• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gərginlik qırılma xəttinə çatır: Xaos planı ilə Azərbaycan ətrafında yerləşirlər - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-02-2024, 14:22

Gərginlik qırılma xəttinə çatır: Xaos planı ilə Azərbaycan ətrafında yerləşirlər - NƏ BAŞ VERİR?


Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fransa hərbi cəhətdən Ermənistanda yerləşir, artıq Parisdən İrəvana müdafiə yox, hücum silahları da göndəriləcək. Razılaşdırılmış proqrama Fransa hərbi bazalarının dislokasiyası ilə yanaşı, birgə təlimlərin də daxil olduğu bildirilir. Bölgədə yerləşmək istəyən Fransanın hədəfləri nələrdir və bu cəhdlər hansı gəlişmələrə yol aça bilər?

- Fransanın bir məqsədi hansısa formada Güney Qafqazda yerləşməkdir. Son on 10 ildə Afrikadakı müstəmləkələrini itirən Fransa bu prosesdə aktiv rol oynamış Rusiyadan qisas almaq haqda düşünür. Bunu da Rusiyanın “zəif damarı”nda – post-sovet məkanında etməyə çalışır.

Gürcüstan, Moldova, Ukrayna, nəhayət, Ermənistanda baş verənlərdən bunu görürük. Fransa Mərkəzi və Qərbi Afrikadan sıxışdırılıb çıxarılıb, həmin bölgələrdə onun yerlərini Rusiya tutub. Həmçinin Fransa Türkiyə ilə üz-üzə qaldığı Şimali Afrika, xüsusən də Liviyada ciddi uğursuzluqlara düçar olub. Fransa Liviyada qiyamçı Haftar qüvvələrini dəstəkləsə də, məqsədinə çata bilmədi. Şərqi Aralıq dənizində də Türkiyə ilə rəqabətdə uduzdu.

Fransa bu itkilərinin yerini doldurmağa çalışır. İndi Güney Qafqazda yerləşmək istəyən Fransaya bunun üçün bir gərginlik, xaos lazımdır. Bu ölkə Ermənistan üzərindən bölgədə yerləşməklə Güney Qafqaza təsir imkanlarını artırmağa çalışır. Bölgənin təbii sərvətlərindən faydalanmaq, geosiyasi və iqtisadi dividentlər qazanmaq, buradan keçən geostretji beynəlxalq nəqliyyat xətlərinə nəzarət imkanları əldə etmək Fransanın məqsədlərinə daxildir.

Bilirsiniz ki, bölgə, xüsusən də Azərbaycan və Gürcüstan Avropanı enerji resursları ilə təmin edən ciddi nəqliyyat dəhlizlərinə sahibdir. Bunlara nəzarət məsələləri ürəkdən istənilir.

Ən əsası Fransa Qərbi Afrikadan qovulduqdan sonra uranın daşınması ilə bağlı etibarlı nəqliyyat xətlərinə ehtuyac duyur. Çünki Fransanın elektrik enerjisinə olan tələbatının 80 faizdən yuxarısı atom elektrik stansiyalarının hesabına təmin olunur.

Ən vacib məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Qərb, eləcə də Fransa bu dəhlizin Azərbaycan, Türkiyə və Rusiyanın nəzarətində olmasını istəmir. Yüz ildir Türkiyəni türk dünyasından ayıran “Zəngəzur divarı”nın qalmasında maraqlıdırlar. Bu dəhliz açılacaqsa, Qərbdə bunun Fransanın nəzarətində olmasını istəyirlər. Bu dəhlizə nəzarət təkcə geosiyasi və siyasi yox, həm də iqtisadi dividentlər qazandıra bilər.

Fransa bütün bu məqsədlərə görə İkinci Qarabağ Müharibəsindən sonrakı reallığı qəbul etmir, bu səbəbdən də Azərbaycana təzyiqi artırmağa çalışır. Ermənistanın Fransa tərəfindən silahlandırılması, müəyyən təhlükəsizlik təminatlarının verilməsi bu niyyətlərlə bağlıdır.

- Fransa ilə yaxınlaşma Rusiyaya qarşı kəskin ritorika, KTMT-dən çıxma, Gümrüdəki rus hərbi bazalarının çıxarılması mesajları ilə müşayiət olunur. Moskvanın baş verənlərə hazır cavabı varmı?

- Rusiyanın baş verənlər fonunda davranışı təəccüb yaradır. Rusiyaya xas olmayan təmkinli davranış görürük. Adətən belə hallarda Rusiya kobud şəkildə müdaxilə edərək, məsələni zorakı yollarla həll etməyə üstünlük verən dövlətdir. Bunu son olaraq Gürcüstan və Ukraynada gördük.

Qərb və ya Fransanın Güney Qafqazdakı indiki fəallığını həm də Rusiya-Ukrayna savaşı ilə əlaqələndirirəm. Hesab edirəm ki, Qərb son dövrlərdə cəbhədə təşəbbüsü ələ keçirən Rusiyanı zəiflətmək üçün bu istiqamətdə ikinci cəbhə açmağa çalışır. Məqsədlərdən biri də Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır.

Düşünürəm ki, Rusiyanın Ermənistana yetərli qədər təsir imkanları var. Rusiyanın Ermənistanda hərbi bazaları var. Bundan başqa, Ermənistan iqtisadiyyatı, enerji və nəqliyyat sektorunun Rusiyadan böyük asılılığı mövcuddur.

Eyni zamanda, Ermənistanın ixracatının 55 faizdən çoxu Rusiyanın payına düşür. Rusiyada Ermənistan əhalisindən iki dəfə çox erməni yaşayır, bunun 300 mini isə qeyri-qanuni miqrant statusundadır. Bütün bunlar Rusiyanın təsir imkanları kimi qiymətləndirilə bilər. Rusiyanın bunu işə salıb-salmayacağını demək çətindir.

Qənaətimə görə, Rusiyada hesab edirlər ki, hələlik proses “qırmızı xətt”ə çatmayıb. Yəni hələlik baş verənlər Rusiyanın maraqlarına ciddi təhdidlər yaratmır. Üstəgəl, son zamanlarda Ermənistanın ictimai rəyində Rusiyanın nüfuzu ciddi şəkildə aşağı düşüb. Bu da Rusiyaya birbaşa müdaxilə üçün müəyyən problemlər yarada bilər. Bütün hallarda Rusiya bu gedişata çox da susqun qalmayacaq. Hansısa bir məqamda kobud formada proseslərə müdaxilə edə bilər. Çünki “yumşaq güc”dən istifadə nəticə vermədi. Paşinyanın Fransada verdiyi müsahibə də bunu təsdiqlədi.

- Bəs proses Rusiyanın “qırmızı xətt”inə çatacaqmı? Bu durumda Kremlin cavab variantları necə ola bilər?

- Rusiya Ukraynada təşəbbüsü ələ alsa, bu ona ruh yüksəkliyi verə və əlavə dividentlər qazandıra bilər. Bu zaman Ermənistandakı proseslərə müdaxilə etməsi mümkündür. Üstəgəl, formal da olsa, Ermənistanda prezident seçkisi gözlənilir, o vaxta qədər müdaxilənin olacağını gözləmirəm.

Hələlik Fransa ilə Ermənistan arasındakı müzakirələr əməli fəaliyyətə keçməyib. Amma nəzərə alsaq ki, Avropa Birliyinin casus şəbəkəsi “mülki missiya” adı altında Ermənistanda yerləşdirilib, durumun mürəkkəb olduğu bəlli olur. Məncə, Rusiya yaxın bir neçə aya Ermənistanla bağlı qəti qərara gələcək. Çünki proseslər Rusiyanın maraqlarını təhdid edə biləcək müstəvidə inkişaf edir.

- Baş verənlər Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərəcək? Artıq Ermənistan Baş naziri Nikol Paşinyan sülhdən uzaqlaşdığımız mesajları verməyə başlayıb.

- Gözlənilən idi. Məlumdur ki, Ermənistanın dövlət, xüsusən də xarici siyasəti İrəvanda müəyyən olunmur. Ermənistanın adından qərarlar daha çox Paris və digər paytaxtlarda verilir. Ermənistan bu təlimatlara uyğun hərəkət edir. Məsələn, ötən günlərdə Münxendə keçirilən görüşlərdən sonra verilən açıqlamlar, ardınca Paşinyanın Fransaya səfəri göstərdi ki, Ermənistan sülh haqda düşünmür. Ermənistan prosesi uzatmaqla revanş və hansısa situasiyada buna uyğun qərarlar vermək haqda düşünür. Ermənistanın mövqeyi belədir.

Azərbaycan baş verənləri, Ermənistanın davranışlarını izləyir. Düşünürəm ki, Azərbaycan öz maraqlarına ciddi təhdid yaranacağı halda prosesə müdaxilə edəcək. Yaxın gələcəkdə bizi müəyyən narahatedici məqamlar gözləyə bilər. Bunun xüsusən də Gürcüstan istiqamətində olması mümkündür. Əgər Gürcüstan Fransanın təzyiqlərinə tab gətirməyib Ermənistana silahların daşınmasına icazə versə, bu, tərəflər arasında narazılığa gətirib çıxaracaq.

Təsadüfi deyil ki, Qərbin, xüsusən də Fransanın təhriki ilə Gürcüstanla Ermənistan arasında əlaqələr inkişaf edir. Artıq iki ölkə arasında strateji tərəfdaşlıq haqda müqavilə də imzalanıb. Üstəgəl, Gürcüstanın yeni Baş naziri İrakli Kobxidzenin Ermənistana səfər edəcəyi barədə məlumat yayılır.

Oxunub: 92
Paylaş:
Digər xəbərlər

Siyasət

29-02-2024, 15:30

Əllər tətikdə: Bölgə yenidən qarışır - Zəngəzura yol açılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-01-2024, 09:32

KİV: Fransanın Afrikadakı mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-10-2023, 16:00

Cənubi Qafqazda yeni müharibə zəngləri - “İran müdaxilə etsə...” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-10-2023, 10:32

Rusiya İrəvana dözməyəcək – Korotçenko toqquşmanın anonsunu verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-05-2023, 15:30

Fransa silahları Azərbaycana təhlükə törədərsə.... - NƏ ETMƏLİ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sürücülərin nəzərinə!
Kərkicahana yola salınan köç ünvana çatdı
Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
Hadisə
20-12-2025, 18:10
Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
20-12-2025, 18:05
Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
20-12-2025, 13:20
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
19-12-2025, 15:47
9-cu sinif şagirdi ağır xəsarət aldı
18-12-2025, 11:14
34 vətəndaşımız Almaniyadan geri qəbul edildi
17-12-2025, 10:54
Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı
Son xəbərlər
  • 20-12-2025, 18:12
    Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü
  • 20-12-2025, 18:10
    Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
  • 20-12-2025, 18:09
    Sürücülərin nəzərinə!
  • 20-12-2025, 18:08
    Kərkicahana yola salınan köç ünvana çatdı
  • 20-12-2025, 18:07
    Goranboyda 13 yaşlı qız dəm qazından öldü
  • 20-12-2025, 18:05
    Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
  • 20-12-2025, 14:19
    Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
  • 20-12-2025, 13:30
    Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
  • 20-12-2025, 13:27
    Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
  • 20-12-2025, 13:24
    ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun - İlk görüşü keçirildi
  • 20-12-2025, 13:22
    Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
  • 20-12-2025, 13:20
    Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
  • 20-12-2025, 13:18
    Həftəsonunun havası
  • 19-12-2025, 21:09
    Azərbaycanın FİFA referilərinin sayı artdı
  • 19-12-2025, 21:07
    Mirziyoyev İlham Əliyevi təbrik etdi
  • 19-12-2025, 21:05
    Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
  • 19-12-2025, 21:02
    Karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 21:01
    “Fənərbaxça” prezidentinin evində axtarış aparıldı
  • 19-12-2025, 20:59
    Trampın dəstəklədiyi qanun ABŞ-də təsdiqləndi
  • 19-12-2025, 15:50
    “Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”
  • 19-12-2025, 15:48
    "Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
  • 19-12-2025, 15:47
    9-cu sinif şagirdi ağır xəsarət aldı
  • 19-12-2025, 15:45
    Vəkil adından qanunsuz istifadəyə görə cərimələrdə dəyişiklik
  • 19-12-2025, 15:40
    Uşaq ölümlərinin sayı 30 faiz azalıb
  • 19-12-2025, 13:22
    “Prezidentin bu ölkəyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır”
  • 19-12-2025, 13:19
    Onların cəzası 6 ay azaldılacaq
  • 19-12-2025, 13:18
    Ölkə üzrə 3500-dən çox vərəmli xəstə qeydiyyata alınıb
  • 19-12-2025, 13:16
    Si Cinpin Prezidenti təbrik etdi
  • 19-12-2025, 13:14
    Prezidentdən 1,4 milyonluq - Sərəncam
  • 18-12-2025, 14:26
    Bu institutun əməkdaşları təltif edildi - Siyahı
  • 18-12-2025, 14:24
    Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı - Sərəncam
  • 18-12-2025, 14:23
    İlham Əliyev onları təltif etdi - Siyahı
  • 18-12-2025, 14:22
    21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi
  • 18-12-2025, 14:20
    Maşın təyyarəsini zədələdi
  • 18-12-2025, 14:19
    Məcnun Məmmədov Omanın iqtisadiyyat naziri ilə görüşdü
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə