• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-09-2023, 10:00

Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir


Afrika ölkələrinin əsrlərlə talan etdiyi təbii sərvətlərinə nəzarəti itirən rəsmi Paris Fransanın beynəlxalq mövqelərini xilas etmək üçün Cənubi Qafqaza yerləşməyi hədəfləyib... Böyük ehtimalla rəsmi Parisə güvənərək, regional sülh prosesini pozmağa cəhd göstərən Ermənistan isə dağılmaqda olan Fransa imperiyasının dağıntıları altında qala bilər...

Fransa Cənubi Qafqaza can atır. Rəsmi Paris bu regionda yerləşmək, bölgənin gələcək taleyini müəyyən etmək iddiasına düşüb. Yəqin ki, Cənubi Qafqazın gələcək gələcək inkişaf perspektivləri - geopolitik, geostrateji və geoiqtisadi layihələrlə bağlı potensialı Fransanın siyasi dairələrinə olduqca cəlbedici görünür. Ona görə də, bu regiona can atan digər beynəlxalq rəqiblərini qabaqlamağa cəhd göstərir.

Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir


Onu qeyd etmək lazımdır ki, Fransanın Cənubi Qafqaz regionuna yol tapması o qədər də asan deyil. Bu önəmli bölgənin hegemon dövləti olan Azərbaycan Fransanın Cənubi Qafqaza yerləşmək cəhdlərini bloklayır. Rəsmi Parisi Azərbaycan ilə heç bir siyasi-iqtisadi, hərbi-strateji, mənəvi-tarixi və s. əlaqə bağlamır. Əksinə, Fransanın ənənəvi ermənipərəst mövqeyi rəsmi Bakını bu Avropa ölkəsinə münasibətdə maksimum səviyyədə ehtiyatlı davranmağa, hətta mümkün qədər məsafə saxlamağa sövq edir.

Digər region dövləti Gürcüstan da Fransanın istinad nöqtəsi tapa biləcəyi ölkə deyil. Çünki hazırda rəsmi Tiflis səhnə arxasında Rusiya ilə müəyyən əməkdaşlığa malikdir. Eyni zamanda, Gürcüstan siyasi dairələri Avropa Birliyinə üzvlük niyyətini aktual saxlasalar da, Fransa ilə deyil, ABŞ ilə daha sıx münasibətlərə üstünlük verirlər. Və bu, Gürcüstanı da Fransa üçün uğursuz "eniş zolağı"na çevirir.

Bütün bunlara Azərbaycanın Türkiyə ilə hərbi-strateji müttəfiqlik münasibətlərini də əlavə etmək lazımdır. Çünki bu reallıq rəsmi Ankaranı Cənubi Qafqazda əsas geopolitik iradə sahibləri sırasına qatır. Üstəlik, Türkiyənin Gürcüstanla da sıx siyasi-iqtisadi münasibətləri mövcuddur. Yəni, Türkiyə artıq öz regional istinad məkanları baxımdan, Cənubi Qafqaz ölkəsi sayıla bilər. Və Türkiyənin güclü siyasi iradə sahibi olduğu bir regionda Fransanın özünə yerləşmə məkanı tapması çox qəliz məsələdir.

Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir


Ona görə də, rəsmi Paris üçün Cənubi Qafqazda manevr məkanı olaraq, yalnız ənənəvi olaraq, himayə etdiyi Ermənistanın ərazisi qalır. Halbuki, hələlik Ermənistan da Rusiyanın for-postu statusundan uzaqlaşa bilməyib. Üstəlik, yaxın gələcəkdə, sülh sazişinin imzalanmasından sonra Ermənistanın Azərbaycan-Türkiyə İttifaqının nəzarət dairəsinə düşmə ehtimalı tamamilə realdır. Və bu səbəbdən də, hazırda rəsmi Paris bir tərəfdən regional sülh prosesini pozmağa, digər tərəfdən isə beynəlxalq rəqiblərini qabaqlamaq üçün daha sürətli addımlar atmağa çalışır.

Ancaq rəsmi Paris tələskən addımlar atmaqla, ciddi səhvlərə yol verir. Eyni zamanda, Fransa siyasi dairələrinin ermənipərəst mövqeyi də rəsmi Parisin səhvlərini dərinləşdirir. Yəni, fransız siyasətçilərin şəxsi maraqları Fransanı geopolitik praqmatizmdən uzaqlaşdırır. Nəticədə Cənubi Qafqazda Fransanın real tərəfdaşlıq qura biləcəyi əsas dövlət olan Azərbaycanı geopolitik ortağa deyil, məhz rəqibə çevirir. Və bununla da, Fransa regional proseslərdə iştirak imkanlarını məhdudlaşdırmış olur.

Böyük ehtimalla rəsmi Parisin belə qeyri-praqmatik Qafqaz siyasətində Fransanın nəhəng dövlət statusuna olan inamın da müəyyən təsiri olmamış deyil. Hər halda, rəsmi Paris hələ də dünyanın idarə edilməsində baş rollardan birinə sahib olduğuna əmindir. Ona görə də, hesab edir ki, əgər, Fransa qərar veribsə, tələb edirsə, deməli, digər ölkələr, o cümlədən də, Azərbaycan bununla mütləq hesablaşmaq məcburiyyətindədir.

Son baş verən proseslərdə rəsmi Parisin bu özünə əsassız əminliyi qabarıq şəkildə müşahidə olunur. Belə ki, prezident Emmanuel Makron açıq şəkildə Ermənistanı himayə edəcəyini və Azərbaycana təzyiq göstərməyə çalışacağını bildirmişdi. Eyni zamanda, Parisin və digər Fransa şəhərlərinin merləri Laçın postunun açılması missiyasını öz üzərlərinə götürmüşdülər. Yəqin ki, hesab edirdilər ki, onların müşayiət etdiyi "humanitar yük" heç bir əngəllə üzləşmədən birbaşa Azərbaycanın Xankəndi şəhərinə qədər irəliləyə biləcək.

Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir


Ancaq böyük ehtimalla indi yalnız ermənipərəst fransız merlər deyil, Fransanın hakim dairələri də çaşqınlıq içərisindədir. Çünki rəsmi Bakı nə Fransaya, nə də onun ermənipərəst merlərinə heç bir əhəmiyyət vermədi. Fransanın təxribat karvanı Laçın postundan buraxılmadı. Hətta geri dönmək məcburiyyətində qaldı. Bu baxımdan, bütün dünyaya "güclü Fransanın siyasi iradəsinin təntənəsi" deyil, onun acizliyi nümayiş etdirilmiş oldu. Və bununla da rəsmi Bakı ermənipərəst Fransanın beynəlxalq imicinə sarsıdıcı zərbə vurdu.

Halbuki, Cənubi Qafqazda atılan addımların uğur qazanması indiki situasiyada Fransa üçün böyük əhəmiyyət daşıyırdı. Çünki rəsmi Paris Cənubi Qafqaza Fransanın beynəlxalq mövqelərinin xilas edilə biləcəyi önəmli region kimi yanaşır. Rəsmi Paris Afrikada üzləşdiyi siyasi-iqtisadi və hərbi-strateji itkilərin bir qismini məhz Cənubi Qafqazda kompensasiya edə biləcəyinə ümid bəsləyir. Və indi bu ümidlər kompensasiyadan daha çox əlavə itkilər vəd edir.

Əslindəsə, rəsmi Parisin indi reallığı qəbul etməsi, xarici siyasət prioritetlərində düzəlişlərə başlaması Fransa üçün daha faydalı ola bilər. Çünki hazırda rəsmi Paris qəbul etmək istəməsə də, Fransanın artıq əvvəlki kimi güclü dövlət olmadığını bütün dünya bilir. Fransanın Afrikadakı müstəmləkələrində ardıcıl dövlət çevrilişləri baş verməkdədir. Fransaya xidmət edən hakimiyyətləri yeni qüvvələr əvəzləyir. Hakimiyyət dəyişikliyi baş vermiş ölkələr dərhal rəsmi Parisdən Fransa ordusunu çıxartmağı tələb edirlər. Fransanın əsas gəlir mənbəyi olan Afrika ölkələrindən uran və qızıl ixracı dayandırılır, mövcud dövlətlərarası müqavilələr ləğv edilir.

Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir


Göründüyü kimi, Fransanın yüzillər boyu talan etdiyi Afrikanın təbii sərvətləri artıq rəsmi Parisin əlindən çıxır. Fransa bu prosesə müqavimət göstərmək gücündən uzadır. Çünki Fransanın qovulduğu Afrika ölkələri indi ABŞ, Çin, Rusiya və Türkiyə ilə əməkdaşlığa üstünlük verirlər. Və bu baxımdan, Fransa sürətlə iflasa doğru istiqamət alıb, rəsmi Parisin isterik şəkildə atdığı addımlar isə bu prosesi əngəlləmək əvəzinə daha da sürətləndirir.

Onu da qeyd etmək lazımdır ki, Fransanın Afrikada itirdikləri yalnız "qara qitə"nin təbii sərvətlərinə nəzarətin əldən çıxması ilə məhdudlaşmır. Belə ki, Fransanın müstəmləkəçiliyindən xilas olmağa çalışan Afrika ölkələri rəsmi Parisi beynəlxalq məkanda dəstəkləməkdən də imtina edirlər. Məsələn, Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında sənədlərin qəbuluna çalışan Fransa artıq bu qurumda əvvəlki dövrlərdə olduğu qədər dəstək qazana bilməyəcək.

Bütün bunlar onu göstərir ki, nəhəng müstəmləkəçi Fransa imperiyası artıq çökmə mərhələsinə qədəm qoyub. Böyük ehtimalla rəsmi Parisə güvənərək, regional sülh prosesini pozmağa cəhd göstərən Ermənistan da dağılmaqda olan Fransa imperiyasının dağıntıları altında qalacaq. Ən əsası isə Azərbaycan rəsmi Parisin bütün təzyiqlərini dəf edib, onun regiona soxulmaq cəhdlərini bloklamaqda davam edərsə, çökməyə başlamış Fransa imperiyasını Qafqaza dəfn etmiş olacaq.

Oxunub: 192
Paylaş:
Digər xəbərlər

Siyasət

31-08-2023, 11:01

Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

21-08-2023, 16:00

Fransa öz təxribatçı mövqeyinə Çini də cəlb etmək istəyir - ALINACAQMI? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-08-2023, 14:22

Başı Ermənistana qarışan Fransa... - GƏLİŞMƏ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-07-2023, 10:43

Makron İrəvandakı səfirini niyə təcili dəyişdi? – Məkrli plan… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-05-2023, 10:00

Zəngəzur dəhlizi uğrunda amansız savaş başlayıb: Bakı Fransanı, Qərb Rusiyanı bloklayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
Hadisə
25-06-2026, 09:54
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
24-06-2026, 17:19
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
23-06-2026, 09:36
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
22-06-2026, 16:44
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
22-06-2026, 09:30
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
20-06-2026, 15:31
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Son xəbərlər
  • Dün, 16:55
    Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
  • Dün, 15:59
    Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
  • Dün, 14:22
    Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib
  • Dün, 13:09
    Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
  • Dün, 12:45
    MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
  • Dün, 12:09
    Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
  • Dün, 11:12
    Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
  • Dün, 10:31
    İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
  • Dün, 09:44
    Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
  • Dün, 09:07
    Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
  • 29-06-2026, 18:47
    Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
  • 29-06-2026, 18:08
    KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
  • 29-06-2026, 17:36
    Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • 29-06-2026, 17:04
    Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
  • 29-06-2026, 15:29
    Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
  • 29-06-2026, 14:48
    Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
  • 29-06-2026, 13:38
    Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
  • 29-06-2026, 12:57
    Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
  • 29-06-2026, 12:08
    Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
  • 29-06-2026, 11:38
    Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
  • 29-06-2026, 10:43
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • 29-06-2026, 10:07
    Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
  • 29-06-2026, 09:25
    Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
  • 29-06-2026, 08:53
    Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
  • 27-06-2026, 16:21
    London və Tehran razılığa gəldi
  • 27-06-2026, 15:41
    İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
  • 27-06-2026, 15:05
    Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
  • 27-06-2026, 14:42
    Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
  • 27-06-2026, 12:00
    İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
  • 27-06-2026, 11:31
    Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
  • 27-06-2026, 11:00
    Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
  • 27-06-2026, 10:09
    Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
  • 26-06-2026, 12:36
    Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
  • 26-06-2026, 09:43
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2026, 09:18
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə