• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xankəndi ətrafında daralan çənbər, humanist ritorikaya son və: növbə antiterror əməliyyatında - NƏ ETMƏLİ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-05-2023, 16:00

Xankəndi ətrafında daralan çənbər, humanist ritorikaya son və: növbə antiterror əməliyyatında - NƏ ETMƏLİ?


Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni separatçı silahlı dəstələri tərəfindən yenidən təxribat törədildi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində intensiv danışıqların getdiyi vaxtda belə təxribatın törədilməsi bir çox suallar yaradır. Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin mayın 28-də Laçında rayon ictimaiyyəti ilə görüşündəki çıxışında separatçılara yönəlik xəbərdarlıqlar Xankəndidəki qeyri-qanuni silahlıların isterikasını artırıb. Ciddi xəbərdarlıqdan təşvişə düşən separatçılar təxribata əl atmağa başlayıblar.

Qeyd edək ki, İ.Əliyev Qarabağın qeyri-qanuni silahlı dəstələrdən, separatçı ünsürlərdən təmizlənəcəyinin mesajını verdi və qondarma qurumun yaşamayacağını ciddi şəkildə bildirdi. Ölkə başçısı separatçılara heç kəsin kömək edə bilməyəcəyi mesajını bir daha xatırlatdı.

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov da hesab edir ki, son atəşkəs pozuntusu Prezidentin qondarma quruma xəbərdarlığı ilə bağlıdır. DİA.AZ-ın məlumatına görə, ekspert AYNA-nın suallarını cavablandırarkən qeyd edib ki, Prezident Laçında separatçılara ciddi mesajlar verdi:

- Azərbaycanın birinci şəxsinin dilindən separatçıların heç bir şansının qalmadığı elan olundu. Qarabağda erməni silahlılarının atəşi də bu mesajlarla bağlıdır. Bu ünsürlər anlayırlar ki, onlar üçün çənbər daralıb. Yəqin ki, separatçılarla bağlı Bakı ciddi qərarını verəcək. Onlar anlayırlar ki, cinayətlərinə görə cavab verəcəklər. Vəziyyətlərinin ciddiliyini başa düşürlər, yaxalarını qurtarmaq üçün belə təxribatlara əl atırlar.

Eyni zamanda, Kişinyovda liderlərin görüşü gözlənilir. Bəlli qüvvələr, xüsusən də Rusiya orada hansısa ciddi qərarın alına bilməməsi üçün hamilik etdiyi separatçılara təxribat törətmə əmri verib. Rusiya belə mesaj verir ki, bölgədə varlar, separatçılar üzərində təsirləri hələ də, mövcuddur.

Bütün hallarda, hesab edirəm ki, Azərbaycan səbir nümayiş etdirməməlidir. Prezident separatçılarla bağlı Azərbaycanın konkret mövqeyini açıq şəkildə bildirdi, bunun davamı gətirilməlidir.

- Davamı nə olmalıdır?

- Separatçılara Qarabağdan çıxmaq üçün ciddi şəkildə konkret vaxt verilməlidir. Elan olunmalıdır ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr məsələn, iyun ayının 15-dək silahlarını təhvil verməli və ərazimizdən dərhal rədd olmalıdırlar. Onlara qarşı humanist ritorikaya son qoyulmalıdır. Cənab Prezident Laçındakı çıxışı zamanı humanistcəsinə çağırışını etdi. İndi görək separatçılar bu çağırışa əməl edəcəklərmi?! Düzünü deyim ki, mən onların könüllü olaraq Qarabağdan gedəcəklərinə inanmıram. Ələxüsus da özləri getmək istəsələr də ağaları onlara imkan verməyəcək kimi görünür və bu baxımdan, təxribatlara əl atacaqları gözlənilir. Ona görə də Bakı separatçılara qısa zaman verməli, tələbə uyğun şəkildə Qarabağdan çıxmasalar, antiterror əməliyyatına başlamalıdır.

- Sizcə, antiterror əməliyyatı qaçılmazdır?

- Təbii ki, antiterror əməliyyatı qaçılmazdır. Çünki separatçıların davranışı bunu şərtləndirir. Təbii ki, əməliyyatın nə zaman olacağını demək çətindir, bunu ölkə rəhbəri bilir. Amma bütün proseslər antiterror əməliyyatına aparır. Çünki düşünmürəm ki, Arutunyan, Vardanyan kimi ünsürlər Qarabağı könüllü tərk edəcəklər. Onlar çalışacaqlar ki, öz havadarları vasitəsilə “dövlət-dövlət” oyununa davam etsinlər, sülhlə bağlı razılıqların əldə olunmasına maneə yaratsınlar. Fikir verin, sonuncu Moskva görüşündə hər şeydən danışıldı, amma Üçtərəfli Birgə Bəyanatın 4-cü bəndindən – qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasından danışılmadı. Bu onu göstərir ki, Rusiya oradan silahlıların çıxarılmasında maraqlı deyil, separatçılara da çıxmamaq, zaman-zaman təxribatlar törətmək göstərişi verib. Amma Moskva və Xankəndidəki ünsürlər məqsədlərinə nail ola bilməyəcəklər. Bunu anladıqları üçün dünən Ağdamdakı mövqelərimiz atəşə tutuldu. Bütün bunlara antiterror əməliyyatı ilə bitəcək. Azərbaycan məcburiyyət qarşısında qalıb bu addımı atacaq.

- Görünən odur ki, separatçıların qızışması, gərginliyin artması Rusiya ssenarisi əsasında gedir. Sizcə, Moskva gərginlikdə niyə maraqlıdır?

- Rusiyanın məqsədi bəllidir. Birincisi, Moskva istəmir ki, separatçılarla bağlı status-kvo dəyişsin. Rusiya sülhməramlı adlandırdığı kontingentinin Qarabağda uzunmüddətli qalmasını, separatçıların “dövlət-dövlət” oyununu davam etdirməsini, bu vasitə ilə Bakıya təzyiq rıçaqını saxlamasını istəyir. İkincisi, Kişinyov görüşü də Moskvanı ciddi narahat edir. Belə fikirlər güclüdür ki, Bakı ilə İrəvan Kişinyovda ciddi razılıq əldə olunacaq. Azərbaycanın Fransadakı səfiri bəyan etdi ki, Kişinyovda sülhlə bağlı çərçivə sənədinin imzalanması gözlənilir. Bu, Rusiyanı ciddi narahat edir. Moskvadakı görüş nə Kremlin, nə də İrəvanın istəyinə uyğun olmadı. Bu, Rusiyanı dərindən qıcıqlandırır. Danışıqların dalana dirənməsi, uzanması üçün üçün separatçıların təxribat törətməsi lazım idi. Kremldən Xankəndidəki terrorçulara əmr gəldi və onlar Ağdamı atəşə tutdular. Dediyim kimi, antiterror qaçılmaz görünür.

Oxunub: 217
Paylaş:
Digər xəbərlər

Hadisə

3-06-2023, 11:39

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-06-2023, 16:00

Paşinyan dalana dirənib: Sülhə isə Rusiya mane olur - İNCƏLƏMƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-05-2023, 16:00

İran və Rusiya Xankəndidə nə edə bilər? - Separatçılar müharibəyə hazırlaşır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

30-05-2023, 10:20

Mövqelərimiz atəşə tutulub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

29-05-2023, 10:37

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
14-09-2026, 14:30
18 milyonluq 2 tablonu muzeydən oğurladılar
14-09-2026, 13:30
Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
14-09-2026, 11:00
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
14-09-2026, 09:00
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
Son xəbərlər
  • 14-09-2026, 14:30
    18 milyonluq 2 tablonu muzeydən oğurladılar
  • 14-09-2026, 14:00
    Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə
  • 14-09-2026, 13:30
    Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
  • 14-09-2026, 13:00
    Yataraq 2 milyon qazanacaqlar
  • 14-09-2026, 12:30
    “Axır ki, 34 il sonra görüşdük”
  • 14-09-2026, 12:00
    “Necə olur xarici film gəlib burada 1 milyon qazanır, bizimki yox?“
  • 14-09-2026, 11:30
    “Yeraltı”nın yayım tarixi bəlli oldu
  • 14-09-2026, 11:00
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • 14-09-2026, 10:30
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 14-09-2026, 10:00
    Azərbaycan ədəbiyyatına AĞIR İTKİ
  • 14-09-2026, 09:00
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
  • 14-09-2026, 08:48
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə