• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Humanitar yük” şousundan sonrakı “dinc yürüş” oyunu: - “Bakının səbiri sərhədsiz deyil” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-08-2023, 14:22

“Humanitar yük” şousundan sonrakı “dinc yürüş” oyunu: - “Bakının səbiri sərhədsiz deyil”


Ermənistan sərhəddə və Qarabağda vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir. “Humanitar yük” şousundan sonra İrəvan separatçıların Laçın postuna doğru yürüşünü təşkil etmək niyyətindədir. Məlumatlara görə, artıq Xankəndidə yürüşə hazırlıq gedir və erməniləri Laçın postuna avtobuslar gətirəcəklər. Bununla erməni əhalisinin Ağdam-Xankəndi marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaq niyyəti güdürlər. Digər tərəfdən, "dinc yürüş" adı ilə təxribatlara əl atmaq və bunu Azərbaycanın üzərinə yıxaraq beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa yönəltmək məqsədi güdürlər.

Baş verən prosesləri AYNA-ya şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ağdam-Xankəndi yolunun gündəmə daxil olması Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktı üzə çıxandan sonra aktuallaşdı:

- Liderlərin Brüsseldə keçirilən görüşündən sonra ilk dəfə bu yolun istifadəsi Şarl Mişel tərəfindən gündəmə gətirildi. Bəzilərinə, xüsusən də Ermənistana və Qarabağdakı separatçılara bu yolun istifadəsi, bu təklifin icrası mümkünsüz kimi görünürdü. Amma Azərbaycan sübut etdi ki, ərazimizə icazəsiz şəkildə qanunsuz yüklərin, qaçaqmalın, silahların daşınmasına imkan verməyəcək. Bakı planlı siyasət həyata keçirərək məqsədlərinə nail olur. Hər dəfədə Ermənistan və separatçılar hay-küy qoparıb, amma Azərbaycan istədiyini plana uyğun addımlarını davam etdirir. Ağdam-Xankəndi yolu ilə bağlı da Azərbaycan dediyini həyata keçirəcək.

SSRİ zamanında Xankəndidə yaşayan ermənilər bazarlıqlarını Ağdam bazarından edirdilər, mallarını Ağdama gətirib satırdılar. O zaman heç İrəvana getmirdilər. İndi nə oldu ki, Ağdam-Xankəndi yolu bunlara dəhşətli gəlir?!

Ümumiyyətlə, separatçıların “acından ölürük” iddiası gülüncdür. Əgər bir insan həqiqətən də 8 aydır ki, mühasirə şəraitindədirsə, “yeməyə heç nə tapmırsa”, onun üçün ərzaqın Laçın yolu ilə, yaxud Xankəndi-Ağdam yolu ilə aparılmasının nə fərqi var?!

- Demək ki, bu aksiya yox, şoudur...

- Təbii ki, şoudur. Bu, Azərbaycan dövlətinə qarşı təxribatın yeni formasıdır. Bununla hesab edirlər ki, Bakıya təzyiq göstərəcəklər, yaxud beynəlxalq təzyiqin göstərilməsinə nail olacaqlar.

- Sizcə, nail olacaqlarmı?

- Əlbəttə, nail ola bilməyəcəklər. Bəzi dairələrdən Azərbaycana qarşı bəyanatlar səsləndirildi, indi də səsləndirilir. Amma bunun qarşısında Azərbaycan nəinki geri addım atır, əksinə, öz ardıcıl siyasətini həyata keçirir. Bu siyasət davam edəcək. Ermənistan və separatçılar yox, Azərbaycan niyyətinə çatacaq.

Artıq Ağdam-Xankəndi yoluna polisi postu da quraşdırılıb, işıqlandırılması həyata keçirilib. Bu post vətəndaşların təhlükəsizliyi, o cümlədən həmin yoldan istifadə edəcək erməni icmasının təhlükəsizliyinəı xidmət göstərəcək. Yaxşı olardı ki, Qarabağdakı sadə ermənilər xunta rejiminə yerini gsötərsinlər. Dinc yaşamaq istəyənlər Azərbaycan dövlətinin şərtlərini qəbul etməlidirlər. Erməni icması xunta rejimini təmizləməsə, o zaman işə Azərbaycan Ordusu qarışacaq. Bunun başqa yolu yoxdur. Bakının səbiri sərhədsiz deyil. Ermənilərin reinteqrasiyası həyata keçirilməli, məsələ həllini tapmalıdır.

- Separatçıların yürüşündə, aksiya ssenarisində hərbi insident də varmı?

- İstənilən halda Azərbaycan ərazisində icazəsiz yürüşə, aksiyaya icazə verməyibsə, onun qarşısını almaq hüququna malikdir. İkincisi, Azərbaycan vətəndaşlığını istəməyən ermənilər üçün Laçın postunu aça bilərik, birdəfəlik getmələri şərti ilə. Kim istəmir, gedə bilər, zorla Qarabağda saxlamırıq ki...Ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, bizim qanunlara uyğun yaşayacaqlar, ya da ki, kim müharibə cinayəti törətməyibsə, çıxıb gedə bilər. Məsələ bu qədər sadədir.

- Azərbaycan təxribatın qarşısını necə almalıdır?

- Bunun tək yolu var, onlar legitim hədəfdir. Azərbaycan separatçı silahlıları zərərsizləşdirməkdə tərəddüt etməməlidir. Buna nə Ermənistan, nə də beynəlxalq aləm hüquqi baxımdan səs çıxara bilməz. Ermənistan dəfələrlə “Qarabağda Ermənistan hərbçisi yoxdur” bəyanatı verib. Ona görə də həmin silahlıları ya həbs edib Azərbaycana gətirməli, ya da məhv etməliyik ki, bir daha Azərbaycanın nə qədər ciddi olduğunu anlasınlar. Yenə deyirəm, bu məsələdə tərəddüt etməməliyik. Qanunsuz erməni silahlılarına hərbi yüklərin daşınmasının bütün vasitələrlə qarşısını almalıyıq, təxribatlara imkan verməməliyik.

Oxunub: 193
Paylaş:
Digər xəbərlər

Siyasət

10-08-2023, 09:00

Erməni terrorçular Laçın postuna “səlib yürüşü” planlaşdırır: İrəvanın təxribatı hərbi toqquşmalara səbəb olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

4-08-2023, 14:22

Xankəndidə hazırlanan 25 avtobusun SİRRİ: separatçılar bu yolla qaçacaq - Ermənistan KİV [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

3-08-2023, 09:32

Separatçılar Laçın postuna hücuma hazırlaşır: avtobuslarla gələcəklər - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-07-2023, 14:22

“Humanitar yardım” adı altında QƏRƏZ: - Ermənistan NİYƏ DİRƏŞİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-06-2023, 12:12

Xankəndidə “fəlakət ssenarisi” başladı - Bakı müdaxilə edə bilər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məhkəmə Fidan Abbasovanın narkoloji qeydiyyata alınmasına qərar verib – Qərar niyə icra olunmur?
Sakinlər fəryad edir: "Evimizi söküb, bizi zorla çıxartdılar…"
Neyromed klinikasında çek qalmaqalı: “Onsuz da bizdə ƏDV verilmir” – PASİYENT ŞOK İDDİA İRƏLİ SÜRDÜ
Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
Hadisə
Bugün, 14:18
Sabiq icra başçısı vəfat etdi
Bugün, 14:10
26 yaşlı oğlan iş yerində öldü
Bugün, 13:59
Gəlinə külli miqdarda qızıl taxan "Vanlı Qara Haydar" SAXLANILDI
Dün, 21:12
Sabah da yağış yağacaq
Dün, 21:08
Güclü külək Bakıda 15 ağacı sındırdı
4-09-2026, 20:47
Lənkəranda evdən qadın meyiti tapıldı
Son xəbərlər
  • Bugün, 14:18
    Sabiq icra başçısı vəfat etdi
  • Bugün, 14:10
    26 yaşlı oğlan iş yerində öldü
  • Bugün, 14:04
    Sabah hava necə olacaq?
  • Bugün, 13:59
    Gəlinə külli miqdarda qızıl taxan "Vanlı Qara Haydar" SAXLANILDI
  • Bugün, 13:58
    ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
  • Bugün, 11:36
    ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
  • Dün, 21:12
    Millimiz Moldovaya məğlub oldu
  • Dün, 21:12
    Sabah da yağış yağacaq
  • Dün, 21:10
    Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
  • Dün, 21:08
    Hollivud məşuqələri: evli kişilərlə görüşən 5 ulduz
  • Dün, 21:08
    Güclü külək Bakıda 15 ağacı sındırdı
  • Dün, 21:07
    Məscidə dua etməyə getmişdi, cərimələndi
  • Dün, 21:05
    “44” filminin premyera tarixi açıqlandı
  • Dün, 21:05
    Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlandı
  • Dün, 20:45
    BDU-da ən populyar ixtisas məlum oldu
  • Dün, 16:30
    Məhkəmə Fidan Abbasovanın narkoloji qeydiyyata alınmasına qərar verib – Qərar niyə icra olunmur?
  • Dün, 13:38
    Məhkəmə Fidan Abbasovanın narkoloji qeydiyyata alınmasına qərar verib – Qərar niyə icra olunmur?
  • 5-09-2026, 17:57
    Şəhidlərimizin qanı ilə azad edilən Şuşada bu nə hörmətsizlikdir?
  • 4-09-2026, 21:00
    Bakıda "20 sentyabr" metrostansiyası açılacaq
  • 4-09-2026, 20:47
    Acun Ilıcalı məhkəməyə verildi - “Survivor"ın iştirakçısından 100 milyonluq İDDİA
  • 4-09-2026, 20:47
    Lənkəranda evdən qadın meyiti tapıldı
  • 4-09-2026, 20:46
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • 4-09-2026, 20:44
    “İnanırıq ki, bu sınaqdan üzüağ çıxacaqsan”
  • 4-09-2026, 20:44
    Nadir illər sonra müəllimini tapdı - “Danlamağınız üçün darıxmışam”
  • 4-09-2026, 20:43
    “Heç bir süni intellekt onun səsini əvəz edə bilməz”
  • 4-09-2026, 20:42
    Sabahdan rayonlara yağış yağacaq-XƏBƏRDARLIQ
  • 4-09-2026, 16:08
    Nahidə Babaşlı toy tarixini açıqladı
  • 4-09-2026, 12:30
    Lənkəranda FACİƏ: nərdivandan yıxlıb öldü
  • 4-09-2026, 12:15
    Qol saatına görə qohumunu bıçaqlamışdı – AĞIR CƏZA TƏLƏBİ
  • 4-09-2026, 11:50
    Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü
  • 4-09-2026, 11:50
    İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
  • 4-09-2026, 11:47
    Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
  • 4-09-2026, 11:44
    Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb
  • 3-09-2026, 18:41
    Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • 3-09-2026, 18:40
    Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə