• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyanın Qərbə “satılma”, Rusiyaya “xidmət” oyunu: İrəvanın sirli “gölgə ixracı” ifşa olunur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

5-12-2023, 09:30

Paşinyanın Qərbə “satılma”, Rusiyaya “xidmət” oyunu: İrəvanın sirli “gölgə ixracı” ifşa olunur


Ermənistan eyni vaxtda həm ABŞ-a, həm də Rusiyaya xidmət edib, öz maliyyə-iqtisadi və hərbi-siyasi maraqlarını reallaşdırmağa çalışır... Ancaq rəsmi İrəvanın bu “paralel manipulyasiya”sından ABŞ və Qərbin yoxsa, Rusiyanın daha çox faydalandığı yalnız hansı tərəfin daha sərt reaksiya verməsiylə məlim ola bilər...
ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasında yeni maraqlı məqamlar ortaya çıxmağa başlayıb. İndi bu iki nəhəng hərbi-siyasi güc mərkəzi istifadə edə biləcəkləri bütün faktorları ön plana keçirtməyə başlayıblar. Belə ki, Ukrayna savaşında hazırda durğunluq mərhələsi yaşansa da, nəhənglərin qarşıdurması tədricən digər bir regiona sıçramaqdadır. Yəni, ABŞ və Qərbin Rusiya ilə hərbi-siyasi qarşıdurmasının ağırlıq mərkəzi tamamilə Cənubi Qafqaza keçirilmək üzrədir.

Maraqlıdır ki, bu nəhəng regional qarşıdurmada məhz Ermənistan geopolitik alət rolunu öz üzərinə götürüb. Rəsmi İrəvan ABŞ və Qərbin təlimatları və sifarişləri ilə israrla Ermənistanı Rusiyadan uzaqlaşdırma xətti tutub. Paşinyan hakimiyyəti hər imkanda Rusiyanı Ermənistanın bütün siyasi uğursuzluqlarında və hərbi məğlubiyyətlərində ittiham edir. Və hətta Rusiyanın patronajlığı altında olan qurumların toplantılarını boykot etməyə üstünlük verir.

Ancaq burada önəmli və qəribə məqam diqqəti çəkir. Belə ki, rəsmi İrəvan Rusiyaya ardıcıl xəyanət mövqeyi tutsa da, Kreml Ermənistana münasibətdə maksimum səviyyədə tolerant davranmağa çalışır. Hər halda, Rusiya tərəfindən Ermənistana qarşı indiyə qədər hər hansı radikal və prinsipial addımlar atılmayıb. Və bu, əslində, Rusiyanın qarşılıqlı münasibətlər ənənəsinə tamamilə zidd mövqedir.

Əksinə, Kreml təmsilçiləri, xüsusilə də, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanı dost və müttəfiq ölkə hesab etdiklərini bəyanlamaqda davam edir. Eyni zamanda, Kremldəkilər rəsmi İrəvanın yanlış yoldan geri dönəcəyinə inandıqlarını da qətiyyən gizlətmirlər. Bu baxımdan, mövcud situasiya istər-istəməz müəyyən şübhələr doğurmaya bilməz.

Ancaq bütün sirlərin nə vaxtsa, ifşa olunmaq kimi bir ənənəsi də mövcuddur. Son vaxtlar ortaya çıxan bəzi məlumatlar əslində, Kremlin Ermənistanın Rusiyaya qarşı xəyanətkar davranışlarına tolerantlığının arxasında gizlənən gizli və qaranlıq məqamları aydınlaşdırmağa imkan verir. Belə anlaşılır ki, böyük ehtimalla bəzi məqamlar heç də göründüyü kimi deyil. Və bir çox məsələlərdə həm Rusiya, həm də Ermənistan manipulyasiya ilə məşğuldur.

Məsələ ondadır ki, Qərb mərbuatında Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaq üçün gizli yardım göstərdiyi barədə məlumatlar yayılmağa başlayıb. Məlum olub ki, Ermənistan Rusiyaya qarşı sanksiyalardan külli miqdarda “qara maliyyə” qazanmağa nail olub. Ona görə də, Ermənistanın iqtisadi göstəriciləri real imkanlarını iki dəfədən çox aşıb. Və bu, beynəlxalq səviyyədə böyük qalmaqallar yaratmalı olan məsələdir.

Qərb mütəxəssislərinin iddialarına görə, Ermənistan Ukrayna savaşı başlandıqdan sonrakı dövrdə Avropa məkanından öz əhalisinin ehtiyaclarını on dəfələrlə üstələyən həcmdə elektrik avandanlıqları idxal edib. Üstəlik, Qərbdən idxal edilən həmin avadanlıqların Ermənistanın daxili bazarlarına çıxarılmadığı da məlum olub. Və bu baxımdan, idxal edilmiş malların hara “buxarlandığı” olduqca ciddi məqamdır.

Yenə də Qərb qaynaqları iddia edirlər ki, Ermənistan Rusiyaya qarşı sanksiyalardan faydalanmaq üçün “kölgə ixracı” sistemi yaradıb. Bu sistem bütövlükdə Avropadana idxal edilən qadağan olunmuş malların gizli şəkildə Rusiyaya ötürülməsinə xidmət edir. Bu “gölgə ixracı”nda Ermənistanın bir çox şirkətləri və biznes dairələri birbaşa iştirak edirlər.

Eyni zamanda, Ermənistanın bank sistemi də Ukrayna savaşının başlanmasından sonrakı mərhələdə Rusiya maliyyəsinin hərəkətini təmin etməyə uyğunlaşdırırlıb. Rusiya biznes dairələri Ermənistanda minlərlə müvəqqəti şirkətlər qeydiyyatdan keçiriblər. Ermənistan qeydiyyatlı həmin şirkətlərin üzərindən isə Rusiyanın xarici ödənişləri reallaşdırılır. Yəni, Ermənistan Rusiyaya maliyyə dövriyyəsinin mövcudluğunu qorumaqda da yardım edir.

Bütün bunlar onu göstərir ki, Ermənistan Rusiyaya ABŞ və Qərbin sanksiyalarından yayınmaqda maksimum səviyyədə yardım göstərir. Üstəlik, Ermənistanın “gölgə isracı” sistemi sayəsində idxal edilən malların bəzi detalları sayəsində Rusiya hərbi-sənaye kompleksi raket kompleksləri və digər hərbi texnika istehsalını da davam etdirir. Və məhz bu səbəbdən də, Kreml Ermənistanın siyasi xəyanətlərinə maksimum səviyyədə tolerant yanaşmağa üstünlük verir.

Bu baxımdan, hesab etmək olar ki, Rusiya-Ermənistan gərginliyi də böyük ölçüdə siyasi manipulyasiya xarakteri də daşıya bilər. Böyük ehtimalla ABŞ və Qərbin Ermənistanın “gölgə ixracı” sistemindən diqqətini yayındırmaq üçün Kreml rəsmi İrəvanın “kaprizlər”ini qeyri-adi səbrlə müşahidə etmək taktikası tutub. Və bu, indiyə qədər hər iki tərəfin maraqlarına tamamilə cavab verən manipulyasiya təsiri bağışlayır.

Təbii ki, ABŞ və Qərb də Ermənistanın “gölgə icracı” sistemindən xəbərsiz deyil. Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvanın Rusiyaya sanksiyalardan yayınmaq üşün göstərdiyi yardıma elə bir ciddi reaksiya verilmir. Belə anlaşılır ki, ABŞ və Qərb Ermənistanın “gölgə ixracı” sisteninə sadəcə, “göz yammağa” üstünlük verilir. Halbuki, hər hansı başqa ölkə olsaydı, ABŞ və Qərb həmin dövlətə qarşı sanksiyalar tətbiq edərdi.

Ola bilsin ki, ABŞ və Qərb məhz bununla Ermənistanı “satın aldığına” əmindir. Yəni, Qərb Ermənistana Rusiyaya qarşı sanksiyaların pozulması hesabına “qaranlıq maliyyə qaynağı” qazanmasına şərait yaratmış kimi görünür. Əvəzindəsə, rəsmi İrəvan hər imkanda Rusiyanı ən ağır şəkildə ittiham edir. Ermənistan ərazisini ABŞ və Qərbin tam ixtiyarına verib. Qərb kəşfiyyatı Ermənistanda özünün olduqca rahat hiss edir. Eyni zamanda, rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumların iflis olunmasına, onların deqradasiya mərhələsinə yaxınlaşmasına da öz töhfəsini verməkdədir.

Bütün bunları nəzərə aldıqda, Ermənistanın eyni vaxtda hər iki düşmən düşərgəyə xidmət edib, öz maraqlarını reallaşdırmağa çalışdığını düşünmək olar. Ancaq rəsmi İrəvanın bu paralel manipulyasından ABŞ və Qərbin yoxsa, Rusiyanın daha çox faydalandığı barədə danışmaq isə hələ bir qədər tezdir. Bu məsələ Ermənistana tərəflərdən hansınınsa nə vaxtsa, daha radikal reaksiya verməsindən sonra aydınlaşmağa başlayacaq.(Yeni Mwsavat)

Oxunub: 157
Paylaş:
Digər xəbərlər

Siyasət

28-11-2023, 09:00

Bakı "geopolitik bomba"nı Ağ Evin əlində "partladıb" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-11-2023, 09:30

İrəvan Kremllə müttəfiqliyi pozdu: Ermənistan Rusiya və KTMT-nın legitim hərbi hədəfinə çevrilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-11-2023, 10:32

Qərb İrəvanda “savaş masası” qurub: AB Qafqazda niyə yeni müharibə planını aktivləşdirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

13-11-2023, 09:30

İrəvan Kremlin sistemini dağıdır: Ermənistan KTMT və MDB-dən de-fakto çıxdığını təsdiq etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-11-2023, 09:00

İrəvanın Qərbə ümidləri boşa çıxır: Rusiya hərbi müdaxilə edəcək, ABŞ kənara çəkiləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Dün, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • Dün, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • Dün, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • Dün, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • Dün, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • Dün, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • Dün, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • Dün, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • Dün, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • Dün, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • Dün, 09:55
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • Dün, 09:37
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • 3-04-2026, 18:45
    ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
  • 3-04-2026, 18:18
    Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
  • 3-04-2026, 17:42
    Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
  • 3-04-2026, 17:07
    Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
  • 3-04-2026, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
  • 3-04-2026, 12:24
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • 3-04-2026, 11:55
    İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
  • 3-04-2026, 11:22
    Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
  • 3-04-2026, 10:55
    Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
  • 3-04-2026, 10:10
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • 3-04-2026, 09:26
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • 2-04-2026, 18:26
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • 2-04-2026, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • 2-04-2026, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • 2-04-2026, 16:44
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • 2-04-2026, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • 2-04-2026, 14:39
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • 2-04-2026, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • 2-04-2026, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • 1-04-2026, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • 1-04-2026, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • 1-04-2026, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • 1-04-2026, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə