• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın şəxsi sərvəti dollarla ölçülən ilk rəsmi milyarderi kimdir?! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-01-2025, 16:41

Azərbaycanın şəxsi sərvəti dollarla ölçülən ilk rəsmi milyarderi kimdir?!

Bu günlərdə redaksiyamıza məlumatlı mənbə tərəfindən çox maraqlı bir məlumat daxil olub. Bu məlumat bir daha sübüt edir ki, Azərbaycanda şəxsi sərvəti 1 milyard ABŞ dollarından artıq olan şəxs var. Onun kimliyi və buna necə nail olması sizə də aydın olacaq.

Onun özü və başına gətirilənlər barədə ölkənin bəzi mətbu orqanları da yazıblar – ortada məhkəmə çəkişmələri olsa da!

Naxçıvanın Sədərək qəsəbəsində anadan olan Nəsib Cabbar oğlu Həsənovu deyirik və bilirik ki, elə bu yazımızla biz də “başımıza bəla aça bilərik”. AzToday.az xəbər verir ki, təhsili ibtidai olan Nəsib Həsənov uzun müddət Türkiyədə yaşayıb, keçmişini ciddi-cəhdlə gizlədib. Ən maraqlısı odur ki, bu şəxs barəsində heç yerdə, heç bir məlumata rast gəlmək mümkün olmur. Bilinmir ki, Nəsib Həsənov Rusiyadakı, daha doğrusu, Perm şəhərindəki, eləcə də, İran və Cəlilabaddakı fəaliyyətini nədən gizlədir?!

AzToday.az-a daxil olan məlumata görə, onun həyat yoldaşının qardaşları Nəsib Həsənovun Permdəki “qanuni əməllərini” indi də davam etdirirlər. SOCAR-ın Hüquq İdarəsinin sabiq rəisi Eldar Orucovla bərabər, Nəsib Həsənovun həmyerlisi, “BETTA Security” firmasının sabiq rəhbəri Muxtar adlı şəxs onun Perm şəhərindəki “fəaliyyəti” ilə yaxından tanışdırlar. Bu barədə əlimizdə olan materialları yaxın günlərdə ayrıca məqalə şəklində dərc etməyi də planlaşdırırıq.

Bəs görəsən adi savad sahibi bir şəxs olan Nəsib Həsənov birdən-birə necə ölkəmizin öndə gedən milyarderi olub?! O, 2008-ci ilə qədər sıradan bir şəxs idi. Çətinliklə kiçik məbləğlər qazanıb, hətta məhbəs həyatı da yaşayıb. Lakin 2008-ci ildə Nəsib Həsənov Ramin İsyev adlı şəxslə “SOCAR-AQŞ” adlı şirkət yaratmağa başlayıblar.

Dünyada məşhur Harvard Universitetinin ən parlaq məzunlarından biri olan, beynəlxalq səviyyədə ən reytinqli və nəhəng neft şirkətlərində rəhbər vəzifələrdə çalışan Ramin İsayev “SOCAR-AQŞ” şirkətini 2008-ci ildən sıfırdan qurub. Bu barədə beynəlxalq audit şirkəti olan PWC-nin Moskva ofisinin verdiyi rəydə deyilir ki, Ramin İsayev öz istedadı və bacarığı sayəsində bu MMC-ni böyüdərək, 2020-ci ilin 25 fevral tarixində onun dəyərini 2,1 (iki tam onda bir) milyard ABŞ dollarına çatdırıb. “SOCAR-AQŞ”-nin təxminən 2 (iki) milyard dollarlıq şirkət olmasını “Baker Tilly İnternational” şirkəti də təsdiq edib. Bu iki nüfuzlu şirkətin rəsmi hesabatları da bizdə var və “SOCAR-AQŞ” şirkətinin maliyyə direktoru olmuş Ramil Məhərrəmovun bu barədə yazdıqlarını da sübut kimi təqdim edə bilərik.

Ramin İsayevin qurduğu və dəyəri təxminən 2 (iki) milyard ABŞ dolları olan “SOCAR-AQŞ” MMC-də Nəsib Həsənovun payı 86.62%-dir. Bu isə o deməkdir ki, Nəsib Həsənovun “SOCAR-AQŞ” MMC-dəki payının dəyəri 1.819.020.000 (bir milyard səkkiz yüz on doqquz milyon iyirmi min) ABŞ dolları təşkil edir!!! Beləliklə, Nəsib Həsənov Azərbaycanın sərvəti dollarla ölçülən ilk rəsmi milyarderidir!

Nəsib Həsənovu milyarder edən, doğrudan da Ramin İsayevdir. Bəs Ramin İsayev haradadır indi? Hazırda Ramin İsayev həbsxana həyatı yaşayır. Nəsib Həsənov və onun sevimlisi Yusif Həsən oğlu Cabbarov onu şərləyib, böhtan ataraq, rüşvət hesabına həbs etdiriblər ki, Ramin İsayevə çatmalı olan payı da özləri mənimsəsinlər. Ramin İsayevin həbsi üçün hüquq-mühafizə orqanlarına rüşvəti Cavid Hümbətov (“NEQSOL Holding” şirkətinin təhlükəsizlik xidmətinin rəhbəri, narkotik vasitələr istifadəçisi və qadın alveri üstündə həbsdə yatmış şəxs) çatdırıb.

Növbəti məqalədə biz Ramin İsayevin qurduğu və Nəsib Həsənova hədiyyə etdiyi digər bir milyard dollarlıq müəssisə — Turan Birgə Müəssisəsi və regionda analoqu olmayan “Baku Drilling School” MMC barədə danışacağıq.

İndilik isə onu qeyd edək ki, Ramin İsayevin qurub Nəsib Həsənova hədiyyə etdiyi şirkətləri, Nəsib Həsənovun sevimlisi Yusif Cabbarov talan edir, oğurlayır və xaricdə özünə yüz milyonlarla dollar dəyəri olan əmlaklar alır. Yusif Cabbarov Malta Qızıl Pasportu və vətəndaşlığı almaq üçün, hələ 2016-cı ildə 10 milyon manat xərcləyib! Əlimizdə olan məlumata əsasən, Yusif Cabbarovun 7 ölkədəki daşınmaz əmlaklarının dəyəri 200 (iki yüz) milyon ABŞ dollarıdır. Yusif Cabbarovun bank hesablarında olan pulları və xaricdəki şirkətləri də nəzərə alınsa, Yusif Cabbarovun da sərvətinin 1 milyard ABŞ dollarından çox olduğu aydın olur.

“NEQSOL Holding” və “Nobel Energy” rəhbərləri Nəsib Həsənov və Yusif Cabbarovun milyardlarla dollara sahib olmalarının nə dərəcədə qanuni olmasını araşdırmaq isə, Azərbaycanın hüquq-mühafizə və vergi orqanlarının vəzifəsidir.

Əlimizdə olan və “Nobel Energy” şirkətinin Baş meneceri Vüqar Səmədlinin səs yazısına əsasən, Yusif Cabbarovda Nəsib Həsənov barədə rüsvayedici, kompromat xarakterli videolar var. Yusif Cabbarov bunlarla Nəsib Həsənovu daim şantaj edir və qorxudur.(AzToday.az)

Bu barədə yazı verməyə və qarşı tərəfin mövqeyini dərc etməyə də hazırıq.

Oxunub: 42
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-12-2024, 11:31

Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... -Kərəm Həsənov müdaxilə edirsə... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

26-04-2024, 09:38

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

25-04-2024, 12:10

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

15-01-2024, 11:28

Ən varlıların sərvəti kəskin artıb, 5 milyard insan yoxsullaşıb - İlk trilyoner.. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-07-2023, 10:25

Zakir Həsənov Türkiyədə səfərdədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
75 yaşlı kişini Yevlaxdan Bakıya gətirərək diləndirirmiş - Foto
Sabirabadda məktəb direktoru işdən çıxarıldı
Azərbaycan və İƏİT iqlim hədəflərini təhsil sahəsində real fəaliyyətə çevirir - Fotolar
Bakıdakı söküntü işləri artıq bu küçələrə keçir
17° isti olacaq
İlqar Əliyev - Tibb və İdarəçilikdə Kamilliyin Rəmzi
Hadisə
Dün, 11:41
Rusiyada azərbaycanlı iş adamının əmlakı müsadirə edildi
25-11-2025, 16:41
Tofiq İsmayılovun oğluna 8 il iş verildi
24-11-2025, 12:38
“Xarı Bülbül”də meyit tapıldı
24-11-2025, 12:30
Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş - Foto
22-11-2025, 20:30
Yanğında ölənlərdən biri də dəfn edildi
22-11-2025, 13:20
Cavidan dəfn olundu - Fotolar
Son xəbərlər
  • Dün, 17:38
    Əli Əsədov Oleq Belozyorov ilə görüşüb
  • Dün, 17:37
    Baş nazir Əli Əsədov sənaye məhəllələri ilə bağlı yeni qərar imzalayıb
  • Dün, 17:34
    75 yaşlı kişini Yevlaxdan Bakıya gətirərək diləndirirmiş - Foto
  • Dün, 17:29
    "Mənə heç yerdə heykəl qoyulmasın” - Qurban Qurbanov
  • Dün, 17:27
    Sabirabadda məktəb direktoru işdən çıxarıldı
  • Dün, 17:26
    Azərbaycan və İƏİT iqlim hədəflərini təhsil sahəsində real fəaliyyətə çevirir - Fotolar
  • Dün, 14:55
    Bakıdakı söküntü işləri artıq bu küçələrə keçir
  • Dün, 14:53
    17° isti olacaq
  • Dün, 12:33
    İlqar Əliyev - Tibb və İdarəçilikdə Kamilliyin Rəmzi
  • Dün, 11:41
    Rusiyada azərbaycanlı iş adamının əmlakı müsadirə edildi
  • Dün, 11:01
    Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
  • Dün, 10:59
    Bakı və İslamabad müdafiə sənayesi və energetika sahəsində əməkdaşlığı aktivləşdirəcək
  • Dün, 10:58
    Bu ərazilərdə 1 saat işıq olmayacaq
  • Dün, 10:56
    Ukrayna ilə bağlı planın maddələrinin sayı azaldıldı
  • Dün, 10:54
    "Azeri Light”ın bugünkü qiyməti açıqlandı
  • Dün, 10:53
    Bakıda SSRİ bayrağı qaldıranlar həbs edildi - Foto
  • 25-11-2025, 18:13
    Azərbaycan yeddi ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini ləğv edir
  • 25-11-2025, 18:10
    Azərbaycanla Moldova arasında məxfi məlumat mübadiləsinə dair saziş təsdiq edildi
  • 25-11-2025, 16:41
    Tofiq İsmayılovun oğluna 8 il iş verildi
  • 25-11-2025, 16:39
    Toyları Madeyra adasında olacaq
  • 25-11-2025, 16:38
    "Holberton School Azerbaijan”ın yeni təlim proqramları başladı - Fotolar
  • 25-11-2025, 16:33
    Prezident Fərman imzaladı
  • 25-11-2025, 16:31
    Kamran Əliyev Rumıniyadadır - Fotolar
  • 25-11-2025, 16:19
    İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi oldu
  • 25-11-2025, 11:34
    “ChatGPT”də ciddi dəyişikliklər edildi chatgptde-ciddi-deyisiklikler-edildi
  • 25-11-2025, 11:32
    ABŞ Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb
  • 24-11-2025, 19:47
    Ceyhun Bayramov İtaliyaya getdi
  • 24-11-2025, 19:45
    Ailəsi Bryus Uillislə bağlı bu qərarı verdi
  • 24-11-2025, 16:22
    Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində qarşılıqlı səfərləri təşkil ediləcək
  • 24-11-2025, 16:19
    Mədəniyyət Nazirliyində ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilir
  • 24-11-2025, 14:58
    TDT ölkələri QHT-lərinin Həmrəylik Günü qeyd oluna bilər: Tarix bəllidir
  • 24-11-2025, 14:52
    Azərbaycan XİN-dən COP31-lə bağlı təbrik
  • 24-11-2025, 14:51
    Naxçıvanda sahibkara cinayət işi açıldı - 3 nəfərin ölümünə görə
  • 24-11-2025, 14:47
    Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi - Rəsm
  • 24-11-2025, 14:44
    "Napoli” səfərində “Qarabağ”ı mindən çox azarkeş dəstəkləyəcək
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə