Tovuz rayonunun Azaflı kəndində Vətən uğrunda canından keçən igidlərin əziz xatirəsini yaşatmaq məqsədilə yeni bulaq kompleksi istifadəyə verilib. Bulaq üzərində kəndin 7 şəhidinin portretləri yerləşdirilib və bu, həm sakinlər, həm də ziyarətçilər üçün xüsusi bir xatirə məkanı yaradıb.
Layihənin təşəbbüskarları bildiriblər ki, bulağın inşası şəhidlərin adının daim yad edilməsi, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi daşıyır. Sakinlərin sözlərinə görə, bulaq həm estetik görünüşü, həm də xatirə dəyəri ilə kəndin simasına xüsusi rəng qatıb.
Tədbir iştirakçıları şəhidlərin ruhuna dualar oxuyaraq onların qəhrəmanlıqlarını bir daha yad ediblər.