• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Əcnəbi söz çox vaxt yad parça kimi gözümüzə girir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-11-2025, 12:40

“Əcnəbi söz çox vaxt yad parça kimi gözümüzə girir”

Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfrans çərçivəsində birinci panel sessiya “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusuna həsr edilib.

“Gundelikxeber.org” xəbər verir ki, panelin moderatoru “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov olub.

Sessiyada Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxış ediblər.

Müzakirələrdə televiziya və radio məkanında nitq mədəniyyəti, ədəbi dilin düzgün tətbiqi, media nümayəndələrinin peşəkar məsuliyyəti və efir etikasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Çıxışçılar diqqətə çatdırıblar ki, audiovizual mediada dil keyfiyyəti təkcə peşəkarlığın göstəricisi deyil, həm də cəmiyyətin mədəni səviyyəsini və intellektual potensialını formalaşdıran əsas amillərdəndir. Qeyd olunub ki, efirdə ədəbi dil normalarına riayət olunması və düzgün tələffüz Azərbaycan dilinin saflığının qorunmasına, eyni zamanda gənc nəsildə sağlam ünsiyyət mədəniyyətinin formalaşmasına təsir göstərir.
Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova çıxışında bildirib ki, televiziya dilinin düzgün işlədilməsi həm peşəkar məsuliyyət, həm də milli borcdur:

“Mən 55 ildir televiziya sahəsində fəaliyyət göstərmişəm. Bu illər ərzində gənclərlə apardığım işlərdə ən çox toxunduğum mövzu ana dilimizin düzgün istifadə edilməsi olub. Çünki ana dilimiz bizim kimliyimiz, düşüncə tərzimiz, ruhumuzun ifadəsidir. Onu qorumaq, saflığını saxlamaq isə hər birimizin borcudur”.

O, televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini vurğulayaraq diqqətə çatdırıb: “Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir. Halbuki efir dili cəmiyyətə nümunə olmalıdır, çünki milyonlarla tamaşaçı onu eşidir, ondan öyrənir. Doğrudan da, əgər bir sözün bizdə qarşılığı varsa, xarici sözlər işlədilməməlidir”.
işlədilməməlidir”

G.Əkbərova sonda gənc diktorlar, aparıcı və jurnalistlərə vurğu lüğətlərindən daha çox istifadə etməyi tövsiyə edib: “Çünki düzgün vurğu, aydın tələffüz və ədəbi dilə sadiqlik efir mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dilimiz bizim milli sərvətimizdir. Onu qorumaqla biz öz kökümüzü, tariximizi və gələcəyimizi qoruyuruq”.

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova isə çıxışında bildirib ki, nitq mədəniyyəti hazırda orta təhsil bazasında kifayət qədər yer almır:

“Biz indi internet dilində danışan bir nəsil ilə üz-üzəyik. Sosial media dili ilə efir dili arasında sərhədlər çox böyükdür. Bizim efirdə Azərbaycan dilində danışanda onu köhnə dəb adlandırırlar”.

O qeyd edib ki, ilkin təhsil həm də düzgün danışmağı öyrətməlidir:

“Mən “həsəd” və “həsrət” sözünü bir-birindən fərqləndirə bilməyən gənclər görmüşəm və təəccüblənmişəm ki, bunu necə bilməyə bilər. Azərbaycan yeganə ölkədir ki, biz ana dilimizin içərisinə yad sözlər qatanda düşünürük ki, daha savadlı görünürük”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxışı zamanı bildirib ki, hazırda 50 milyona yaxın insan Azərbaycan dilini bilir, lakin dilin normalarını yaxşı bilənlərin sayı 10 milyon civarındadır:

“Azərbaycan dilinin normalarını qorumalıyıq. Dilimizin bütün üslubları işləkdir. Lakin bədii ədəbiyyata, elmi üsluba yeni sözlər gəlmir, rəsmi üsluba yeni terminlər daxil olmur. Cəmiyyətdə nə baş verirsə, publisistik üslub pozulanda baş verir”.

Nadir Məmmədlinin sözlərinə görə, insanlar ad seçərkən çox zaman mənasına diqqət etmirlər: “Hazırda biz orfoqrafiya lüğətini hazırlayırıq. 82 min sözdən danışırıq. Amma indiyədək Azərbaycan dilinin korpusu yaradılmayıb. Niyə? Çuvaş kimi kiçik xalqın belə dil korpusu var. Dilə müxtəlif yollarla söz gəlir. Əşya dilə söz gətirir. Əcnəbi sözləri dilimizə gətirməzdən əvvəl əvvəlki lüğətlərimizə baxmalıyıq. Alınma söz ehtiyacdan dilə gəlir, amma əcnəbi söz çox vaxt yad parça kimi gözümüzə girir”.

Oxunub: 32
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-05-2025, 15:27

"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

15-01-2025, 09:45

Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

2-12-2023, 15:09

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Ulu Öndərin müdrik siyasəti uğurlu inkişafa aparan yol” mövzusunda Salyan RİH-də konfrans keçirilmişdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

22-06-2023, 14:33

Masallıda şəhidlərin xatirəsinə həsr edilən cüdo turniri keçirildi - FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

25-05-2023, 10:07

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Xəzər dənizində zəlzələ olub
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Hadisə
Dün, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
Dün, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Son xəbərlər
  • Dün, 16:35
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • Dün, 15:57
    Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
  • Dün, 15:14
    Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
  • Dün, 14:21
    Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
  • Dün, 13:38
    Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
  • Dün, 12:57
    M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
  • Dün, 12:12
    Bakıda oğurluq edən şəxslər saxlanılıblar
  • Dün, 11:58
    İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
  • Dün, 11:01
    DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
  • Dün, 10:19
    Xəzər dənizində zəlzələ olub
  • Dün, 09:52
    Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
  • 21-08-2026, 18:26
    CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
  • 21-08-2026, 17:49
    Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
  • 21-08-2026, 17:14
    "Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
  • 21-08-2026, 14:32
    İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
  • 21-08-2026, 14:20
    İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
  • 21-08-2026, 13:40
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • 21-08-2026, 12:38
    Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
  • 21-08-2026, 11:42
    Kəlbəcərə dolu düşüb
  • 21-08-2026, 11:00
    Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
  • 21-08-2026, 10:18
    Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
  • 21-08-2026, 09:35
    BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
  • 20-08-2026, 18:00
    Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
  • 20-08-2026, 17:27
    TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
  • 20-08-2026, 17:15
    Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
  • 20-08-2026, 17:03
    Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
  • 20-08-2026, 16:19
    Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
  • 20-08-2026, 15:38
    Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
  • 20-08-2026, 14:53
    Rusiya başladığı müharibəni uduzur
  • 20-08-2026, 13:46
    Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
  • 20-08-2026, 12:50
    Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
  • 20-08-2026, 12:30
    ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
  • 20-08-2026, 10:42
    İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
  • 20-08-2026, 10:10
    DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
  • 20-08-2026, 09:44
    Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə