• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan böyük dəyişikliklər astanasında: Bələdiyyələr birləşdirilir - Başqa hansı yeniliklər olacaq? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-02-2024, 13:22

Azərbaycan böyük dəyişikliklər astanasında: Bələdiyyələr birləşdirilir - Başqa hansı yeniliklər olacaq?


Azərbaycanda bələdiyyələrin sayı təxminən iki dəfə azaldılır. Qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 700-dən artıq bələdiyyə fəaliyyət göstərəcək.

Artıq bununla bağlı Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.

Yenisabah.az-a danışan Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Tahir Rzayev təşəbbüsü təqdir edib:

“1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilərkən Konstitusiyaya istinad edilmişdi. Bələdiyyələrin birləşməsi, ayrılması və ləğv olması haqqında qanunvericilik də var. O, uzun illərdir qüvvədədir və 2 islahatla bələdiyyələr birləşdirilib. Əvvəllər bələdiyyələrin sayı 2700-dən çox idi, ancaq bu gün 1606 bələdiyyə qalıb. Əlbəttə, birləşmə islahatının keçirilməsi çox faydalıdır və nəticələrdə özünü göstərib.

Qanuna uyğun olaraq, vətəndaşların xahişi ilə hər bir yaşayış məntəqəsində bələdiyyə yaradıla bilər. Ancaq sonrakı müşahidələr göstərdi ki, kiçik bələdiyyələr özünü doğrultmur. Çünki onların torpaq sahəsi, mülkiyyəti yoxdur və maliyyə vəsaitləri həddən artıq azdır. Bu gün bələdiyyələrin sayı olduqca çoxdur. Məsələn, əhalisi Azərbaycan əhalisi qədər olan ölkələrdə təxmini 200-250 bələdiyyə fəaliyyət göstərir. Ona görə də parlamentdə dəfələrlə bu məsələ qaldırılıb.

Bu gün elə bələdiyyələr var ki, onun büdcəsi yoxdur. Buna görə də insanların bələdiyyəyə inamı zəifləyir. Əgər o, yerli əhəmiyyətli sosial-iqtisadi məsələni həll edə bilmirsə, vətəndaş da ona etimad göstərmir. Bələdiyyələr birləşəcəksə onların maliyyə vəsaiti də artacaq. Bu zaman həm idarəetmə yaxşı olacaq, həm də kadrların səviyyəsi yüksələcək.

Bələdiyyələrin bu gün kifayət qədər səlahiyyətləri var. Lakin onların bir çoxu bu səlahiyyətləri müəyyən qaydada həyata keçirə bilmir. İşini görə bilməyən bələdiyyələr yeni səlahiyyətlər istəyir”.

Deputat kiçik kəndlərinin birləşdirilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Kiçik kəndlər mütləq birləşdirilməlidir. Xüsusən, işğaldan azad edilmiş ərazilərdəki kəndlərlə bağlı bu addım mütləq atılmalıdır. Məsələn, Lerikin 167 kəndi var. 80 min əhalisi olan rayon üçün bu rəqəm olduqca çoxdur. Elə kənd var ki, orada cəmi 20 ailə yaşayır. Onlar qaz, su, işıq çəkilməsini, yollarının bərpa olunmasını istəyir. Bu isə mümkün deyil. Yaxud işğaldan azad olunmuş rayon olan Laçında əvvəllər 140-dan çox kənd olub. Məsələn, 10-15 ailə birləşib haradasa oba salıb və o, sonradan kəndə çevrilib. Bu cür kəndlərin birləşdirilməsi nəzərdə tutulur. Məsələn, 5 kənd birləşib 1 kənd olsun. Belə olduqda həm infrastruktur layihələrinin həyata keçirilməsi asanlaşacaq, həm də əhali daha kompakt yaşayacaq. Onların, məktəbi, xəstəxanası və kommunal təminatları da tam təmin olunacaq. Ona görə də xırda kəndlərin birləşdirilməsi düzgün addımdır”.

Deputat Vahid Əhmədov qeyd edib ki, bələdiyyələrlə bağlı ən yaxşı nümunə Türkiyədədir:

“Bələdiyyələrin birləşdirilməsi və onların statusu olduqca ciddi məsələdir. Birləşdirməsi, əlbəttə, çox vacibdir. Qərara alınıb ki, 3000-ə qədər əhalisi olan yaşayan məntəqədə 1 bələdiyyə olsun. Ona görə də xırda kəndlər mütləq birləşdirilməli və yeni bələdiyyələr yaradılmalıdır. Türkiyə modelində məhz belədir, orada böyük bələdiyyələr fəaliyyət göstərir. Belə olduqda bələdiyyənin funksiyaları da artır. Düşünürəm ki, bu lazımi addım olacaq”.

Oxunub: 126
Paylaş:
Digər xəbərlər

Siyasət

16-02-2024, 10:27

Milli Məclisin plenar iclası başlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

19-01-2024, 14:14

Bələdiyyələrin bu vergi tələbi qanunsuzdur - RƏSMİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-12-2023, 10:19

Bələdiyyə seçkilərinin tarixi məlum olub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

13-06-2023, 11:38

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

25-05-2023, 11:07

Bakıdakı sənədsiz evlərə nə olacaq? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sürücülərin nəzərinə!
Kərkicahana yola salınan köç ünvana çatdı
Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
Hadisə
20-12-2025, 18:10
Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
20-12-2025, 18:05
Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
20-12-2025, 13:20
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
19-12-2025, 15:47
9-cu sinif şagirdi ağır xəsarət aldı
18-12-2025, 11:14
34 vətəndaşımız Almaniyadan geri qəbul edildi
17-12-2025, 10:54
Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı
Son xəbərlər
  • 20-12-2025, 18:12
    Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü
  • 20-12-2025, 18:10
    Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
  • 20-12-2025, 18:09
    Sürücülərin nəzərinə!
  • 20-12-2025, 18:08
    Kərkicahana yola salınan köç ünvana çatdı
  • 20-12-2025, 18:07
    Goranboyda 13 yaşlı qız dəm qazından öldü
  • 20-12-2025, 18:05
    Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
  • 20-12-2025, 14:19
    Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
  • 20-12-2025, 13:30
    Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
  • 20-12-2025, 13:27
    Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
  • 20-12-2025, 13:24
    ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun - İlk görüşü keçirildi
  • 20-12-2025, 13:22
    Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
  • 20-12-2025, 13:20
    Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
  • 20-12-2025, 13:18
    Həftəsonunun havası
  • 19-12-2025, 21:09
    Azərbaycanın FİFA referilərinin sayı artdı
  • 19-12-2025, 21:07
    Mirziyoyev İlham Əliyevi təbrik etdi
  • 19-12-2025, 21:05
    Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
  • 19-12-2025, 21:02
    Karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 21:01
    “Fənərbaxça” prezidentinin evində axtarış aparıldı
  • 19-12-2025, 20:59
    Trampın dəstəklədiyi qanun ABŞ-də təsdiqləndi
  • 19-12-2025, 15:50
    “Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”
  • 19-12-2025, 15:48
    "Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
  • 19-12-2025, 15:47
    9-cu sinif şagirdi ağır xəsarət aldı
  • 19-12-2025, 15:45
    Vəkil adından qanunsuz istifadəyə görə cərimələrdə dəyişiklik
  • 19-12-2025, 15:40
    Uşaq ölümlərinin sayı 30 faiz azalıb
  • 19-12-2025, 13:22
    “Prezidentin bu ölkəyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır”
  • 19-12-2025, 13:19
    Onların cəzası 6 ay azaldılacaq
  • 19-12-2025, 13:18
    Ölkə üzrə 3500-dən çox vərəmli xəstə qeydiyyata alınıb
  • 19-12-2025, 13:16
    Si Cinpin Prezidenti təbrik etdi
  • 19-12-2025, 13:14
    Prezidentdən 1,4 milyonluq - Sərəncam
  • 18-12-2025, 14:26
    Bu institutun əməkdaşları təltif edildi - Siyahı
  • 18-12-2025, 14:24
    Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı - Sərəncam
  • 18-12-2025, 14:23
    İlham Əliyev onları təltif etdi - Siyahı
  • 18-12-2025, 14:22
    21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi
  • 18-12-2025, 14:20
    Maşın təyyarəsini zədələdi
  • 18-12-2025, 14:19
    Məcnun Məmmədov Omanın iqtisadiyyat naziri ilə görüşdü
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə