• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəşad Cəbrayılov: Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-02-2024, 23:47

Rəşad Cəbrayılov: Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir



Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - 7 fevral 2024-cü il prezident seçkiləri artıq tarixə qovuşsa da onun özəlliyi, digər seçkilərdən fərqləndirən məqamları və bunların fonunda Yeni Azərbaycan Partiyasının (YAP) Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Fevralın 7-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması şəraitində keçirilən və tarixə Zəfər seçkiləri kimi yazılan bu seçkilərin bütün ölkə ərazisini əhatə etməsi, dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərindəki 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermələri qürurverici hadisələr sırasında oldu. Cənab İlham Əliyev Xankəndi şəhərində səs verməklə bir daha bütün dünyaya belə bir mühüm mesajı ünvanladı ki, bu torpaqlar bizim tarixi torpaqlarımızdır və biz burada əbədi olacağıq!
Rəşad Cəbrayılov: Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir

Suverenliyimizin bərpası ilə həyatında yeni dövr başlayan Azərbaycan 7 fevral prezident seçkilərini azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirməklə özünün demokratik inkişaf tarixinə yeni parlaq səhifəni yazdı. Seçki prosesini 72 beynəlxalq təşkilatın və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçinin izlədiyini, 109 beynəlxalq media qurumunun 216 təmsilçisinin işıqlandırdığını nəzərə alsaq bu siyasi kampaniyaya beynəlxalq diqqətin böyüklüyünü aydın şəkildə görə bilərik. Azərbaycan demokratik inkişafı, dövlət başçısı İlham Əliyev isə növbəti inamlı qələbəsi ilə bu gün dünyanın diqqətindədir. “Exitt-poll”un nəticələrinin ardınca Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı ilkin nəticələri açıqladıqdan dərhal sonra ölkənin hər bir guşəsində keçirilən bayram şənlikləri, cənab İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər biri Azərbaycanın, onun qalib Liderinin beynəlxalq arenada gündən-günə artan nüfuzunun təqdimatıdır. Tarixi Zəfərimizlə yeni reallıqların müəllifi kimi ölkəmizin sözünün imzası qədər dəyərini artıran cənab İlham Əliyevin son 20 illik Prezidentlik fəaliyyətinin təqdimatı olan bu təbrik məktublarının hər birində Azərbaycanın Zəfərdən-Zəfərə böyük inamla irəliləməsi təqdir edilir. Məhz buna görə cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi növbəti zəfərlərin başlanğıcı kimi dəyərləndirilir, Azərbaycan xalqını qürurlandıracaq uğurların miqyasının bundan sonra da ölçüyəgəlməzliyi böyük inamla vurğulanır. Bu seçkilər bir daha liderlik fenomeninin dövlətin inkişafında və dövrün çağırışlarının düzgün cavablandırlmasında həlledici roluna işıq saldı.

Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının, xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığının göstəricisi olmaqla yanaşı, cənab İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi 15 oktyabr 2003-cü il tarixdən bugünədək gördüyü titanik işlərin, Azərbaycanın qazandığı möhtəşəm uğurların təqdimatı və onlara yol açan qətiyyətli siyasətə verilən dəyərdir. Prezident İlham Əliyev qətiyyətinin zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Xalqımız bu dəstəyi, etimadı ilə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunu da təsdiqləmiş oldu. Xalq Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyalarına sədaqətini, Prezident İlham Əliyevin gələcəyə hesablanmış, Azərbaycanı Zəfərdən-Zəfərə aparan siyasətinə dəstəyini ifadə etdi. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” vədini verərək son 20 ildə uğurlu addımları ilə Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. O Azərbaycan ki, hazırda tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb, Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Ötən il tariximizin növbəti Zəfər səhifəsinin yazılması ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Bu yeni dövr məhz növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi.

20 il zaman baxımından qısa dövr olsa da uğurların miqyası baxımından zəngin dövrdür. Ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, 20 ildə verilən bütün vədlər, qarşıya qoyulan bütün vəzifələr icra edilib. Azərbaycan bu illər ərzində bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan tarixi Zəfərinin reallıqları əsasında regionda və dünya siyasətində yeniliklərə nail oldu. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın Zəfərdən-Zəfərə inamla irəliləməsində də qətiyyətli və yenilməz Lider amilinin rolu inkaredilməzdir.

Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi milli qürurumuz özümüzə qayıtdı. Kimliyimizin, qürurumuzun təqdimatı olan üçrəngli Bayrağımız bu gün işğaldan azad edilən bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Ümumilikdə 20 il Azərbaycanın tarixinə saysız-hesabsız uğur səhifələrinin yazılması ilə yadda qaldı. Dövlət başçısı İlham Əliyev bu ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın haradan haraya gəlib çıxması ilə bağlı sualı cavablandırarkən bu mühüm məqamı xüsusi qeyd etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu reallıq da qeyd edildi ki, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə Azərbaycan xalqı əsası 1993-cü ildə qoyulmuş Heydər Əliyev siyasətinə bir daha dəstək verdi.

Dövlət başçısı İlham Əliyev çıxışlarında, xalqa müraciətlərində “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir” fikirlərini böyük inamla ifadə edərək hər dövrün çağırışlarının düzgün cavablandırılmasının Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırır. Əsrə bərabər 20 ilin zirvəsində hər zaman qürur duyduğumuz tarixi Zəfərimiz, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması dayanır. Adını müasir tariximizə qalib xalqın qalib Lideri kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin 7 fevral 2024-cü il tarixli prezident seçkilərində böyük qələbəsi də bu reallığı təsdiqlədi ki, xalqımız yeni dövrün yeni hədəflərini qalib Lideri ilə birgə həyata keçirmək istəyir. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu müddətdə 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Artıq soydaşlarımızın qayıtdığı ünvanların sayı artmaqdadır. Bu il Füzuli və Laçın şəhərlərinin sırasına Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də daxil olacaq. Bu günədək azad olunmuş ərazilərə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlar 7 fevral prezident seçkilərində ilk dəfə doğma yurd-yuvalarında səs verərək bu sevinci yaşadılar. Hədəflər sırasında Qərbi Azərbaycana qayıdışımız da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir. Xalqımız əmindir ki, bu hədəfə də tezliklə nail olacağıq. Təbii ki, 20 ilin uğurlarını, eyni zamanda, qarşıdakı dövrün hədəflərini bir yazı çərçivəsində tam əhatə etmək mümkün deyil. Reallıq budur ki, xalqımız Azərbaycanın Heydər Əliyev yolu ilə irəliləməsini istəyir. Vətəndaşlarımız hər bir seçkidə bu siyasətə dəstəyini, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə təsdiqləyir. Dövlət başçısına ünvanlanan təbrik məktublarında qeyd edildiyi kimi, bu gün öz xalqının həqiqi müdrik Liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti yeni zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır.

Oxunub: 135
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

7-02-2024, 11:05

İlham Əliyev ailəsi ilə Xankəndidə səs verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-01-2024, 12:18

Rəşad Cəbrayılov: Qalib Liderə etimad sonsuzdur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-12-2023, 16:26

Rəşad Cəbrayılov: Xalqın bir seçimi var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-12-2023, 11:08

Hafiz Kərimov: Xalqın etimadını doğruldan Prezident [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-07-2023, 12:36

Rəşad Cəbrayılov: Cəsarətli və qətiyyətli [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
"Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Hadisə
25-06-2026, 09:54
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
24-06-2026, 17:19
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
23-06-2026, 09:36
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
22-06-2026, 16:44
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
22-06-2026, 09:30
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
20-06-2026, 15:31
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Son xəbərlər
  • Bugün, 16:45
    Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
  • Bugün, 15:16
    Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı "Saki" aerodromuna zərbə endirib
  • Bugün, 14:29
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
  • Bugün, 12:56
    Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar
  • Bugün, 12:23
    Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bugün, 11:04
    Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
  • Bugün, 10:23
    "Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
  • Bugün, 09:44
    Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək
  • Dün, 18:58
    Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
  • Dün, 18:29
    Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
  • Dün, 17:35
    Suriya və Livan arasında razılaşma imzalanıb
  • Dün, 16:54
    Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
  • Dün, 16:11
    Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
  • Dün, 15:25
    Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
  • Dün, 14:57
    Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
  • Dün, 13:12
    AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
  • Dün, 12:34
    KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
  • Dün, 11:43
    "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
  • Dün, 10:31
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
  • Dün, 09:47
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
  • Dün, 09:01
    İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
  • 1-07-2026, 17:06
    Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
  • 1-07-2026, 16:36
    AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
  • 1-07-2026, 15:52
    Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
  • 1-07-2026, 15:19
    Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
  • 1-07-2026, 14:52
    "Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
  • 1-07-2026, 14:25
    AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
  • 1-07-2026, 12:21
    Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
  • 1-07-2026, 11:56
    Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
  • 1-07-2026, 11:19
    Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
  • 1-07-2026, 10:48
    Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
  • 1-07-2026, 10:04
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 09:42
    Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
  • 1-07-2026, 09:14
    BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə