• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kamil Qənbərov ona etibar edilən işi şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-09-2023, 13:54

Kamil Qənbərov ona etibar edilən işi şərəflə yerinə yetirir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Yardımlı Rayon Vərov bəldiyyəsinin sədri Qənbərov Kamil barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yardımlı Rayon Vərov bəldiyyəsinin sədri Kamil Qənbərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Kamil Qənbərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Kamil Qənbərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kamil Qənbərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yardımlı Rayon Vərov bəldiyyəsinin sədri Qənbərov Kamil - Məlum olduğu kimi, sentyabrın 18-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə bir çox xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı onu göstərir ki, beynəlxalq ictimaiyyət 30 il ərzində erməni işğalı ilə üz-üzə qalmış Azərbaycanın başına gələn müsibətlərə heç də biganə deyil. Bu, konfransın əhəmiyyətini və mövzunun aktuallığını artıran əsas amillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu nümayiş etdirir. Ölkə başçısı tədbiri ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsi kimi dəyərləndirmişdir.

Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 4 minədək vətəndaşımız itkin düşmüş, onlardan 900-ə yaxını əsir-girov götürülmüş və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmışdır. Mötəbər sübutlara və postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa-quruculuq işləri zamanı aşkar olunan faktlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır. Qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmiş və artıq itkin düşmüş 25 nəfərin eyniləşdirilməsi mümkün olmuşdur. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.

Cənab İlham Əliyev öz müraciətində 1993-cü ildə yaradılmış Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu illər ərzində göstərdiyi fəaliyyətə də yüksək qiymət vermişdir.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geosiyasi reallıqların yaranması ilə yanaşı Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün də yeni imkanlar açılmışdır. Azərbaycan hökuməti bütün mümkün vasitələrdən istifadə etməklə məsələni beynəlxalq hüquq müstəvisində araşdırılması üçün səylərini davam etdirməkdədir. Qlobal problemə çevrilmiş itkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında Azərbaycan tərəfindən xüsusi qabardılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə layihəsi təqdim edir. Bundan əlavə, dövlətimizin başçısı bu şəxslərlə bağlı BMT sistemində xüsusi mexanizmin yaradılmasına dair təklif irəli sürmüşdür. Rəsmi İrəvanisə öz xislətinə sadiq qalaraq beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq bu şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Yaranmış vəziyyətə siyasi qiymət verən Prezident İlham Əliyev Ermənistanın hüquqazidd davranışının səbəblərinə aydınlıq gətirmiş və beynəlxalq ictimaiyyətə çağırış etmişdir: “Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir”.

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eyni zamanda, sülhyaratma proseinin sürətləndirilməsi baxımından da vacibdir. Dövlət başçımızın konfrans iştirakçılarına müraciətində bu sahədə əməkdaşlığın effektiv etimad quruculuğu tədbirlərindən birinə çevrilə biləcəyi ilə bağlı mövqeyi ifadə olunmuşdur.

Azərbaycan hökumətinin və diplomatiyasının itkin düşmüş şəxslərlə bağlı göstərdiyi ardıcıl səylər tezliklə bu sahədə müsbət nəticələrin əldə olunacağına ümidləri artırır. Bununla bağlı Azərbaycan paytaxtında təşkil olunmuş və geniş təmsilçiliyi ilə seçilən konfrans da beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi aktual məsələyə cəlb olunması üçün mühüm vasitədir.

Oxunub: 174
Paylaş:
Digər xəbərlər

---

18-09-2023, 13:20

Daməd Əliyev: Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-09-2023, 11:32

Almirzə Şahverənov öz şərəfli işində əlindən gələni əsirgəmir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

14-09-2023, 11:52

Ziyəddin Quliyev şəhid ailələrinə xüsusi diqqət göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-09-2023, 12:48

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əli Əliyevin diqqətindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 12:42

ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan insan Hacı Eldayaq Huseynov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
Hadisə
Bugün, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Dün, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
12-08-2026, 11:04
Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb
11-08-2026, 12:14
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
11-08-2026, 10:25
Babək prospektində avtomobil salonu yanıb
10-08-2026, 09:43
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Son xəbərlər
  • Bugün, 16:34
    Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
  • Bugün, 15:44
    İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
  • Bugün, 14:45
    İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
  • Bugün, 13:26
    Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
  • Bugün, 12:55
    İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
  • Bugün, 12:01
    Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
  • Bugün, 11:09
    FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
  • Bugün, 10:19
    Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
  • Bugün, 09:48
    “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
  • Bugün, 09:21
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
  • Dün, 18:45
    “Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır
  • Dün, 18:02
    ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
  • Dün, 17:23
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:50
    SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub
  • Dün, 15:36
    Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
  • Dün, 15:03
    "KƏPƏZ HOSPİTAL" İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR
  • Dün, 14:54
    Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb
  • Dün, 13:28
    Sabah 37 dərəcə isti olacaq
  • Dün, 12:37
    Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib
  • Dün, 11:56
    Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib
  • Dün, 11:12
    9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
  • Dün, 10:53
    Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək
  • Dün, 10:32
    Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
  • Dün, 09:36
    Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
  • Dün, 09:18
    Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir
  • Dün, 08:55
    Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • 13-08-2026, 17:55
    Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
  • 13-08-2026, 17:54
    Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
  • 13-08-2026, 16:53
    Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq
  • 13-08-2026, 16:53
    Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq
  • 13-08-2026, 16:16
    Rotterdam limanında partlayış olub, ölən var
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə