• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakı İrəvana növbəti sarsıdıcı zərbə: ABŞ-nin son mesajı şok effekti yaratdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-10-2023, 09:00

Bakı İrəvana növbəti sarsıdıcı zərbə: ABŞ-nin son mesajı şok effekti yaratdı


Ermənistan və erməni diasporu beynəlxalq məkanda dərin iflas mərhələsinə qədəm qoyub… Həm BMT, həm də ABŞ Dövlət Departamenti erməni propoqandasını darmadağın etdi…
Azərbaycan ordusunun uğurlu lokal antiterror tədbirlərinin mövcud nəticələri Cənubi Qafqazda yeni situasiya yaradıb. İndi bu regionda rəsmi Bakı şəriksiz geopolitik iradə sahibidir. Bundan sonra Cənubi Qafqazda maraqları olan dünya nəhəngləri ilk növbədə Azərbaycanın dövlət maraqlarını nəzərə almaq, eyni zamanda da rəsmi Bakı ilə anlaşmaq məcburiyyətində qalacaqlar. Və bu, Azərbaycanın geniş geopolitik manevr imkanları qazandığını göstərir.

Təbii ki, bütün bunlar rəsmi Bakının prinsipial, qətiyyətli və əvvəlcədən yekun nəticələri tam dəqiqliyi ilə hesablanmış hərbi-siyasi addımlarının yaratdığı reallıqdır. Rəsmi Bakı Paşinyan hakimiyyətinin Qarabağdan Ermənistana köçən ermənilər üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası hazırlamaq planlarını da artıq pozmuş kimi görünür. Hər halda, rəsmi Bakı Qarabağdakı erməni azlığının bölgəni tərk etmələri üçün heç bir tələb irəli sürmədi, mülki əhaliyə hər hansı təzyiq göstərmədi.

Əksinə, Azərbaycan dövləti mülki əhaliyə öz yaşayış yerlərində qalaraq, reinteqrasiya şərtlərini qəbul etməyi təklif etdi. Rəsmi Bakı Qarabağdakı erməni azlığının hüquqlarının təmin olunacağını vurğuladı və tam təhlükəsizlik vəd etdi. Nəticədə bütün dünya rəsmi Bakının öz vədlərinə tamamilə sadiq olduğunu gördü. Və bu, Paşinyan hakimiyyətinin yaxın gələcəkdə Azərbaycana qarşı planlaşdırdığı beynəlxalq manipulyasiya niyyətlərini elə əvvəlcədən boşa çıxartmış oldu.

Məsələ ondadır ki, erməni azlığının təmsilçiləri Qarabağı könüllü şəkildə tərk ediblər. Rəsmi İrəvanın Xankəndi və ətraf bölgədə yaşayan mülki əhalisi arasında apardığı təhdid kampaniyasının yaratdığı xofun da bu prosesdə müəyyən təsiri olub. Yəni, Paşinyan hakimiyyəti ermənilərin kütləvi köçünü təşkil etməklə, Azərbaycana qarşı beynəlxalq ittihamlara və təzyiqlərə əsaslar yaratmağa çalışırdı. Eyni zamanda, rəsmi İrəvan həm də bu prosesin sayəsində beynəlxalq qurumların Ermənistana maliyyə dəstəyini də təmin etmək niyyəti güdürdü.

Ancaq rəsmi Bakının çevik reaksiyası Azərbaycana qarşı beynəlxalq oyunların qarşısını böyük ölçüdə bloklamış oldu. Belə ki, BMT-nin mülki müşahidə missiyası Xankəndi və ətraf bölgədə manitorinq aparmağa dəvət olundu. BMT təmsilçilərinin bölgəni gəzərək, yekun rəylərini açıqlaması isə Ermənistanı çətin vəziyyətə saldı. Çünki BMT bəyan etdi ki, Azərbaycan dövləti ilk növbədə Xankəndidə səhiyyə və digər xidmətlərin bərpası istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

Eyni zamanda, BMT-nin Azərbaycanın Qarabağ regionuna səfər etmiş müşahidə missiyası bölgədə yerli əhali və digər şəxslərlə söhbət etdiyini, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olduqlarını vurğuladı. Missiya üzvləri Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən də xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəymədiyini bəyan etdilər.

BMT təmsilçiləri həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb. Və BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.

Göründüyü kimi, olduqca əhəmiyyətli nəticədir. BMT təmsilçilərinin bu bəyanatı Paşinyan hakimiyyətinin propoqandasını boşa çıxarır, erməni yalanlarını darmadağın edir. Bundan sonra rəsmi İrəvanın “zorakılıq iddiaları”nı dünyada heç kim ciddiyə almaz. Hər hansı özünə hörmət edən nüfuzlu dövlət Paşinyan hakimiyyətinin uydurmalarına şərik çıxaraq, biabirçı vəziyyətə düşmək istəməz. Hər halda, hazırda belə biabırçılığa yalnız Fransa özünü hazır hesab edir.

Məsələ ondadır ki, Ermənistanın və erməni diasporunun böyük ümidlər bəslədiyi ABŞ da rəsmi İrəvanı məyus edib. ABŞ Dövlət Departamenti açıqlama verib ki, "Ermənilərin Qarabağdan köçünü "etnik təmizləmə" adlandırmaq üçün heç bir əsaslı sübut yoxdur". Dövlət Departamentinin rəsmisi erməni jurnalistin sualına cavab olaraq bildirib ki, "Azərbaycan ermənilərin ora köçüb, yaşaması üçün möhkəm təminatlar verib". Və bu açıqlama Ermənistan siyasi dairələrində yalnız məyusluq deyil, hətta ciddi şok effekti də yaradıb.

Belə anlaşılır ki, Ermənistan və erməni diasporu beynəlxalq məkanda dərin siyasi-diplomatik iflas mərhələsinə qədəm qoyub. Paşinyan hakimiyyəti dünya ermənipərəstlərini bir araya gətirib, total propoqanda hücumuna keçməyə çalışsa da, rəsmi Bakı qarşı tərəfə bunun üçün bəhanə vermir, şans tanımır. Çünki rəsmi Bakı heç nəyi gizlətmir, beynəlxalq ictimayyətin mövcud situasiyadan birbaşa hadisə yerlərindən məlumat almasına geniş imkanlar açır. Və mövcud faktlarsa, erməni yalanlarını “sabun köpüyü”nə çevirir.(musavat.com)

Oxunub: 166
Paylaş:
Digər xəbərlər

Siyasət

30-09-2023, 10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-09-2023, 10:00

Paşinyan indi sülh sazişinə niyə can atır: Bakı İrəvanı elə ən zəif yerindən “vurdu” ki… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-09-2023, 09:00

Ərdoğanın Qafqaz mesajları: Türkiyə yeni regional savaşa müdaxilə edəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-09-2023, 09:11

Qərb Qafqazı “partlada” bilmir: Əliyevin səbri məkrli oyunları yenə pozur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-08-2023, 10:00

Bakı “humanitar yükü” Paşinyana necə yüklədi: Ermənistan ağırlığa dözmür, əzilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
Dün, 14:30
18 milyonluq 2 tablonu muzeydən oğurladılar
Dün, 13:30
Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
Dün, 11:00
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
Dün, 09:00
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
Son xəbərlər
  • Dün, 14:30
    18 milyonluq 2 tablonu muzeydən oğurladılar
  • Dün, 14:00
    Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə
  • Dün, 13:30
    Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
  • Dün, 13:00
    Yataraq 2 milyon qazanacaqlar
  • Dün, 12:30
    “Axır ki, 34 il sonra görüşdük”
  • Dün, 12:00
    “Necə olur xarici film gəlib burada 1 milyon qazanır, bizimki yox?“
  • Dün, 11:30
    “Yeraltı”nın yayım tarixi bəlli oldu
  • Dün, 11:00
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • Dün, 10:30
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dün, 10:00
    Azərbaycan ədəbiyyatına AĞIR İTKİ
  • Dün, 09:00
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
  • Dün, 08:48
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə