• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

1-10-2026, 16:07

BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
Azərbaycan mediasında yeni rəqəmsal yayım mərhələsinin əsas iştirakçılarından birinə çevrilməyi hədəfləyən BTV Xəbər fəaliyyətində yeni mərhələyə start verir.

“Qafqazinfo” xəbər verir ki, 5 avqust 2026-cı ildə rəsmi fəaliyyətə başlayan BTV Xəbər qısa müddətdə xəbər portalından çoxplatformalı rəqəmsal media qurumuna çevrilmək istiqamətində genişmiqyaslı inkişaf strategiyası həyata keçirir.

BTV Xəbərin əsas informasiya platforması btvxeber.comportalıdır. Bununla yanaşı, media qurumu “Facebook”, “Instagram”, “YouTube” və “TikTok” kimi aparıcı rəqəmsal platformalarda fəaliyyət göstərərək xəbərləri operativ şəkildə müxtəlif formatlarda auditoriyaya təqdim edir.

BTV Xəbərin təsisçisi Sahil İmanov, baş redaktoru isə Mais Ağayevdir. Media qurumunda qarşıdakı mərhələ üçün yeni simaların komandaya cəlb olunması istiqamətində də proses aparılır. Jurnalistika, televiziya, prodakşn, operatorluq, montaj və rəqəmsal media sahəsində peşəkarların BTV Xəbər komandasına cəlb edilməsi nəzərdə tutulur.BTV Xəbərin yeni strategiyası yalnız xəbər saytının inkişafı ilə məhdudlaşmır. Qarşıya qoyulan əsas məqsəd rəqəmsal platforma yayımçısı formatında fəaliyyət göstərən yeni nəsil media modeli formalaşdırmaqdır.

Bu istiqamətdə ən mühüm mərhələlərdən biri isə 2026-cı ilin oktyabr ayından etibarən BTV Xəbərin platforma yayımçısı kimi fəaliyyətinin genişləndirilməsi olacaq.

Hazırda bununla bağlı kanalın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər aparılır. Studiyanın və çəkiliş imkanlarının yenilənməsi, müasir texniki avadanlıqların tətbiqi, efir imkanlarının genişləndirilməsi və yayım prosesinin yeni texnologiyalar əsasında qurulması əsas prioritetlər sırasındadır.

BTV Xəbərin yeni mərhələsində “YouTube” üzərindən canlı yayım xüsusi yer tutur. Layihənin reallaşdırılması ilə kanalın günün əsas hadisələrini canlı şəkildə təqdim etməsi, hadisə yerlərindən birbaşa bağlantılar həyata keçirməsi, xüsusi buraxılışlar, müsahibələr, xəbər bülletenləri və müxtəlif proqram formatları təqdim etməsi planlaşdırılır.

Beləliklə, BTV Xəbər yalnız xəbəri internetdə yayımlayan platforma olmaqdan çıxaraq xəbərin hazırlanmasından canlı efirə qədər bütün mərhələləri özündə birləşdirən rəqəmsal media sisteminə çevrilməyi hədəfləyir.

Kanalın inkişaf strategiyasında xüsusi reportajlar, eksklüziv müsahibələr, hadisə yerindən operativ bağlantılar, araşdırma materialları, vətəndaş müraciətləri və gündəmin əsas mövzularına dair video kontentin genişləndirilməsi də nəzərdə tutulur.

BTV Xəbərin rəhbərliyi hesab edir ki, müasir media yalnız sürətli xəbər yaymaqla kifayətlənməməli, xəbərin hazırlanması, yoxlanılması, təqdim olunması və auditoriyaya çatdırılması prosesini vahid rəqəmsal sistemə çevirməlidir.Məhz bu yanaşma BTV Xəbərin qarşıdakı mərhələdəki əsas xəttini təşkil edir: peşəkar jurnalistika, operativ xəbər, güclü komanda, müasir texnologiyalar, canlı yayım və çoxplatformalı media.

BTV Xəbər qarşıdakı dövrdə yeni simaların komandaya cəlb edilməsi, maddi-texniki bazanın gücləndirilməsi və rəqəmsal yayım imkanlarının genişləndirilməsi ilə Azərbaycan media məkanında yeni format formalaşdırmağa hazırlaşır.

Yeni mərhələ artıq başlayır. BTV Xəbər rəqəmsal mediadan rəqəmsal yayımçılığa keçid edir.
BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş

Oxunub: 33
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

21-08-2026, 14:20

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

7-04-2026, 15:28

Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-03-2026, 13:11

Adil Əliyev də Mais Məmmədova bata bilmədi - Oliqarx MKTB rəisi kimdir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
12-10-2026, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
12-10-2026, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
10-10-2026, 18:12
İsmayıllıda ev və köməkçi tikili yanıb
10-10-2026, 18:09
Bakıda 2 sərnişin avtobusu toqquşdu
10-10-2026, 18:08
Qadını şantaj edən gənc həbs olundu
10-10-2026, 18:07
Salyanda kişi balıq bişirməyən arvadını döydü
Son xəbərlər
  • 12-10-2026, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • 12-10-2026, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • 12-10-2026, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    İlham Əliyev və Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər
  • 12-10-2026, 12:50
    Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
  • 12-10-2026, 11:56
    Azərbaycanda maaşlar artıb
  • 12-10-2026, 11:55
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 12-10-2026, 11:14
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 10-10-2026, 18:12
    İsmayıllıda ev və köməkçi tikili yanıb
  • 10-10-2026, 18:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 18:11
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 18:10
    Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  • 10-10-2026, 18:10
    İtkin düşmüş 8 nəfər ötən gün tapılıb
  • 10-10-2026, 18:09
    Bakıda 2 sərnişin avtobusu toqquşdu
  • 10-10-2026, 18:08
    Qadını şantaj edən gənc həbs olundu
  • 10-10-2026, 18:08
    Bu yollarda məhdudiyyət olacaq
  • 10-10-2026, 18:07
    Salyanda kişi balıq bişirməyən arvadını döydü
  • 10-10-2026, 18:07
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 9-10-2026, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • 9-10-2026, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • 8-10-2026, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • 8-10-2026, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • 8-10-2026, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • 8-10-2026, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • 8-10-2026, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 8-10-2026, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə