• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kreml Qarabağda qanlı səhnə hazırlığında - Separatçılar və Moskva İrəvana və Bakıya qarşı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-08-2023, 15:30

Kreml Qarabağda qanlı səhnə hazırlığında - Separatçılar və Moskva İrəvana və Bakıya qarşı


Xankəndidəki separatçı rejimin başçısı Arayik Arutyunyanın Ermənistanın Baş naziri Nikol Paşinyana münasibəti Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən həftə səsləndirdiyi bəyanatla üst-üstə düşür. Arutyunyan Baş naziri dolayısı ilə “Qarabağ ermənilərini” satmamağa, onların mövqeyinə hörmət etməyə çağırır. Zaxarova isə Paşinyana kinayə ilə bildirmişdi ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra onun danışmağa mənəvi haqqı yoxdur.

Həmişə olduğu kimi, qondarma rejimlə Kremlin mövqeyi səsləşir, İrəvanın Qarabağ probleminin həlli ilə bağlı mövqeyindən getdikcə daha çox fərqlənməyə başlayır.

Srağagün A.Arutyunyan vəd elədiyi tele-çıxışı etdi, gözləntilərin əksinə, o, yaranmış böhrandan çıxış yolları ilə bağlı Azərbaycanın təklif etdiyi kompromislərə əhəmiyyət vermədən “müqavimət”dən və “ləyaqətli şərtlər”dən dəm vurub:

“Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın hisslərini əks etdirən konsensusa malik olmalıyıq”.

Arutyunan daha sonra deyib ki, Ermənistan hakimiyyəti ilə problemin həllinə dair fikir ayrılıqları var. “Ən böyük fikir ayrılığı isə həmişə Qarabağ problemi ilə bağlıdır. Mən Ermənistan hakimiyyətini Artsaxın (qondarma qurumun – red.) öz müqəddəratını təyinetmə hüququna şübhə yarada biləcək addımlardan və bəyanatlardan çəkinməyə çağırmaq istəyirəm”, – o bildirib.

Baş separatçı başçısı iddia edib ki, 1988-ci ildə başlayan hərəkat heç bir şəxsin monopoliyasında deyil:

“Mən Ermənistan hakimiyyətini Qarabağ məsələsində çox diqqətli olmağa çağırmaq istəyirəm. Heç kim bizim öz müqəddəratını təyin etmək hüququmuzu şübhə altına ala və məhdudlaşdıra bilməz. Bu, səlahiyyətli orqanlar tərəfindən verilməyən müstəsna hüquqdur, beynəlxalq səviyyədə tanınır. Və bununla bağlı Artsax xalqı döyüşməyə hazır olduğunu bildirdi və erməni xalqı bu döyüşü dəstəkləyir”, – deyə Arutyunyan Paşinyana ünvanladığı bəyanatda qeyd edib.

Arutyunyan çıxışının sonunda dünya ermənilərindən maddi və mənəvi dəstək istəməyi unutmayıb. Deyib ki, bu gün Qarabağda onlar ancaq kənd təsərrüfatı ilə məşğuldurlar, başqa yerdən pul qazanmaq imkanları yoxdur.

Qərbin egidası altında sülh danışıqlarının sürətləndiyi hazırkı zamanda A.Arutyunyanın “güzəştsiz” mövqe nümayiş etdirməsi böhranı daha da dərinləşdirmək, Azərbaycana qarşı beynəlxalq təzyiqlər yaratmaq, Rusiyanın bölgədəki mövqelərini sabit saxlamaq cəhdlərindən xəbər verir.

Separatçıların rəhbəri açıq şəkildə etiraf edir ki, əsas problem Laçın yolunun bağlanması, İrəvandan göndərilən humanitar yüklərin yolda qalması deyil. Əsas məsələ separatçı rejimin Azərbaycan ərazisində, onun qanunlarına tabe olub yaşamaq istəməməsidir. Arutyunyan Qərbin təkid etdiyi Bakı ilə dialoq prosesinə qapıları bağlayır və bununla bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB işləri üzrə dördüncü departamentinin direktoru Denis Qonçarın bəyanatını yada salır.

Qonçar demişdi: “Tələsik hazırlanmış çiy sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”.

O, vaxtaşırı Qərb paytaxtlarından Bakı və İrəvanın “demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatlar səsləndiyinə diqqət çəkib. Qonçarın fikrincə, Rusiya imzalanma şərtlərinin tərəflərin özlərinin müəyyən etməsini istəyir. “Məsuliyyət daşıyan vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü, uzunmüddətli razılaşmaların əldə olunmasına kömək etməkdir. Onlar yerdə hökm sürən reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, – deyə Qonçar vurğulayıb.

Beləliklə, A.Arutyunyanın “müqavimət” ruhlu bəyanatının mənbəyini Rusiyanın xəbərdarlıq, bir qədər də hədə tonlu bəyanatında axtarmaq məntiqlidir. Rusiya rəsmisi bildirmişdi ki, Qərbin münaqişə tərəflərinə “sırıdığı” sülhü qəbul etməyəcəklər, bölgədə qan töküləcək, yeni faciələr baş verəcək.

Xankəndidəki separatçı rejim Kremlin bölgədəki əsas aləti olaraq qalır və Arayik Arutyunyan, onun dəstəsi bu rolu qeyd-şərtsiz oynamaqda davam edir. Etnik ermənilərin düşdüyü durum, günbəgün artan problemlər onları maraqlandırmır, əsas Moskvadan verilən direktivlərin vaxtında, qüsursuz şəkildə yerinə yetirilməsidir.

Qarşıdakı günlərdə Rusiyanın Ermənistandakı agentura şəbəkəsinin yenidən fəallaşacağı, Arutyunyana dəstək bəyanatlarının artacağı gözlənilir. Kreml bölgədəki şəbəkəsini hərəkətə gətirməklə, Azərbaycan və Ermənistan arasında payızda imzalanacağı ehtimal olunan sülh müqaviləsini əngəlləməyə çalışır. Ola bilsin, ictimai-siyasi səhnədə yaradılan səs-küyü Qarabağda, Azərbaycan-Ermənistan dövlət sərhədlərində tökülən yeni qanlarla rəngləyib, daha dramatik durum yaratsınlar.

Azərbaycan dövləti, diplomatiyası, ordusu Moskvanın bölgədəki yeni revanşına hazır olmalıdır. Qarşıda bizi Kremlin quruluş verdiyi qanlı səhnələr gözləyir…
Pressklub.az

Oxunub: 90
Paylaş:
Digər xəbərlər

Siyasət

17-07-2023, 09:22

Arayikin etirafı: "Heç bir nəticə yoxdur, vəziyyətimiz pisdir" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-07-2023, 10:11

Arutyunyan Bakı ilə dialoqa bir şərtlə hazır olduğunu bəyan etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-06-2023, 11:03

“Qarabağda qalmağın mənası yoxdur” – Arutyunyanın Xankəndi panikası [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

6-06-2023, 13:56

Manukyan hərbçiləri Paşinyana qarşı qiyama çağırıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

20-05-2023, 11:12

Arutyunyan Xankəndində referendum keçirəcək - Suda boğulanın saman çöpündən yapışması [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
Bugün, 14:30
18 milyonluq 2 tablonu muzeydən oğurladılar
Bugün, 13:30
Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
Bugün, 11:00
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
Bugün, 09:00
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
Son xəbərlər
  • Bugün, 14:30
    18 milyonluq 2 tablonu muzeydən oğurladılar
  • Bugün, 14:00
    Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə
  • Bugün, 13:30
    Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
  • Bugün, 13:00
    Yataraq 2 milyon qazanacaqlar
  • Bugün, 12:30
    “Axır ki, 34 il sonra görüşdük”
  • Bugün, 12:00
    “Necə olur xarici film gəlib burada 1 milyon qazanır, bizimki yox?“
  • Bugün, 11:30
    “Yeraltı”nın yayım tarixi bəlli oldu
  • Bugün, 11:00
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • Bugün, 10:30
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bugün, 10:00
    Azərbaycan ədəbiyyatına AĞIR İTKİ
  • Bugün, 09:00
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
  • Bugün, 08:48
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə