• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ŞƏFALI ƏLLƏR SAHİBİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

27-03-2024, 00:58

ŞƏFALI ƏLLƏR SAHİBİ


Bu gün söhbət açacağımız insan sıradan bir şəxs deyil. Yüzlərlə, bəlkə də minlərlə xəstələri müayinə və müalicə edib normal həyata qaytaran, vətənpərvər həkim Medi Plus Klinikasının həkimi Rəşid Mahmudovdur. Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Nefroloq Dr. Rəşid Mahmudov üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Rəşid həkim həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Bu günədək həkim kimi fəaliyyət göstərən Dr. Rəşid Mahmudov ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Rəşid həkim yaxşı bilir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Rəşid Mahmudov bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.

"Medi Plus" Klinikasının həkimi, Nefroloq Dr. Rəşid Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr. Rəşid Mahmudovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dr. Rəşid Mahmudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Medi Plus" Klinikasının həkimi, Nefroloq Dr. Rəşid Mahmudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Dr. Rəşid Mahmudov – Şəfalı əlləri ilə yüzlərlə insanı həyata qaytarıb, xalqın sevimli loğmanı kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Rəşid həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayırıq. Ona “Şəfalı əllər” qədər”, əsrə bərabər yaşam sevinci diləyirik.

Onu da xüsusilə qeyd etmək istəyirik ki, Dr. Rəşid Mahmudov şəhid ailələri, qazilərə və kimsəszilərə təmənnasız olaraq xidmət edir. Dövlət əhəmiyyətli tədbir və xeyriyyə aksiyalarında yaxından iştirak edir və əlindən gələn köməklikləri göstərir.

Müsahibimizin insanlara tövsiyyəsi:

Böyrək xəstəlikləri hansılardır?


Bədənimizdəki hər orqanda olduğu kimi böyrəklərimizin də bəzi xəstəliklərə tutulma riskləri vardır. İndiki vaxtda məlum olan bir neçə böyrək xəstəliyi vardır, bunlar;
Nefrit: nefronların iltihablaşması nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəlik böyrək çatışmazlığının meydana gəlməsində ən başlıca səbəblərdən biridir.
Böyrək daşları: sidik yollarında yaranan iltihab nəticəsində, əgər bir tıxanma olarsa, buradakı maddələr çökərək bədənimizdə böyrək daşlarını meydana gətirir. Bunun nəticəsində böyrək daşları, böyrəkdə ciddi mənada şiddətli ağrı və qanamalara səbəb olur. Bəzən bu xəstəlikdə sidiyin qanlı çıxdığı da müşahidə olunur.
Böyrək Xərçəngi: Böyrək xərçəngində orta yaş həddi və uşaq şişi olmaqla, iki cür şiş vardır. Orta yaş şişinə “renal hüceyrəli karsinoma” deyilir. Uşaq şişinə isə “vilms şişi” deyilir. Bu iki şişin əlaməti isə, sidiyin qanlı olması və qarındakı sancılı ağrılardır. Əgər şiş erkən diaqnoz edilsə müalicə şansı yüksəkdir.
Böyrək çatışmazlığı: Xroniki böyrək çatışmazlığı böyrəklərin tam olaraq, vəzifəsini yerinə yetirməməsi nəticəsində ortaya çıxır. Bu xəstəliyin olub olmadığını, qanımızdakı qreatini və sidiyi analiz etməklə öyrənmək mümkündür.

ŞƏFALI ƏLLƏR SAHİBİ


Böyrək xəstəliklərinin əlamətləri nələrdir?
Yuxarıda qeyd etdiyimiz böyrək xəstəliklərinin əlamətləri, digər xəstəliklər kimi özünü tez biruzə vermir. Böyrək xəstəliklərinin ümumi əlamətləri isə;
• Tez-tez sidiyəçıxma
• Nəfəs darlığı
• Qarın nahiyəsində davamlı ağrı
• Sidiyin qanlı gəlməsi
• Davamlı bulanma halı
• Sidiyə çıxa bilməmək
• Ayaq və əllərdə şişmə.


Əgər böyrək xəstəliyindən şübhələnirsinizsə, sidik analizi verərək, bu şübhələrdən xilas ola bilərsiniz. 6 aylıq proseslərdə aparılacaq sidik analizləri böyrək xəstəliklərinin erkən diaqnozunda çox əhəmiyyətlidir. Bu zaman müalicə edilmə ehtimalı daha yüksəkdir.
Böyrək xəstəliklərindən xilas olmaq üçün şəfalı bitkilərin faydası böyükdür. Şəfalı bitkilərdən istifadə öncəsi həkiminizlə məsləhətləşərək, təsdiqlədiyi təqdirdə əlavə bir müalicə üsulu kimi qəbul edə bilərsiniz.
Böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkilər bunlardır;
•Badam: Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür.
•Paxla: Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları da salmağa kömək edir.
•Çiyələk: Sidik yollarını təmizləməyə çox kömək olur.
•Gicitkan: Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını da təmizləyir.
•Cəfəri: Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.
• Turp: Böyrəklərdə olan mikrobları öldürərək , böyrəkdə olan daş və qumların tökülməsinə kömək edir.
• Üzüm: Böyrək qumları və daşlarının salınmasına kömək olur .
Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır.

Böyrək xəstəlikləri zamanı xəstələr bel nahiyyəsindən ağrılar, sidik ifrazı aktının və ifraz olunan sidiyin miqdarının, rənginin pozulması, ödemlər, baş ağrıları, baş gicəllənməsindən şikayət edirlər. Bəzi xəstələr isə görmənin zəifləməsi, ürək nahiyyəsində ağrı, təngnəfəslik, iştahasızlıq, ürəkbulanma, qusma, hərarətin yüksəlməsindən narahat olurlar.

Bəzən əlamətlər uzun illər xəstələri narahat etmir. Belə halda xəstələrdə tədricən böyrəklərin büzüşməsi baş verir və ancaq xroniki böyrək çatışmazlığının aşkar kliniki əlamətləri meydana çıxdıqda xəstə həkimə müraciət edir.

Böyrək xəstəlikləri zamanı ağrının lokalizasiyasının təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Böyrək mənşəli ağrılar əsasən bel nahiyyəsində, qabırğa altı sahədə olur. Sidik axarının patoloji dəyişiklikləri zamanı ağrılar sidik axarı boyunca qarının aşağı yan hissəsində baş verir. Sidik axarının patolojiyalarında ağrılar bel və bud nahiyyələrə də vurur.

Böyrək ağrıları birtərəfli və ikitərəfli ola bilir. Xarakterinə görə ağrılar küt və sançılar şəklində, vaxtaşırı və daimi ola bilir.

Böyrək nahiyyəsində küt ağrılar kəskin qlomerulonefritdə, kəskin pielonefritdə, paranefritdə, ürək dekompensasiyasında, böyrək xərçəngingə olur.

Sancışəkilli ağrılar böyrəkdaşı xəstəliyində, sidik axarının qan laxtası və irinlə tutulması zamanı, yaxud patoloji hərəkətli böyrəyin sidik axarının bükülməsi nəticəsində meydana gəlir.

Böyrək sancısı birdən-birə böyrək nahiyyəsində kəskin, bəzən tədricən başlayaraq getdikcə şiddətlənir, bir-neçə saatdan tutmuş, bir-neçə günə qədər davam edə bilir. Adətən böyrək sancısı gəzdikdən və ya avtomobillə hərəkət etdikdən sonra baş verir.

Böyrək sancısı adətən birtərəfli olub, böyrək nahiyyəsindən başlayaraq qarın, qasıq və bud nahiyyəsinə, cinsiyyət orqanlarına vurur. Böyrək sancıları zamanı xəstə ağrının şiddətindən yataqda müxtəlif vəziyyətlərdə oturmağa çalışır. Sancılar baş verdikdə xəstədə ürəkbulanma, qusma baş verir, xəstənin nəbzi tezləşir, temperatur bəzi hallarda qalxır. Böyrək sancısının baş verməsinə böyrək ləyəninin və sidik axarının daşları, böyrək sallanması, hidronefroz, böyrək vərəmi, xərçəng və pieloinefrit ola bilir.

Böyrək xəstəlikləri zamanı xəstəliyə diaqnoz qoymaq üçün kompyuter tomoqrafiyasının, USM və labotator müayinələrin nəticələri əsas götürülür.

Müalicə əsasən həkim tərəfindən aparılır. Böyrək xəstəlikləri zamanı xalq təbabəti vasitələrindən də geniş istifadə edilir, xəstəyə isti vanna edilir və isitqac qoyulur.

Hər xəstəliyin forma və dərəcəsinə görə müalicəsi spesifikdir.

Böyrəyin iltihabi xəstəlikləri ilə mübarizədə antibiotiklər, virusəleyhinə, qeyri-sterioid iltihab əleyhinə preparatlar təyin olunur.
Kasa-ləyən sisteminin mexaniki genişlənməsi, yəni böyrək daşı zamanı litotripsiya (daşın lazerlə parçalanması) və ya bir neçə gün isti vanna qəbulu, ağrıkəsici preparatlar, qeyri-steroid dərmanlar, kanal genişləndiricilər məsləhət görülür.
Böyrək çatışmazlığında dializ, ağır formada böyrək transplantasiyası həyata keçirilir.
Nefroptozda xüsusi gimnastika, sallanmanın dərəcəsi yüksək olduqda isə cərrahi əməliyyat göstəriş sayılır.


Xülasə

Böyrək xəstəlikləri əslində müalicəyə tabe olan patologiyalardır. Ağırlaşma baş vermədən tədbir görüldükdə prosesin geriyə sorulmasına nail olmaq mümkündür. Böyrəklərin orqanizmdə çox önəmli vəzifə daşıdığını nəzərə alaraq, bu tip xəstəliklərə laqeyd yanaşmamağı tövsiyə edirik.

Oxunub: 155
Paylaş:
Digər xəbərlər

Hadisə

27-02-2024, 11:17

Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü - KİV [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma / Dünya / Maraqlı

6-02-2024, 09:00

ABŞ və Rusiyada qripi necə müalicə edirlər - Təcili yardım pulludur? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Mədəniyyət

14-12-2023, 11:14

Bu gün ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-11-2023, 16:15

Dr. Rəşid Mahmudov – Şəfalı əlləri ilə yüzlərlə insanı həyata qaytarıb, dərdlərinə şərik olub, sevinclərini bölüşüb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-06-2023, 15:00

Yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Hadisə
Dün, 17:27
Ratko Mladiç öldü
25-08-2026, 14:51
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
24-08-2026, 09:22
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Son xəbərlər
  • Dün, 17:27
    Ratko Mladiç öldü
  • Dün, 17:01
    Məşhur musiqi qrupu dağıldı
  • Dün, 16:17
    Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
  • Dün, 16:03
    Prezident “Sabah”a 5 milyon ayırdı
  • Dün, 16:01
    “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
  • Dün, 15:33
    “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
  • Dün, 15:33
    Pakistan səfirliyinə mətbuat və mədəniyyət işləri üzrə konsul təyin olunub
  • Dün, 14:54
    Pakistan səfirliyinə mətbuat və mədəniyyət işləri üzrə konsul təyin olunub
  • Dün, 14:27
    Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək
  • Dün, 13:08
    İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb
  • Dün, 12:14
    Məktəbli geyimlərin qiyməti aşağı salındı – SATIŞ ÜNVANLARI
  • Dün, 11:45
    FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • Dün, 09:47
    AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
  • Dün, 08:58
    BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
  • 26-08-2026, 18:06
    Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
  • 26-08-2026, 17:45
    Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
  • 26-08-2026, 17:15
    Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
  • 26-08-2026, 16:50
    Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
  • 26-08-2026, 16:13
    Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
  • 26-08-2026, 15:43
    10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
  • 26-08-2026, 15:23
    Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
  • 26-08-2026, 13:19
    Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
  • 26-08-2026, 12:30
    Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
  • 26-08-2026, 11:19
    Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
  • 26-08-2026, 10:37
    Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • 26-08-2026, 09:55
    Bu gün Laçın Şəhəri Günüdür
  • 26-08-2026, 09:29
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 25-08-2026, 18:42
    Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
  • 25-08-2026, 18:12
    Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
  • 25-08-2026, 17:57
    Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 25-08-2026, 17:03
    Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
  • 25-08-2026, 16:47
    Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
  • 25-08-2026, 16:08
    Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • 25-08-2026, 15:54
    Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
  • 25-08-2026, 15:23
    Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə