• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cəsarət Qasımov: Azərbaycan hökumətinin və diplomatiyasının itkin düşmüş şəxslərlə bağlı göstərdiyi ardıcıl səylər tezliklə bu sahədə müsbət nəticələrin əldə olunacağına ümidləri artırır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-09-2023, 14:37

Cəsarət Qasımov: Azərbaycan hökumətinin və diplomatiyasının itkin düşmüş şəxslərlə bağlı göstərdiyi ardıcıl səylər tezliklə bu sahədə müsbət nəticələrin əldə olunacağına  ümidləri artırır

Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Məlum olduğu kimi, sentyabrın 18-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə bir çox xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı onu göstərir ki, beynəlxalq ictimaiyyət 30 il ərzində erməni işğalı ilə üz-üzə qalmış Azərbaycanın başına gələn müsibətlərə heç də biganə deyil. Bu, konfransın əhəmiyyətini və mövzunun aktuallığını artıran əsas amillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu nümayiş etdirir. Ölkə başçısı tədbiri ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsi kimi dəyərləndirmişdir.

Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 4 minədək vətəndaşımız itkin düşmüş, onlardan 900-ə yaxını əsir-girov götürülmüş və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmışdır. Mötəbər sübutlara və postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa-quruculuq işləri zamanı aşkar olunan faktlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır. Qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmiş və artıq itkin düşmüş 25 nəfərin eyniləşdirilməsi mümkün olmuşdur. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.

Cənab İlham Əliyev öz müraciətində 1993-cü ildə yaradılmış Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu illər ərzində göstərdiyi fəaliyyətə də yüksək qiymət vermişdir.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geosiyasi reallıqların yaranması ilə yanaşı Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün də yeni imkanlar açılmışdır. Azərbaycan hökuməti bütün mümkün vasitələrdən istifadə etməklə məsələni beynəlxalq hüquq müstəvisində araşdırılması üçün səylərini davam etdirməkdədir. Qlobal problemə çevrilmiş itkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında Azərbaycan tərəfindən xüsusi qabardılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə layihəsi təqdim edir. Bundan əlavə, dövlətimizin başçısı bu şəxslərlə bağlı BMT sistemində xüsusi mexanizmin yaradılmasına dair təklif irəli sürmüşdür. Rəsmi İrəvanisə öz xislətinə sadiq qalaraq beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq bu şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Yaranmış vəziyyətə siyasi qiymət verən Prezident İlham Əliyev Ermənistanın hüquqazidd davranışının səbəblərinə aydınlıq gətirmiş və beynəlxalq ictimaiyyətə çağırış etmişdir: “Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir”.

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eyni zamanda, sülhyaratma proseinin sürətləndirilməsi baxımından da vacibdir. Dövlət başçımızın konfrans iştirakçılarına müraciətində bu sahədə əməkdaşlığın effektiv etimad quruculuğu tədbirlərindən birinə çevrilə biləcəyi ilə bağlı mövqeyi ifadə olunmuşdur.

Azərbaycan hökumətinin və diplomatiyasının itkin düşmüş şəxslərlə bağlı göstərdiyi ardıcıl səylər tezliklə bu sahədə müsbət nəticələrin əldə olunacağına ümidləri artırır. Bununla bağlı Azərbaycan paytaxtında təşkil olunmuş və geniş təmsilçiliyi ilə seçilən konfrans da beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi aktual məsələyə cəlb olunması üçün mühüm vasitədir.

Oxunub: 171
Paylaş:
Digər xəbərlər

---

18-09-2023, 13:54

Kamil Qənbərov ona etibar edilən işi şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-09-2023, 12:34

DTX rəisindən İrəvana çağırış [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-09-2023, 12:14

Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-09-2023, 10:39

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-08-2023, 11:43

Ombudsman Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
Saleh Məmmədov bir milyard manat talan edib?
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
  • Bugün, 12:24
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Bugün, 11:55
    İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
  • Bugün, 11:22
    Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
  • Bugün, 10:55
    Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
  • Bugün, 10:10
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • Bugün, 09:26
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • Dün, 18:26
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • Dün, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • Dün, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • Dün, 16:44
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • Dün, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • Dün, 14:39
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • Dün, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • Dün, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • 1-04-2026, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • 1-04-2026, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • 1-04-2026, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • 1-04-2026, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
  • 1-04-2026, 15:26
    Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib
  • 1-04-2026, 13:47
    İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
  • 1-04-2026, 13:23
    Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir
  • 1-04-2026, 12:31
    Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT
  • 1-04-2026, 11:24
    TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
  • 1-04-2026, 10:58
    Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO
  • 1-04-2026, 10:23
    Budaqov Nəsimidə qaz vurub qazan doldurur... - BİRİ ÜÇƏ VURUR...
  • 1-04-2026, 09:45
    “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib? Fotofakt
  • 1-04-2026, 09:16
    Gəncə Dəyirman MMC-dən İYRƏNCLİK: UNUN İÇİNDƏ SİÇOVUL QUYRUĞU... - ÖZBAŞINA QALIBLAR...
  • 31-03-2026, 18:01
    Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
  • 31-03-2026, 17:38
    “Doktor Davud” klinikasında "bozbaş həkim"lər çalışır - 6 min cərimələdilər...
  • 31-03-2026, 16:36
    Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
  • 31-03-2026, 16:00
    Günəş çıxdı, qanunsuz tikintilər başladı- Nizami rayonundan daha bir görüntü- Video
  • 31-03-2026, 15:24
    26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
  • 31-03-2026, 14:47
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • 31-03-2026, 14:46
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə