• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan qadınını kim bu günə salıb? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-01-2025, 09:11

Azərbaycan qadınını kim bu günə salıb?


Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir.

Reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü, ya da çarəsiz formada bu trendə qoşulurlar. Nəticədə isə həmin paylaşımlara çoxlu şərhlər yazılır, baxış sayı artır, sahibkarlar məqsədinə çatır, təhqir edilən isə qadınlar olur...
Həmin reklamlar əsasən kiçik ticarət obyektlərinin məhsullarının satışı məqsədilə həyata keçirilsə də, nədənsə bir qayda olaraq kortəbii estetik əməliyyatlar etdirmiş, vulqar geyimli qadınların təqdimatı ilə aparılır. Paytaxtla yanaşı bir çox rayonumuzun da bu tendesiyaya qoşulması artıq adi hal alıb. Həddindən artıq böyüdülmüş ombalar, şişirdilmiş dodaqlar, qeyri-təbii üz ifadələrini üzərində daşıyan həmin qadınlara demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Bəzi işbazlar bu həvəsdən ilhamlanaraq sadaladığımız “keyfiyyətləri” özündə daşıyan qadınların maskotlarını da hazırlayıb onları el məclislərinə, uşaq ad günlərinə göndərirlər.
Azərbaycan qadınını kim bu günə salıb?

Müşahidələr göstərir ki, bir çox ticarətçilər satıcı və kassirləri xanımlar arasından seçməyə üstünlük verir. Sonradan həmin obyektləri, məhsullarını reklam edən qadınların bədən dili və danışıq tərzi, eləcə də etdirdikləri estetik əməliyyatların keyfiyyəti insanlarda narahatlıq və ikrah doğurur.
Bəzi hallarda insan alverinin predmeti ola biləcək bu kimi hallarla necə mübarizə aparılmalıdır? Cəmiyyət və dövlət qurumlarının üzərinə hansı vəzifələr düşür?
Görünən odur ki, proses nəzarətsizliyin və qeyri-ciddiliyin nəticəsində baş verir. Çoxumuzun bu kimi insanlara xoş münasibəti olmasa da, həmin səhifələrdə baxış sayının kəskin artmasına gətirib çıxaran da bizik. Sözügedən şəxslərin üzərində eqolarını, natamamlıq komplekslərini sağaltmağa çalışanlar da var...
Bu yolla onminlərlə izləyicisinin olduğunu görən həmin obyektlər və “reklam simaları” daha da həvəslənir və irəli gedir. Beləliklə yersiz cəsarət artır, vulqarlıq ürəkbulanma səviyyəsinə yüksəlir.
Azərbaycan qadınını kim bu günə salıb?

Apardığımız kiçik araşdırma da dövlət qurumlarının sosial şəbəkələrdəki, xüsusilə TikTok-dakı bu reklamların tənzimlənmədiyini, qadınların imicini zədələyən bu hallara qarşı heç bir sosial-ictimai tədbirlərin görülmədiyini göstərir. Aradabir ciddi sosial şəbəkə səhifələrində, xüsusilə feysbukda səsləndirilən tənqidi fikirlər isə dəstək toplaya bilmir və ya təsir gücünə malik olmur.
Bildiyimiz kimi, Azərbaycan Dövlət Reklam Agentliyi sosial şəbəkələrdəki reklamlara qarışmır. Qanunvericilik buna imkan vermir. Agentlikdən də bildirildi ki, onlar yalnız açıq məkandakı reklamlara nəzarət edirlər. Sosial şəbəkələrdəki reklamlara nəzarət səlahiyyətinin olmadığını deyən ADRA rəsmisi internet resursları üzərində yayımlanan reklamlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nəzarət etdiyini dedi.
RİNN-dən isə sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ onların deyil, nazirliyin tabeliyindəki Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin səlahiyyətinə aiddir.
Maraqlıdır ki, RİNN-in tabeliyindəki Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də TikTok məsələlərinə qarışmadığını bildirdi. Qurumdan sorğumuza cavab olaraq deyildi ki, TikTok sosial şəbəkəsində milli mənəviyyatımıza zidd olan, bəzi hallarda qanunvericiliyin tələblərini pozan və heç bir vergiyə cəlb edilməyən reklam süjetlərinə nəzarət onların da fəaliyyət istiqamətləri xaricindədir.
Azərbaycan qadınını kim bu günə salıb?

Məlum olur ki, əslində xeyli faydalı məzmun təklif edən TikTok-un Azərbaycan seqmentində özbaşınalığa münbit şərait yaranıb. Bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyinin bu sosial şəbəkə vasitəsilə əxlaqsızlığı təbliğ edən tiktokerlərə qarşı həyata keçirdiyi əməliyyatlar sırf cinayət tərkibli əməllərlə bağlıdır. Polis harada olmasından asılı olmayaraq, cinayət və inzibati xəta tərkibli bütün əməllərə müdaxilə edir və lazımi tədbirlər görür.
Bəs Azərbaycan qadınını vulqar görkəmdə nümayiş etdirən, mənəviyyatdan kənar reklam çarxlarına qarşı kim mübarizə aparmalıdır? Bunlara da polis reaksiya verməlidir?
Əlbəttə, bu məsələdə cəmiyyətin bütün kəsimlərinin üzərinə məsuliyyət düşür. Ziyalısından tutmuş adi vətəndaşadək hər kəs xanımlarımızı bu iyrənc girdaba salan reklamları qınamalıdır. Amma o da bilinir ki, məhz belə yüngül videolar Azərbaycanda da bütün dünyada olduğu kimi çox izlənir. Son vaxtlar artan keyfiyyətsiz estetik əməliyyatlar da, qeyri-təbii formada yaradılmış gözəllik meyarları da haradasa bunun məhsuludur. Nəticədə qadınlar öz təbii ifadəsini və imicini itirməklə daha çox itirir.(“Qafqazinfo”)
Azərbaycan qadınını kim bu günə salıb?

Oxunub: 42
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

8-03-2024, 10:28

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

20-12-2023, 10:50

Daxili orqanlarını satışa çıxaranlar var – Onları hansı cəza gözləyir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

6-12-2023, 09:55

“TikTok”a nəzarət başlayır? - yüz minlərlə dollar, sui istifadə halları... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

31-10-2023, 13:21

"Tiktok" bərpa olundu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

6-06-2023, 09:13

Ukrayna ordusundakı qadınların sayı açıqlandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” – Video
Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...
“Patron” tumları almayın! – Zəhərlənə bilərsiniz
“Qarant İnşaat” layihədən kənar tikinti işləri aparır? - Nəsimi rayonunda dərəbəylik - Videofakt
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
Hadisə
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
3-02-2026, 09:42
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Bugün, 18:46
    “Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” – Video
  • Bugün, 18:21
    Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...
  • Bugün, 17:59
    “Patron” tumları almayın! – Zəhərlənə bilərsiniz
  • Bugün, 17:37
    “Qarant İnşaat” layihədən kənar tikinti işləri aparır? - Nəsimi rayonunda dərəbəylik - Videofakt
  • Bugün, 16:54
    Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI
  • Bugün, 16:38
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib
  • Bugün, 16:29
    Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
  • Bugün, 16:15
    Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
  • Bugün, 15:55
    İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
  • Dün, 18:32
    Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
  • Dün, 18:07
    Rektor Yusif Yusibova qarşı ağır ittihamlar - İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
  • Dün, 17:42
    AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
  • Dün, 17:13
    Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
  • Dün, 16:54
    “Sizin liderliyiniz Cənubi Qafqaz regionunda sülhə mühüm töhfələr vermişdir”
  • Dün, 16:26
    "İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
  • Dün, 15:58
    İcra başçısının müavini işdən çıxdı - ƏMR
  • Dün, 15:19
    Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…
  • Dün, 14:16
    Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
  • Dün, 13:56
    Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
  • Dün, 13:20
    İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir
  • Dün, 13:02
    Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
  • Dün, 12:18
    MASALLIDA MƏMURLAR SAHİBKARA MANE OLURLAR
  • Dün, 11:23
    Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var
  • Dün, 10:48
    Mustafa Tayat ölkədən bu qədər valyuta çıxarıb
  • Dün, 10:11
    İXTİSAS YOX, İDDİA VAR: EKOLOGİYA NAZİRLİYİNDƏ MÜMKÜN QANUN POZUNTUSU
  • Dün, 09:54
    “İdrak” liseyi bağlanır?
  • Dün, 09:14
    Saleh Məmmədovun "tender kralı" olan ATF MMC-si bitdi
  • 10-02-2026, 18:40
    İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • 10-02-2026, 18:24
    ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • 10-02-2026, 18:12
    Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT
  • 10-02-2026, 17:42
    “Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
  • 10-02-2026, 17:17
    “Universal hospital” insanları belə zəhərləyir…-Videofakt
  • 10-02-2026, 16:22
    Bakıda AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala salıb
  • 10-02-2026, 16:03
    Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • 10-02-2026, 15:52
    İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə