• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AAYDA işçilərinə niyə maaş ödəmir? - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-01-2025, 18:45

AAYDA işçilərinə niyə maaş ödəmir? - TƏFƏRRÜAT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ölkə üzrə fəaliyyət göstərən idarələrinin işçiləri əməkhaqqı ala bilmirlər.

Agentlik işçilərinə dekabr ayının əməkhaqqını ödəməyib, bu isə Yeni il ərəfəsində işçilərin ciddi maddi problemlərlə üzləşməsinə səbəb olub. Artıq yanvar ayı da başa çatmaq üzrədir, lakin maaşlar hələ də ödənilməyib. Bu hal işçilər arasında kütləvi narazılıqlara yol açıb.

Musavat.com-un əldə etdiyi məlumatlara əsasən, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanların bir qismi maaşlarını alsalar da, rayonlarda fəaliyyət göstərən işçilər hələ də əməkhaqqı gözləyir.

Bu gecikmələr işçilərin maliyyə vəziyyətini ağırlaşdırıb. Bir çox işçi kredit borclarını ödəyə bilmədiyi üçün əlavə faizlər və cərimələrlə yüklənib. Əməkhaqqının vaxtında ödənilməməsi onların ailəvi vəziyyətinə də mənfi təsir göstərib. Fevralın 4-də həm dekabr, həm də yanvar ayının maaşı ödənilməli olsa da, işçilər bu müddətin də keçəcəyi və maaşların yenə gecikəcəyi ilə bağlı narahatdırlar.

İşçilərin narazılığı artır

Mənbələrin bildirdiyinə görə, idarə rəhbərləri maaşların nə zaman ödəniləcəyi ilə bağlı heç bir konkret məlumat vermirlər. Əməkhaqqının gecikməsinin səbəbi və ödəniləcəyi vaxtla bağlı işçilərə hər hansı açıqlama verilməməsi onların narahatlığını daha da artırır.

"Yeni il qabağı maaşsız qalmaq bayram planlarımızı alt-üst etdi. Gündəlik ehtiyaclarımızı qarşılamaq üçün borclanmağa məcbur olduq və bu proses hələ də davam edir", - deyə işçilərdən biri redaksiyamıza bildirib.

İşçilərin maliyyə vəziyyəti daha da ağırlaşıb

Bir neçə işçi artıq iki aylıq maaşlarının ödənilməməsi səbəbindən ailələrini dolandırmaqda çətinlik çəkdiklərini, gündəlik ehtiyaclarını təmin edə bilmədiklərini vurğulayıb. Xüsusilə kredit borcu olanlar əlavə faizlər səbəbindən daha da çətin vəziyyətə düşüblər.

AAYDA-nın bir əməkdaşı adının açıqlanmaması şərti ilə redaksiyamıza bunları deyib:

"Biz hər ayın maaşını növbəti ayın 4-ü alırdıq. Amma artıq yanvar bitir, hələ dekabrın maaşını ala bilmirik. Soruşuruq, deyirlər ki, "büdcə ayrılmayıb". Nə məsələdir, bilmirik. Yeganə bildiyimiz odur ki, işləyirik, amma maaş verilmir. Maaşımız onsuz da çox deyil, ancaq ailəmizin ehtiyaclarını və kredit borclarını ödəməyə çatır. Maaş gecikdiyi üçün banklar hər gün zəng edir, borclarımıza faiz gəlir. Borc alıb evimizə çörək alırıq. Belə nə vaxta qədər davam edəcək? Fevralın 4-də maaşlarımızı almasaq, vəziyyət daha da pisləşəcək".

AAYDA isə deyir ki...

AAYDA rəhbərliyindən bu problemə dair işçilərə heç bir aydın və rəsmi açıqlama verilməməsi işçilərin narazılığını daha da artırır. Problemə təcili həll yolu tapılmaması isə daha böyük gərginliyə yol aça bilər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Musavat.com-a bildirib ki, maaşlar ödənilib:

"Agentlik tərəfindən maaşlar vaxtında ödənilib. Ola bilər ki, hansısa idarə gecikdirib, amma maaşlar biz tərəfdən vaxtında ödənilib".

Maraqlıdır, birdən çox rayonda maaşlarını ala bilməyən əməkdaşlar var. Amma agentik deyir ki, "biz ödəmişik". Onlar ödəyib, maaşları almalı olanlar almayıb.

O zaman ortaya sual çıxır - bu pullar haradadır?

musavat.com

Oxunub: 83
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

28-01-2025, 12:08

“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - "Guya SOCAR-dakılar bilmir ki..." [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-01-2025, 15:16

Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-01-2025, 12:39

TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-09-2024, 15:36

BU NƏDİL BELƏ: Neftçilərin maaşları verilmir... - İşçilər ödənişsiz məzuniyyətə göndərilir... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-06-2024, 13:13

Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı keçib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Bugün, 12:00
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
Bugün, 10:30
Sumqayıtda piyadanı maşın vurub öldürdü
Bugün, 09:00
Nemət Pənahov vəfat etdi
Bugün, 08:31
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
3-10-2026, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
Son xəbərlər
  • Bugün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Bugün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Bugün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Bugün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Bugün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Bugün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Bugün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Bugün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Bugün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Bugün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Bugün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bugün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Bugün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Bugün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • 3-10-2026, 14:04
    Sabah da yağış yağacaq
  • 3-10-2026, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • 3-10-2026, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə