• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

23-05-2025, 16:07

Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL


İranın İrəvandakı səfiri Mehdi Sobhani Ermənistan mediasına açıqlamasında yenə Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirib. Sobhani iddia edib ki, “Zəngəzur dəhlizi açılmayacaq”. Ardınca rəsmi Bakının ünvanına “Heç bir məsələni güc yolu ilə həll etmək olmaz” mesajını göndərib. İran səfiri bu sözləri ilə Azərbaycanı “hərbi güc tətbiq etməkdə” ittiham edir və “buna imkan verməyəcəklərini” bildirir.

Səfirin Ermənistanda İran İslam Respublikasının rəsmi təmsilçisi olduğunu nəzərə alsaq sual yaranır: Bakıya ünvanlanan ittihamlar Tehrana aiddir?

Sobhani daha öncə də təxribat xarakterli açıqlamalar verib və Bakı-Tehran xəttində anlaşılmazlıqların olduğu vaxtlar onun sözləri İranın mövqeyi kimi görünə bilərdi, lakin indi situasiya tamamilə dəyişib.

Azərbaycan və İran münasibətlərində bütün anlaşılmazlıqlar aradan qalxıb. İran prezidenti Məsud Pezeşkianın Bakıya geniş tərkibdə səfəri, Prezident İlham Əliyevlə birgə müsbət mesajların verilməsi, o cümlədən Bakı və Tehranın problemlərin aradan qalxdığını isbatlayan praktiki addımları bunu təsdiq edir.

- “Araz-25” birgə təlimləri Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətini praktiki olaraq göstərən əsas amillərdən biridir. İki ölkənin hərbçiləri həm sərhəddə, həm də işğaldan azad olunmuş ərazilərimizdə hərbi taktikaları birgə məşq edib. Bu, iki ölkənin hərbi əməkdaşlığının daha da dərinləşməsinə mühüm töhfə verəcək addımdır.

- Regionun nəqliyyat şəbəkəsində birgə fəaliyyət göstərən Azərbaycan və İran “Araz dəhlizi” layihəsi ilə logistika imkanlarını daha da genişləndirir. İki ölkənin tranzit imkanlarını birləşdirməsi Fars körfəzi-Qara dəniz marşrutunun reallaşmasına və bütövlükdə regionun tranzit perspektivlərinin güclənməsinə zəmin yaradır.

- İki ölkə arasında siyasi və hərbi sahədə olduğu kimi, iqtisadi müstəvidə də əməkdaşlıq möhkəmləndirilir. Bura tranzit potensialının birləşdirilməsi ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu və ticarət dövriyyəsinin artırılması da daxildir.

Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişaf etməsi fonunda Zəngəzur dəhlizi məsələsi də artıq iki ölkənin gündəliyindən “problematika” olmaqdan çıxıb. Əksinə, Naxçıvan Muxtar Respublikasına quru əlaqəsinin İran üzərindən həyata keçirilməsi ilə bağlı razılaşma tərəflərin bu məsələdə əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Və təsadüfi deyil ki, artıq İranda Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar arxa plana keçib. Bu amillər Sobhaninin Zəngəzur dəhlizi ilə bağlı iddialarının rəsmi Tehranın mövqeyi olmadığını deməyə əsas verir.

O zaman sual yaranır: Azərbaycan-İran münasibətlərinə zərər verən fikirləri irəli sürən Sobhaninin məqsədi nədir? İran səfiri təmsil etdiyi ölkənin maraqlarına xidmət edir, yoxsa başqa qüvvələrin?

Sobhaninin keçmişinə, “tərcümeyi-halına” və fəaliyyətinə diqqət etdikdə bu sualların cavabını tapmaq mümkündür. İranın Ermənistandakı səfiri daha öncə də Bakı-Tehran münasibətlərinin pozulmasına hesablanmış təxribat fəaliyyətləri sərgiləyib. Onun bu fəaliyyətini bir neçə istiqamət üzrə dəyərləndirmək olar.

Birincisi, Qarabağda keçmiş separatçı rejimin dəstəklənməsi idi.

İkincisi, İranın Ermənistana hərbi dəstəyini təmin etməyə, xüsusilə silahlandırmağa sövq etmək idi.

Bu kontekstdə Sobhaninin Ermənistana səfir təyin edilməsi tarixi xüsusilə diqqət çəkir. İranlı diplomat Ermənistana göndərilməmişdən öncə Suriyada səfir kimi fəaliyyət göstərirdi. Onun Suriyadakı fəaliyyəti birmənalı qarşılanmır. Mediada yayılan məlumatlarda Sobhaninin Suriyada səfirdən daha çox, kəşfiyyatçı kimi işlədiyi və bölgədə silahlı birləşmələrin qurulmasında rol aldığı deyilirdi. Bu məlumatlar o qədər ciddi idi ki, hətta İranın Ermənistandakı səfirliyi tələsik “təkzib” açıqlaması verdi və diqqəti Sobhaninin üzərinə bir qədər də çəkdi. Belə bir “diplomatın” 2023-cü ilin martında – Qarabağda separatçı rejimin qalıqlarının hələ də mövcud olduğu vaxt Ermənistana göndərilməsi şübhələr yaradırdı. Və Sobhani Ermənistanda fəaliyyətə başlayan kimi anti-Azərbaycan çıxışlarına start verməsi, xüsusilə Qarabağda həmin vaxt hələ də qalan separatçıları dəstəkləməsi bu şübhələri artırırdı. Həmin vaxt Türkiyə mediası yazırdı ki, Sobhaninin təyinatının arxasında İranda Azərbaycana qarşı olan qüvvələr dayanır və məqsəd Qarabağda Suriya təcrübəsinin tətbiq edilməsi, yəni qondarma rejimin qalmasını təmin etmək olub. Eyni zamanda, Sobhaninin missiyası Azərbaycan-İran münasibətlərini pozmaq, İran rəhbərliyini bölgədə siyasi, iqtisadi və hərbi müstəvidə Ermənistanı dəstəkləməsinə inandırmaq idi. İran səfirinin separatizmə açıq dəstək verməsi və bütün fəaliyyətini Azərbaycana qarşı qurması onun Ermənistana xüsusi missiya ilə səfir göndərildiyi fikrini daha da gücləndirir.

Sobhaninin Ermənistandakı fəaliyyətinə dair mediaya sızan məlumatlar da bu kontekstdə diqqətçəkəndir. Məlumatlara görə, İran səfiri Tehrana göndərdiyi məruzələrində Ermənistanın Azərbaycana qarşı silahlandırılmasında israr edir, hətta bu silahların satılması yox, hədiyyə kimi verilməsini istəyir. Səfirin İranın Ermənistan və Azərbaycan siyasətində balansın ermənilərin xeyrinə dəyişdirilməsi məqsədilə “hesabatlar” hazırladığına dair də məlumatlar var.

Azərbaycan-İran xəttində problemlərin aradan qaldırılması, münasibətlərin düz xəttə çıxması və son dövrlər daha da inkişaf etməsi Sobhani və arxasındakı qüvvələrin istəklərinə nail ola bilmədiyini təsdiq edir. Hərçənd, nə Sobhaninin, nə də arxasındakı qüvvələrin Azərbaycan-İran münasibətlərinin pozulmasına hesablanmış təxribatçı niyyəti dəyişib. İran səfirinin Zəngəzur dəhlizi ilə bağlı son çıxışı da “təxribat missiyasına” qaldığı yerdən davam etdiyini təsdiqləyir.

Burada ən önəmli məqamlardan biri “Sobhaninin arxasında dayanan qüvvələr kimdir” sualıdır.

İlk diqqət İranda Azərbaycanla münasibətlərin pozulmasına çalışan qüvvələrin üzərinə yönəlir. İranın siyasi istebleşmentində belə qüvvələrin olduğu sirr deyil, xüsusilə 44 günlük müharibədən sonra Bakı-Tehran xəttində anlaşılmazlıqların yaradılmasında onların “əməyi” kifayət qədər çox olub. Bakıya səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verən İran prezidenti Məsud Pezeşkian da iki ölkənin münasibətlərində gərginliyin süni yaradıldığı haqda danışarkən, “Bəziləri danışmamalı olduğu sözü danışır, bizim öz ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul etmirlər” deməklə bunu təsdiqləmişdi.

Qərb qüvvələrini Avropa İttifaqının “müşahidə missiyası” adı altında bölgəyə gətirən və birbaşa İranla sərhəddə yerləşdirən – bu missiyanın İrana qarşı kəşfiyyat xarakterli fəaliyyət göstərdiyi haqda məlumatlar var – Ermənistan olsa da, Tehranda “üçüncü qüvvələrin bölgəyə gətirilməsi” ittihamlarını Bakıya yönəldənlər də bu qüvvələr idi. Və bu prosesdə məhz Mehdi Sobhaninin əhəmiyyətli rolu olmuşdu. Məlumatlara görə, Sobhani Tehrana Ermənistanda yerləşdirilən Qərb qüvvələrinin İrana təhlükə yaratmadığına dair “hesabatlar” göndərib.

Azərbaycan-İran münasibətlərinin inkişafını qəbul etməyən bu qüvvələr görünür, yenidən Sobhani üzərindən təxribatlara cəhd edirlər.

Lakin Azərbaycan-İran münasibətlərinin normallaşması təkcə İrandakı qüvvələrə yox, həm də regionda maraqları olan xarici oyunçulara, xüsusilə Qərbdə müəyyən qüvvələrə də sərf etmir. Və daha bir sual yaranır: Bakı-Tehran xəttində yenidən çatların yaranmasında maraqlı olan xarici qüvvələrlə Sobhanini nə birləşdirir?

Burada Mehdi Sobhaninin İranı təmsil edən diplomat olmasına baxmayaraq, zaman-zaman diqqət mərkəzinə düşən “çoxvektorlu” fəaliyyətinə nəzər yetirmək lazımdır. Sobhani 1990-cı illərdə İranın Aərbaycandakı səfirliyində üçüncü, daha sonra ikinci katib kimi fəaliyyət göstərib. Hələ həmin dövrdə onun diplomatdan daha çox, kəşfiyyatçı kimi fəaliyyəti qeydə alınıb. Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edən Sobhani Bakı-Tbilisi-Ceyhan layihəsinin əleyhinə fəaliyyəti ilə də xatırlanır. O, bir tərəfdən Xəzərin enerji resurslarının Avropa bazarına çıxarılmasında İranın şimalının (Cənubi Azərbaycan) əsas marşrut kimi seçilməsini təbliğ edir, bunun üçün hətta yerli mediada “bu istiqamətin Cənubi Azərbaycanın iqtisadi inkişafına səbəb olacağına” dair təbliğat qurmağa çalışır, digər tərəfdən, II katib kimi Qərb ölkələrinin Bakıdakı səfirliklərində görüşlər keçirərək, Xəzərin enerji resurslarının Bakı-Tbilisi-Ceyhan xətti üzrə yox, məhz İrandan keçməsinin üstünlükləri haqda “məruzələr” deyirmiş. Məlumatlara görə, Sobhani məhz həmin zaman Qərb ölkələrinin xüsusi xidmət orqanlarının diqqətinə düşüb, hətta müəyyən təmaslar da yaranıb.

Bu informasiyalar Sobhaninin Ermənistanda səfir kimi fəaliyyəti fonunda yenidən gündəmə gəlir.

1. O, İranı təmsil edən diplomat olsa da, bütün fəaliyyətini Ermənistanın müdafiəsi üzərində qurub və bu, Qərbdə müəyyən ölkələrin Cənubi Qafqazda erməni vektorluq siyasəti ilə sinxron təşkil edir.

2. Daim Bakını İrəvanın gündəliyi kontekstində ittiham edən Sobhani Qərb qüvvələrinin Ermənistanda yerləşdirilməsi və təmsil etdiyi ölkənin maraqlarına zidd fəaliyyəti haqqında heç bir açıqlama verməyib, əksinə, tabe olduğu qurumlara bu fəaliyyətin İran əleyhinə olmadığına dair yalan məlumatlar ötürdüyü deyilir.

3. Onun Azərbaycan əleyhinə səsləndirdiyi iddialar/ittihamlar İranın yox, Ermənistanın və Bakı-Tehran yaxınlaşmasını istəməyən qüvvələrin maraqlarına xidmət edir.

Bütün bunlar Mehdi Sobhaninin Azərbaycan-İran münasibətlərinə zərər vurmağa hesablanmış təxribat fəaliyyətinin regiondankənar oyunçuların da sifarişi oduğu fikrini önə çıxarır. Və burada İran daxilindəki qüvvələrlə regiondankənar oyunçuların eyni hədəf – Bakı-Tehran xəttində yaxınlaşmanın qarşısını almaq – uğrunda ortaq fəaliyyəti də diqqət çəkir. Bu missiyanı məhz Sobhaninin icra etməsi onun şəxsi xarakterindən – İranda etniklərə pataloji nifrətindən də irəli gəlir.

İranın Gülüstan vilayətinin Galikəş şəhərində doğulan Sobhani ölkədəki etniklərə nifrəti ilə tanınır. Onun İran prezidenti Məsud Pezeşkiana nifrəti də məhz azərbaycanlı olmasından qaynaqlanır. İranın Azərbaycandakı keçmiş səfiri, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində çalışan Abbas Musəvinin geri çağırılmasında Sobhaninin rolu olduğu haqda məlumatlar var. Etnik kimliyinə (azərbaycanlı olduğu deyilsə də, mazandaranlı idi) görə A.Musəvi haqqında İranda “Azərbaycan maraqlarının müdafiəçisi” rəyi yaradılırdı və bu fikirlərin Sobhani tərəfindən ortaya atıldığı deyilir. Görünür, Sobhani təxribat planlarının icraçısı kimi təsadüfi seçilməyib və onun fəaliyyəti İrandan başqa bütün qüvvələrə işlədiyini isbatlayır.

Mehdi Sobhaninin fəaliyyəti İran rəhbərliyini düşündürməlidir. Çünki belə bir şəxsin əsas missiyası təkcə Bakı-Tehran münasibətlərini pozmaq deyil, eyni zamanda, İran maraqlarını satmaqdan ibarətdir.(Teleqraf)

Oxunub: 75
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

12-06-2024, 16:31

Azərbaycanlı namizədə qarşı kampaniya başladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-04-2024, 09:18

Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-04-2024, 16:00

Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-09-2023, 15:00

Ermənistan-ABŞ təlimlərinə İran razılıq verib - İDDİA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-05-2023, 14:41

Tehran Bakı ilə barışmaq istəyirmi? - İNCƏLƏMƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Nikah və boşanmaların sayı azalıb
Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
Hadisə
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
12-08-2026, 11:04
Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb
11-08-2026, 12:14
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
11-08-2026, 10:25
Babək prospektində avtomobil salonu yanıb
10-08-2026, 09:43
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Son xəbərlər
  • Bugün, 18:54
    "Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
  • Bugün, 18:04
    Samuxda bir nəfər kanalda batıb
  • Bugün, 17:19
    Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
  • Bugün, 16:44
    Nikah və boşanmaların sayı azalıb
  • Bugün, 16:22
    Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
  • 15-08-2026, 16:34
    Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
  • 15-08-2026, 15:44
    İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
  • 15-08-2026, 14:45
    İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
  • 15-08-2026, 13:26
    Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
  • 15-08-2026, 12:55
    İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
  • 15-08-2026, 12:01
    Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
  • 15-08-2026, 11:09
    FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
  • 15-08-2026, 10:19
    Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
  • 15-08-2026, 09:48
    “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
  • 15-08-2026, 09:21
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
  • 14-08-2026, 18:45
    “Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır
  • 14-08-2026, 18:02
    ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
  • 14-08-2026, 17:23
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 14-08-2026, 16:50
    SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub
  • 14-08-2026, 15:36
    Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
  • 14-08-2026, 15:03
    "KƏPƏZ HOSPİTAL" İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR
  • 14-08-2026, 14:54
    Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb
  • 14-08-2026, 13:28
    Sabah 37 dərəcə isti olacaq
  • 14-08-2026, 12:37
    Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib
  • 14-08-2026, 11:56
    Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib
  • 14-08-2026, 11:12
    9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
  • 14-08-2026, 10:53
    Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək
  • 14-08-2026, 10:32
    Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
  • 14-08-2026, 09:36
    Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
  • 14-08-2026, 09:18
    Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir
  • 14-08-2026, 08:55
    Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə