• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

YDM-lər nədən ÖZBAŞINA QALIB? - İstədiklərini edirlər... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

26-12-2024, 10:47

YDM-lər nədən ÖZBAŞINA QALIB? - İstədiklərini edirlər...

Yanacaq doldurma məntəqələrində (YDM) yanacağın keyfiyyətsizliyi, kəsilməsi və digər neqativlər uzun illərdən bəri müzakirə olunan məsələdir. Sürücülər vaxtaşırı su qarışmış benzindən, dizeldən, habelə yanacağın az vurulmasından şikayətlənirlər. Əksər hallarda bu faktlar öz təsdiqini tapır.

Məsələ o yerə çatıb ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlarla maarifləndirici görüşlərə başlayıb. Bu haqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, tədbirlər zamanı yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektlərinə yanacaq məhsullarının keyfiyyət göstəricilərinə dair qanunvericiliyin tələbləri izah edilib. Həmçinin yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti və istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi ilə bağlı istehlakçılardan daxil olan şikayətlər barədə ətraflı müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan sahibkarların iştirakı ilə maarifləndirici görüşlər keçirilib.

İstehlakçıların standartlara cavab verən məhsul əldə etmək hüquqlarının təmin edilməsi məqsədilə yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı satılan yanacaq məhsullarının hər partiyasının keyfiyyətini təsdiq edən sənədlə müşayiət olunması, məhsulların satışı zamanı topdan alıcılara yanacağın keyfiyyətini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi, yanacağın daşınması və saxlanması zamanı standartların və normativlərin tələblərinə əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah edilib.

Yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı isə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti, istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi və digər məsələlər barədə istehlakçılardan daxil olan şikayətlərlə bağlı ətraflı müzakirələr aparılıb, istehlakçıların aldıqları malların keyfiyyətini və həcminin düzgün ölçülməsini təsdiq edən sənədlərlə tanış olmaq hüququna malik olduğu bildirilib.

Həmçinin istehlakçılara satılan yanacağın həcminin düzgün müəyyən edilməsi məqsədilə məntəqələrdə tipi təsdiq edilmiş, yoxlamadan keçirilmiş və metroloji norma və qaydalara cavab verən ölçmə vasitələrindən istifadə edilməsi və qanunvericiliyin digər tələbləri sahibkarların diqqətinə çatdırılıb.

Eyni zamanda sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ekspertlər qeyd edir ki, yanacağın keyfiyyətsiz olması sürücülərin avtomobillərinin texniki vəziyyətini pozur, mühərriklərdə, yanacaq sistemində zərərlərə səbəb olur. Yanacağa qatqılar və ya saxta maddələr əlavə edilməsi benzin və dizelin normal tərkibinə uyğun gəlməməsi və mühərrikdə uzunmüddətli ziyanlar yaratması ilə nəticələnir. Bəzi yanacaq doldurma məntəqələri yerli və beynəlxalq keyfiyyət standartlarına riayət etmir.

Yanacağın tərkibindəki maddələrin miqdarı qanunla müəyyən edilmiş parametrlərdən çox və ya az ola bilər. Bu cür pozuntular benzin və dizel maddələrini istifadə edən avtomobillərin ekoloji vəziyyətini pozur və təhlükə yaradır. Yanacaq doldurma məntəqələrinin avadanlıqları, məsələn, yanacaq ölçmə sistemləri və yanacaq doldurma nasosları vaxtında təmir olunmayan və ya işlək vəziyyətdə olmayan cihazlar ola bilər. Yanacaq doldurma məntəqələrinin infrastrukturunda sızmalar və ya yanacaq itkiləri qeydə alına bilər. Ümumiyyətlə, avadanlıqla bağlı nasazlıq, yanacaq doldurulması zamanı partlayış və ya digər təhlükələrə səbəb ola bilər.

Bir çox hallarda yanacaq doldurma məntəqələrində istifadə edilən nasoslar düzgün işləməməsi səbəbindən, bəzən müştəriyə daha az yanacaq verilir. Tətbiq olunan şişirdilmiş qiymətlər və ya nasoslarda olan qüsurlar istehlakçıları zərərə uğradır.

Mütəxəssislər onu da qeyd edirlər ki, yanacaq doldurma məntəqələrinin altında saxlanılan yanacaq çənləri standartlara uyğun deyil və təhlükəsizlik tədbirləri düzgün şəkildə yerinə yetirilmir. Çənlərdə sızmalar və ya yanacaq təhlükəsi yaranarsa, bu böyük faciə ilə nəticələnə bilər. Yəni əgər yanacaq doldurma prosesində təhlükəsizlik tədbirləri görülməzsə, məsələn, partlayış və ya yanğın riski arta bilər.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Yanacaq doldurma məntəqələrinə nəzarəti artırmaq lazımdır və eyni zamanda paralel olaraq, vaxtaşırı yanacaq doldurma məntəqələrində satılan yanacağın keyfiyyəti ilə bağlı da monitorinqlər aparılmalıdır. Qəbul olunmuş yanacaq standartlarına uyğun olmayan yanacağın satılmasına görə müvafiq qanunvericiliyə əsasən həmin şəxslər və yaxud şirkətlər məsuliyyətə cəlb edilməlidir. Çünki bu, artıq xroniki hal alıb və biz görürük ki, mütəmadi olaraq sürücülər benzinin keyfiyyəti ilə bağlı narazılıqlarını bildirirlər, sübut olaraq hətta onların video çəkilişləri olur. Daha sonra bu sahədə çalışan ustaların da fikirlərini, rəylərini alırıq və görürük ki, həqiqətən də bəzi yanacaq doldurma məntəqələrində standartlara uyğun olmayan yanacaq satılır. İndi burada o qatqılar bilərəkdən edilir, yoxsa yağış suları oraya qarışır və sairə - bunların araşdırılmasına ehtiyac var.

Biz isə sürücülərə məsləhət görürük ki, əgər yanacağın keyfiyyəti ilə bağlı tərəddüd edirlərsə, bu zaman onların tam hüququ var. Bu hüququ onlara Azərbaycan Respublikasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun verir. Sürücülər yanacağı doldurmazdan öncə onun keyfiyyətini yoxlamaq üçün hər hansı bir qaba tökülməsini və keyfiyyətinin yoxlanmasını xahiş edə bilərlər. Yəni gözəyarı baxaraq və təxminən müəyyən edərək yanacağın səviyyəsini, həmçinin qoxusuna əsasən keyfiyyətini müəyyən etmək mümkündür. Bunu xahiş edə bilərlər, istənilən plastik qaba yanacağı tökərək yoxlayıb ala bilərlər. Bu, onların tam hüququdur".

Oxunub: 91
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

6-11-2024, 09:50

Əvvəl yanacaq əvəzinə su vururdular, indi isə... - "Axırıncı dəfə olar burda benzin vurmağım..." [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

18-09-2024, 18:45

“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-06-2024, 16:59

Taksi qiymətlərinin kəskin artmasına RƏSMİ REAKSİYA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-01-2024, 13:46

Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-12-2023, 13:36

“Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Dün, 13:27
“Sovetski”də meyit aşkarlandı
Dün, 13:24
Toyda zəhərlənənlərin sayı 30-a çatdı
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:32
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:29
Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
Son xəbərlər
  • Dün, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • Dün, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • Dün, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • Dün, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
  • Dün, 13:25
    "Mədəniyyətiniz olsun, buna pul xərcləmişəm"
  • Dün, 13:24
    Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
  • Dün, 13:24
    Toyda zəhərlənənlərin sayı 30-a çatdı
  • Dün, 13:23
    8 Noyabr prospektinə giriş bağlandı
  • Dün, 07:45
    Əsgərliyə çağırış sistemi dəyişdirilir
  • Dün, 07:44
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
  • 25-09-2026, 09:30
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-09-2026, 09:29
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:30
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə