Alışanovla aralarındakı münaqişədən bəhs edib.

Müsahinənin həmin hissəsini təqdim edirik:

– (Arif Alışanovla) İntriqaların kökləri hara gedib çıxır?

– Nizami Xudiyev idarəçiliyi bilən adam idi, amma televiziyadan çox baş açmırdı. Televiziyanı öyrənənə yaxın onu işdən azad etdilər. Bütün rəhbərlər çox itaətkar əməkdaşlarla işləmək istəyirlər. Amma bunu yaradıcı adamlara çox tətbiq etmək olmur. Məsələn, yaradıcılıq “letuçkalarında” təkliflər deyilirdi. Mən Prezidenti səfərlərdə müşayiət edirdim və informasiyam kifayət qədər çox idi. Elə yaradıcılıq məsələləri olurdu ki, həm tənqidi yanaşırdım, həm də təkliflərimi verirdim. Bəziləri nəzərə alınırdı, bəziləri yox. Amma, eyni zamanda, qəbul edirdilər ki, bu adamın öz fikri var... Bir dəfə “Xəbərlər”də altı dəqiqəlik süjet gördüm: hansısa şair televiziyaya gəlib, studiyaları gəzib, bəyənib və s. “Letuçkada” bunu çox kəskin tənqid etdim ki, bu, xəbərlərə aid deyil, xəbərlərdən sonra bir süjet kimi verə bilərsiniz. Xudiyev “letuçkadan” sonra məni saxladı və niyə tənqid etdiyimi soruşdu. İzah elədim və onu inandırmağı bacardım. Bu onun üstün cəhətlərindən biri idi. Həm də insanlara qiymət verməyi bacarırdı. Məsələn, məni çox da sevmirdi. Amma sonralar baxdı ki, dediklərim televiziyanın xeyrinədir. Nizami Xudiyev gedənə yaxın bildi ki, mən kiməm. Bilirsən, fərqlənirsənsə, sənin müxaliflərin də çox olur. Ki, niyə Qulu bizim kimi deyil. Məsələn, elə çıxışlar olurdu, mən onlardan imtina edirdim. Xüsusən, söyüş kampaniyalarında iştirak etmirdim. Jurnalistlərin vəzifəsinə aid olmayan bütün vəzifələrdən imtina edirdim. Allah rəhmət eləsin, Xudiyev məni başa düşürdü.

– Deməli, Alışanovla aranızdakı qalmaqalın əsas səbəbi onun sizi başa düşməməsi olub... Arif Alışanov təyin olunan gündən söz-söhbət başladı, ya sonralar?

– Alışanov televiziyaya sədr gələndə hamı kimi biz də sevinirdik. Çünki televiziyada böyümüş adam idi. Düzdür, yaradıcı menecmenti bilmirdi, amma güman edirdik ki, uyğun adamları müvafiq yerlərə təyin etməklə işi apara biləcək. Qısa müddət sonra məlum oldu ki, bu adamın yaradıcı təfəkkürü olmadığına görə, televiziyanı idarə edə bilməyəcək. Hərdən iradlarımızı bildirirdik. Sonra sifariş gəldi ki, o tənqidləri eləmə. Dedim, baş üstə, təklikdə deyərəm, amma mütləq demək lazımdı... Mənə qədər çox yaradıcı adamları işdən çıxartdı. Hicran Hüseynovla Məmməd Aslanı işdən çıxardanda xahiş etdim ki, belə eləmə. Amma məhəl qoymadı. Uşaq deyiləm ki, görürdüm, növbə mənə yaxınlaşır. Özündən xahiş etmişdim ki, məni çıxartmamışdan xəbərdar elə, işimi bilim.


– Bəlkə də, nələrsə onu qıcıqlandırırdı. Məsələn, Sizə olan hörmət və s. Özü bunu etiraf etmişdi?

– Alışanovun məni “Səhər proqramları”ndan “Müəllif verilişləri” departamentinə keçirməsi söz-söhbətlə qarşılanmışdı. Şair Qabilin yasına mənimlə getdi. Göstərmək istəyirdi ki, aramız dəyməyib. Amma qulağıma çatmışdı ki, məni işdən çıxaracaq. Hüzrdə Xəyyam Mirzəzadə ilə üzbəüz əyləşdik. Xəyyam müəllim mənimlə görüşdü, Ariflə görüşmədi. Bir az keçdi, Xəyyam müəllimə Arifi təqdim etdim. Dedi, tanıyıram da, Arif müəllim orda mühasibatlıqda işləyirdi, elə deyil? Arif çox dilxor oldu. Xəyyam Mirzəzadə sözünə davam elədi: “Arif müəllim, inciməyin, amma AzTV-nin sədri postu sizlik deyil. Ora Qulu Məhərrəmli kimi hərtərəfli adam lazımdır”. Xəyyam müəllim bu sözlərlə mənim fatihəmi verdi. Arif də uşaq deyil, başa düşürdü ki, Xəyyam müəllim ictimai fikri deyir. Hüzrdən çıxanda Arifə dedim ki, Xəyyam müəllim də heç yaxşı iş görmədi. Arif çox dərin kədər içində dedi ki, düzünü deyir də... Bilmədim, mənə ironiya edir, ya öz həyatına... Televiziyanın onurğasını qırdı, həyatını ora bağlamış insanları hörmətsiz şəkildə işdən çıxardı. Yaradıcı kadrların qətliamını həyata keçirdi. Təəssüf ki, buna göz yumurdular. Televiziyanın çox böyük büdcəsi var idi. Alışanov büdcəni 50-60 milyona qaldırmışdı. İşçilərin maaşı cəmi 8 milyon təşkil edirdi, amma heç kim maaş almırdı. Çox ciddi şəkildə yoxlayan olsa, Allah bilir, nə ola bilər... Məni də özünəxas köntöylüklə işdən çıxardı. Müqavilə müddətimin bitməyinə iki-üç gün qalmış kadrlar şöbəsindən xəbər göndərdi ki, onunla işləmək istəmirəm, ərizəsini yazıb, getsin. Heç təəccüblənmədim. Demişdi ki, bu gün saat 8-ə qədər buranı tərk eləsin. Heç düşmən düşmənlə belə davranmazdı... Onda “Xəzər” televiziyası ilə əməkdaşlıq edirdim. Elə bu söhbətin səhərisi “Xəzər”də işə başladım.

– İllər sonra Alışanovla aranızda məhkəmə söhbəti oldu və bu, ölkədə çox müzakirə olunan məsələyə çevrildi. Bu qədər müddət sonra məsələnin açılmasının səbəbi nə idi?

– 2015-2016-cı illərdə AzTV-də gedən prosesləri görürdüm. O dövrdə “İctimai” televiziyanı da AzTV-nin quyruğuna bağlamışdılar. Rüşvət baş alıb getmişdi. “İctimai”dən AzTV-yə pullar daşınırdı. 2016-cı ildə saytlardan birinə müsahibə verərkən Arif Alışanovu və AzTV-nin fəaliyyətini çox kəskin tənqid etdim, sərt ifadələr işlətdim. Arif məni həm inzibati məhkəməyə vermişdi, həm də Yasamal Rayonu Məhkəməsində 147-ci maddə ilə cinayət işi açdırmışdı. Bir il məhkəmə davam etdi.

– İnzibati məhkəmənin axırı necə oldu?

– Şikayətində 100 min cərimə tələb edirdi. Özü də çox humanist şəkildə yazmışdı ki, məndən alacağı pulu uşaq evlərinə verəcək. Jurnalistlər onun bu humanist niyyəti ilə bağlı fikrimi soruşanda dedim ki, çox yaxşı təklifdir, amma zəhmət çəksin, bu xeyirxahlığı öz pulu ilə eləsin, mənim pulumla yox... Məhkəmə çox müsbət yekunlaşdı. Hüquqşünas dostlarımın köməyi ilə işim uğurlu oldu. Məlum oldu ki, bu iş Məhkəmə Ekspertizası Mərkəzinə verilməlidir və onlar burda təhqirin olub-olmadığını müəyyənləşdirməlidir. Mərkəzdən cavab gəldi ki, təqsirli bilinən şəxs elə adamdır ki, biz onun müsahibəsində təhqirin olub-olmamasını müəyyənləşdirə bilmərik, çünki bu adam həm jurnalistdir, həm də Dilçilik İnstitutunda şöbə müdiridir, professordur, elmlər doktorudur. Sonra işi Dilçilik İnstitutuna yolladılar, razılaşmadım, dedim, olmaz, mən buranın işçisiyəm... Daha sonra iş Bakı Dövlət Universitetinə göndərildi. Arifin də BDU-da adamları var idi. Uşaqlarını ali məktəbə hazırlayan dilçilərdən ibarət ekspert heyətinin formalaşdırılmasına nail oldu. Düzdür, mən onların əleyhinə iddia verdim, amma çox obyektiv oldular. Nəticədə, yazdılar ki, düzdür, müsahibədə təhqirəbənzər elementlər var, amma ümumilikdə, müsahibənin məqsədi kimisə təhqir etmək deyil.

– Qarşı tərəf hansı ifadəni əsas gətirərək şikayət eləmişdi?

– Başlığa çıxarmışdılar ki, Arif Alışanovda insan yaramazlığının tükənməz potensialı var. Bu da Dostoyevskidən gəlmə bir cümlə idi. Təbii ki, onun Dostoyevskidən xəbəri yoxdur. Məhkəməyə də yazmışdı ki, Vaqif Mustafayevin “Yaramaz” filmi var. Bu, keyfiyyətdir. Sözün kökü də “yaramaq”dır. Bir var yarayan adam, bir də var yaramaz adam...

– Bir illik məhkəmədə nələr imtahan olundu?

– Bu proses həm dilçiliyimizin imtahanı idi, həm dostların sınağı idi, həm də özümün.

– Sınaqdan kimlər üzüağ çıxa bilmədi?

– Məhkəmədən əvvəl mənim əleyhimə üç saatlıq video çəkib yerləşdirmişdilər. Keçmiş iş yoldaşlarımın mimikalarına baxmaq üçün həmin videoya nəzər yetirdim. Necə əzab çəkirdilər o sözləri deyəndə... Yəqin, onlara təzyiq olunurdu... Həm də elə bilirdi, ona məhəl qoymayıb işçilərlə davaya çıxacam. Amma bu, mümkünsüz idi... Gözləmədiyim insanlar müdafiəmə qalxdı. Elə AzTV-nin özündə bir qrup gənc əleyhimə danışmaqdan imtina etmişdi. Əhməd Oğuz, Azad Müzəffərli, Fazil Hadıyev kimi parlaq şəxslər də bu kampaniyaya qoşulmadılar. Təəssüf ki, çörək kəsdiyimiz, etimad göstərdiyimiz, vəzifədə irəli çəkdiyimiz, işə qəbul etdiyimiz, çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədilər. Dostlar arasında da tamaşaçı qismində seyr edənlər oldu. Amma eyni zamanda yeni dostlar qazandım. Savadlı hüquqşünaslarla tanış oldum.

Oxunub: 42
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

4-11-2024, 15:04

Rövşən Məmmədov Allaha təşəkkür edən jurnalisti işdən çıxardı -AzTV-də nə baş verir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-10-2024, 14:20

"Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

29-05-2024, 11:07

Ali Məhkəmə AzTV-nin keçmiş sədrinə və ailə üzvlərinə sui-qəsd cəhdində təqsirləndirilənlər barəsində qərar verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-12-2023, 14:05

AP-də bəziləri özünü manyak kimi aparır - Prezident [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 10:57

Qarabağda işləmək istəyənlər hara müraciət etsin? - RƏSMİ CAVAB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT
Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
“Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 12:24
    Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT
  • Bugün, 11:46
    Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
  • Bugün, 11:03
    Rusiyada məktəbli sinif rəhbərini bıçaqladı
  • Dün, 19:11
    “Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
  • Dün, 17:42
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Dün, 17:09
    İçərişəhərdə yeraltı keçidlər “ticarət obyektinə” çevrilib – ictimai məkanlar kimlərin nəzarətindədir?
  • Dün, 16:27
    Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
  • Dün, 15:45
    Təhsil adı altında qurulan sistem: Sumqayıt 23 nömrəli məktəbdə baş verənlər
  • Dün, 15:12
    Keçmiş deputatdan adı milyardlıq yeyintidə hallanan Saleh Məmmədova ATMACA... - "Vədədir…"
  • Dün, 14:49
    Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
  • Dün, 13:11
    Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə NƏ İŞLƏR ÇEVİRİR?.. - İcazə verin, şübhələnək...
  • Dün, 12:33
    7 ton əlvan metal yoxa çıxıb: Rəşad Borçiyevin işi araşdırılır
  • Dün, 11:58
    Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir
  • Dün, 11:26
    Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi - İLGİNC FAKTLAR...
  • Dün, 10:40
    İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
  • Dün, 10:20
    Sabirabadda TƏHSİL ÖZBAŞINALIĞI...
  • Dün, 09:28
    Maxinasiya ustası registrator və podoloq rolunda - Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri
  • Dün, 09:08
    Mingəçevir Dövlət Universitetində milyonluq tender - Rektor Azər Eminov kiminlə razılıb?
  • 4-04-2026, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • 4-04-2026, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • 4-04-2026, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • 4-04-2026, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • 4-04-2026, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • 4-04-2026, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • 4-04-2026, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • 4-04-2026, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • 4-04-2026, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • 4-04-2026, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • 4-04-2026, 09:55
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • 4-04-2026, 09:37
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • 3-04-2026, 18:45
    ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
  • 3-04-2026, 18:18
    Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
  • 3-04-2026, 17:42
    Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
  • 3-04-2026, 17:07
    Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
  • 3-04-2026, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə