• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Fransa Azərbaycana münasibətini korrektə etmədikcə...” - Ekspert danışır... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-01-2024, 15:30

“Fransa Azərbaycana münasibətini korrektə etmədikcə...” - Ekspert danışır...


Azərbaycan-Fransa münasibətlərində böhran davam edir. Bu da rəsmi Parisin əl çəkmək istəmədiyi ermənipərəst destruktiv siyasətlə birbaşa bağlıdır. Az öncə Bakıda Fransa əsilli casusun saxlanması və ardınca bu ölkənin iki diplomatının ölkədən qovulması ilə münasibətlər daha da gərginləşib.

Söhbət Martin Rayanın saxlanılmasından gedir. Artıq onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Olayla bağlı Fransa XİN iki dəfə diplomatik etiketi ayaqaltı edərək həddini aşan bəyanat verib, Azərbaycanı “özbaşınalıq”da qınayaraq, Rayanın əsassız saxlanıldığını və dərhal azad olunmasını tələb edib. Təbii ki, Bakıdan adekvat cavab gecikməyib. Bu arada, Fransanın TF1 telekanalının yaydığı süjetdə bildirilir ki, Bakıda yaşadığı müddətdə yerli bir xanımla nişanlanmağa da macal tapan Rayan 2021-ci il mayın 17-də prezident Emmanuel Makrona açıq məktub göndərib və məktubda onu “Fransanın ermənipərəst diplomatiyasının son dərəcə yöndəmsiz və qərəzli bəyanatları ilə pozulmuş Fransa-Azərbaycan əlaqələrini normallaşdırmaq üçün qətiyyətli addımlar atmağa” çağırıb. Lakin məktub cavabsız qalıb.

2023-cü ilin yanvarında Rayan Bakı ilə İrəvan arasındakı münaqişə ilə bağlı Fransanın mövqeyini bir daha açıq şəkildə pisləyib. “Fransadakı erməni diasporunun radikal ünsürləri əsl anti-Azərbaycan kampaniyasına başlayıblar və yalan təbliğat aparırlar”, - o qeyd edib.

Əslində bunlar Rayanın alibi yaratmaq, iz azdırmaq cəhdləri olub. Lakin Rayanın bu və buna bənzər digər bəyanatları Azərbaycan hakimiyyətinin onu həbs etməsinə mane olmayıb. Casusun atası Riçard Rayan telekanala deyib ki, onun həbsi Qarabağ böhranı fonunda Paris və Bakı arasında son vaxtlar gərginləşən münasibətlərlə birbaşa bağlıdır. “Oğlum bir dəfə mənə dedi ki, ondan "peşka" kimi istifadə etmək istəyirlər", - atası vurğulayıb.

Rayanın vəkili isə əmindir ki, o, agent deyil, “sadəcə, sonradan öyrəndiyi kimi, Fransa kəşfiyyatının agentləri olan həmvətənləri ilə əlaqə saxlayıb”. Eyni zamanda vəkil bu işi “siyasi” də hesab etmir. TF1-in xəbərinə görə, Rayanı 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Fransanın dövlət orqanlarına yaxın, dövlətin qapalı qapılar arxasında olan məlumatlarının yayımlanması ilə məşhur olan, məqalələri abunə və ödənişli əsaslarla təqdim edilən “Intelligence Online” mətbu orqanı dünyada əsas müzakirə mövzularından birinə çevrilən Azərbaycanla Fransa arasında yaşanan son olaylara həsr olunmuş məqalə dərc edib (https://www.intelligenceonline.com/government-intelligence/2024/01/11/dgse-baku-post-taken-down-by-state-security-service,110136826-eve).

Trend.az Fransanın “Intelligence Online” nəşriyyatının həmin məqaləsinin məzmununu olduğu kimi təqdim edir:

- Azərbaycan və Fransa arasında diplomatik gərginlik intensivləşir. Xüsusi xidmət orqanlarının vurduğu zərbələrdən ilk zərbəni Milad bayramı ilə Yeni il arasında iki fransız diplomatını ölkədən çıxarmaqla Bakı vurdu. Reallıqda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti DGSE postunu faktiki olaraq likvidasiya etdi.

“Katiblə danışmaq olarmı?” Fransanın Azərbaycanın paytaxtı Bakıdakı səfirliyinin kommutatorunda kişi səsi tərəddüd etdi, həmkarı ilə məsləhətləşdi və cavab verdi: “O, artıq burada işləmir”. İyerarxiyada iki pillə aşağı olan başqa bir katiblə bağlı eyni sual da oxşar cavabla nəticələndi.

Diplomatik dəftərxana dekabrın 26-da qəfildən sıralarının azaldığını gördü. Həmin gün Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iclası çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvada olarkən Fransanın Bakıdakı səfiri Ann Boillon Xarici İşlər Nazirliyinə çağırıldı. Ona məlumat verildi ki, iki diplomat Azərbaycanda “persona non qrata” elan edilib və onlara çantalarını yığmaq üçün qırx səkkiz saat vaxt verilib. “Intelligence Online”ın məlumatına görə, Fransa səfirliyinin iki “katibi” diplomatik pərdə altında olan DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları olub. Kəşfiyyat xidmətinin rəhbəri rusdilli rabitəçi idi. DGSE-nin Azərbaycandakı postunun ləğv edilməsi, buna Fransanın tez cavab verməsi və öz növbəsində Azərbaycanın Parisdəki səfirliyindən iki “diplomat” xaric etməsi - xidmət üçün yeni uğursuzluq idi. Bu, dekabrın əvvəlində Burkina Fasoda onun Texniki və İnnovasiya Direktorluğunun (DTI, keçmiş DT) dörd üzvünün həbsindən sonra baş verdi. Jeune Afrique (mətbuat qurumu) tərəfindən verilən məlumata əsasən, bu, ölkə xaricində kəşfiyyat sisteminin “dağıdılmasına” səbəb oldu.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakimiyyətə yaxın mediada bu iki şəxsin Azərbaycanda sabitliyi pozmağa yönəlmiş regional casus şəbəkəsinə aid olduğunu iddia edib. Bununla yanaşı, Bakı Fransanı 2020-ci ildə Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibədə İrəvana verdiyi dəstəyə görə tənqid edir (18.09.23).

DGSE-nin bu məğlubiyyətləri Yelisey sarayını dərindən qəzəbləndirdi. Sahel ölkələrində Fransanın mövqelərinə xələl gətirən silsilə dövlət çevrilişlərindən sonra bu baş verənləri, Emmanuel Makronun diplomat Bernard Emieni Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad etməsi qərarını sürətləndirən amil kimi izah edirlər. O vaxta qədər DGSI-nin (Daxili Təhlükəsizlik Baş Müdirliyi) direktoru olan prefekt Nikolas Lerner, açıqladığımız kimi, dekabrın 20-də Nazirlər Şurasında onun yerinə təyin edildi (19/12/23). O, yanvarın 9-da vəzifəsinin icrasına başlayıb...

Proses hara kimi davam edə bilər? Rayanın anti-Makron mövqeyi cəzasını yüngülləşdirə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Fransa Azərbaycana münasibətdə ikili siyasət yürüdür: “Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm, "Azərbaycan bağı"nın adının götürülməsinin ardından Bakıda casus qalmaqalı baş verdi. Məlum oldu ki, Azərbaycanda iş adamı kimi fəaliyyət göstərən Fransa vətəndaşı Fransa kəşfiyyat orqanı ilə gizli əlaqəyə cəlb edilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində Fransa vətəndaşının cinayət işi üzrə istintaq gedir. Hesab edirəm ki, casusluqda ittiham olunan Fransa vətəndaşının cinayət işi məhkəməyə göndərilmədən, barəsində hökm olmadan onun azad edilməsindən söhbət getməyəcək".

Həbs olunan Fransa vətəndaşı Martin Rayanın Fransa prezidenti Emmanuel Makrona məktublarına toxunan siyasi analitik deyib ki, bu, onun durumunu yüngülləşdirə bilər: “Onun Azərbaycanda şirkəti olub və istəməyib ki, şirkətində problemlər olsun. Bu baxımdam Fransanın Azərbaycana münasibətdə ikili siyasətini görüb və Makrona məktublar ünvanlayıb. Hər kəs başa düşür ki, Azərbaycanla yaxşı münasibətlər qurmadan Cənubi Qafqazda möhkəmlənmək mümkün deyil. Bu baxımdan Makrona məktublar ünvanlayıb və cəza alandan və cəzasının bir hissəsini çəkəndən sonra əfv oluna bilər. Amma bu yenə də Fransanın Azərbaycana münasibətdə yürütdüyü siyasətdən asılı olacaq. Fransa Azərbaycana münasibətini korrektə etmədikcə, ikitərəfli münasibətlər çox təəssüf ki, gərginləşməkdə davam edəcək”.

Siyasi analitik deyib ki, Fransa həmişə ermənipərəst mövqedən çıxış edir: “Bunun əsas səbəbləri sırasında erməni lobbisinin Fransada güclü olması dayanır. Amma tək lobbi məsələsi deyil. Azərbaycanın Türkiyə ilə sıx ittifaqı da Fransanı narahat edir. 2-ci Qarabağ müharibəsindən sonra bu ittifaq daha da güclənib. Fransa Türkiyəni özünə rəqib sayır və Türkiyə ilə əməkdaşlıq edənləri də hədəf götürməyə çalışır. Fransa Azərbaycan-Türkiyə münasibətlərindən narazı qalıb və eyni zamanda işini daha da çətinə salan addımlar atır. Anti-Azərbaycan siyasəti yürütməklə heç nəyə nail ola bilmirlər. Bu siyasət tam əksinə effekt verir. Azərbaycanda bu günə kimi Fransa casus şəbəkəsi ifşa olunmamışdı. Prezident İlham Əliyev də geniş müsahibəsində dedi ki, biz də Fransanın colonial siyasətini ifşa edəcəyik. Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, Fransa lap pis vəziyyətə düşəcək. Ermənidən artıq erməni olmaq mümkün deyil. Fransada düşünməlidirlər ki, Ermənistan Azərbaycanla barışacaqsa, Fransa niyə Azərbaycanla münasibətləri korlamalıdır?”

Oxunub: 116
Paylaş:
Digər xəbərlər

Siyasət

11-01-2024, 13:24

Bakıda həbsdə olan Fransa casusunun şok etirafları - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-01-2024, 14:22

Casus şəbəkəsi ifşa olunan bir ölkənin rəsmiləri utanmaq və susmaq əvəzinə... - RƏSMƏN BAĞIRIRLAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-01-2024, 09:17

Azərbaycandan Fransa XİN-ə cavab [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-12-2023, 14:22

Parisin “cavab addımı” əhəmiyyətsizdir - HƏQİQƏTƏN DƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

8-06-2023, 10:12

Fransa Ermənistanı silahlandırır: Hiyləgər planda İran yenə baş rolda [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Naxçıvan-Bakı avtobusuna bilet satışında pozuntu
10-OL-016 dövlət nişanlı “Rang Rover”in sahibi Xankəndində olay yaratdı
Abşeronun milyonçu icra nümayəndəsi: Şahlar Həsənov Masazırı necə satır?
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb
Vəzifəli şəxs otelini satışa çıxarıb?
Ölkəyə gizli yolla bu məhsullr gətirilir? Şəbəkənin başında kimlər dayanır?
Hadisə
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
9-08-2025, 14:42
Ələt-Astara yolunda maşın yanır - Hərəkət dayandı
5-08-2025, 13:05
16 yaşlı qız dəniz kənarında şəkillər çəkdirib…..
1-08-2025, 13:01
“Bakı” kinoteatrının qarşısında faciəvi hadisə
31-07-2025, 11:19
Gömrük Komitəsində otağı su basdı - Video
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
Son xəbərlər
  • Dün, 18:51
    İsrail Dohaya hücuma görə məsuliyyəti öz üzərinə götürdü
  • Dün, 18:10
    Naxçıvan-Bakı avtobusuna bilet satışında pozuntu
  • Dün, 16:41
    “BeerLab”da müğənnilər belə performans göstərir-Video
  • Dün, 16:13
    10-OL-016 dövlət nişanlı “Rang Rover”in sahibi Xankəndində olay yaratdı
  • Dün, 15:49
    Abşeronun milyonçu icra nümayəndəsi: Şahlar Həsənov Masazırı necə satır?
  • Dün, 14:37
    Manaf Ağayevin oğluna yüksək vəzifə verildi - FOTO
  • Dün, 13:58
    Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb
  • Dün, 12:52
    Vəzifəli şəxs otelini satışa çıxarıb?
  • Dün, 12:12
    Ölkəyə gizli yolla bu məhsullr gətirilir? Şəbəkənin başında kimlər dayanır?
  • Dün, 11:41
    Yasamalda “Avant” MTK özbaşınalığı… VİDEO
  • Dün, 10:51
    “Perla Mebel” müştərinin başına oyun açdı
  • Dün, 10:25
    “Yolüstü Restoran”ında kartdan-karta əməliyyatı – Vergidən yayınma
  • 8-09-2025, 19:20
    Türkiyə Suriyada hərbi akademiya qurur: hərbçilərə təlim keçəcək
  • 8-09-2025, 18:43
    Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
  • 8-09-2025, 17:49
    Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
  • 8-09-2025, 16:51
    Svetlana Hüseynova ifşa olundu: Təhsil müəssəsində intriqa, konflikt-Şok səs yazıları…
  • 8-09-2025, 16:10
    Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib
  • 8-09-2025, 14:54
    Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovun sahibkarlara qadağası-Video
  • 8-09-2025, 13:39
    Ekologiyanı pulla çirkləndirənlər – ETSN-də rüşvət qalmaqalı
  • 8-09-2025, 13:11
     Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
  • 8-09-2025, 11:44
    Manaf Manafovdan işçilər şikayət edir: Bizim anamızı ağladıb….. VİDEO
  • 8-09-2025, 11:11
    ADSEA əhalini "su qiyamına" təhrik edir.Vətəndaşlar ölkə başçısından kömək istəyirlər
  • 8-09-2025, 10:34
    AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR
  • 8-09-2025, 10:30
    Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili
  • 8-09-2025, 10:05
    Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?
  • 8-09-2025, 09:17
    Plastik cərrah Elnur Mehrəlinin asistenti əməliyyat zamanı belə rəqs edir- Video
  • 8-09-2025, 08:51
    Rafiq Quliyev obyektini icarəyə verib?-Fotofakt
  • 6-09-2025, 18:08
    Təhsil Tələbə Kredit Fondunda özbaşınalıqlar və korrupsiya əməlləri -DETALLAR
  • 6-09-2025, 17:27
    ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
  • 6-09-2025, 16:45
    Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar-Fotofakt
  • 6-09-2025, 13:47
    “Roshen” şokoladından qurd çıxdı-Video
  • 6-09-2025, 12:38
    "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
  • 6-09-2025, 11:53
    “İnşaat Konstruksiyalar” müharibə veteranından külli miqdarda pul alıb mənzilini vermir – MMC-dən daha bir ŞİKAYƏT
  • 6-09-2025, 10:49
    Məşhur xanım jurnalistdən AZAL-a ritorik sual: "AZAL, bu rəzillik deyil, nədir?"
  • 6-09-2025, 10:09
    Mir Cəlal küçəsində qanunsuz tikintiyə hansı məmur icazə verib? VİDEO
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə